Gözəl İslam / Mələklər və Qurani-kərim

Mələklər və Qurani-kərim

Sual: Mələklər də Qurani-kərim oxuyurlar?
CAVAB
Qurani-kərimi oxumaq çox böyük bir nemətdir. Allahü təala bu neməti Həbibinin ümmətinə ehsan etmişdir. Mələklər bu nemətdən məhrumdur. Buna görə mələklər Qurani-kərim oxunan yerə toplaşıb dinləyirlər. (Hər kəsə Lazım Olan İman)

Mələyin dua etməsi
Sual:
 “Müsəlman din qardaşının arxasından xeyir-dua etdikdə, bir mələk, “Amin! Qardaşın üçün nə istəyirsənsə eynisini Allah sənə də versin” deyir” deyə bir hədis var. Mən çox arığam, xalam isə çox şişmandır. Əgər “Ya Rəbb, xalamı on kiloqram arıqlat!” deyə dua etsəm, eynisi mənə də verilsə, on kiloqram arıqlasam ölə bilərəm. Mələyin belə dua etməsi düzgündür?

CAVAB
Hədisi-şəriflərə elə məna vermək səhvdir. Arıqlamaq sizin üçün pislikdir. Mələk, yaxşılıq edənə pis dua etməz. Sizin sağlam olmağınız üçün nə qədər kökəlmək lazımdırsa mələk onun üçün dua edər. Yaxud başqa nəyə ehtiyacınız varsa, onun üçün dua edər. Yəni din qardaşımızın yaxşılığı üçün dua etmişiksə, mələk də, bizim bir yaxşılığa, bir ehtiyaca qovuşmağımız və ya bir xəstəliyimizin, yaxud bizə gələcək bəlanın önlənməsi üçün dua edər. Mələyin duası qəbul olur. Allahü təala etdiyimiz yaxşılıqlara, dualara çox qarşılıq verir. Bir hədisi-şərifdə, “Hər yaxşılıq üçün on mislindən yeddi yüzə qədər savab yazılır” buyuruldu. (Buxari)

Allahın işlərində yanlışlıq olmaz
Sual: Televiziyada bir din xadimi, “Gündüz mələkləri, növbəni gecə mələklərinə təhvil verəndə arada bir boşluq olur. Bu boşluqdan faydalanan şeytanlar və cinlər, insanlara müsallat olurlar. Mələklər növbə dəyişimi ilə məşğul olduqları üçün bunlara mane ola bilməzlər” dedi. Niyə boşluq olur? Boşluq olursa Allah bunu görmür? Boşluqdan əmələ gələn bu mənfi vəziyyətin niyə qarşısını almır?
CAVAB
Bu, tamamilə yalandır. Həm mələkləri, həm də Allahü təalanı təqsirləndirmək sayılır. Mələklərə o vəzifəni verən Allahü təaladır. Rəbbimizin işlərində heç boşluq, yanlışlıq, əksiklik, qəflət ola bilərmi? Mələklər də vəzifələrini axsatmaz.
Zındıqlar dinimizi məhv etmək üçün Müsəlmanların etiqadını pozmaq üçün ağıllarına gələni danışa bilərlər. Amma Müsəlmanların, “Bəlkə doğru ola bilər” deyə hər eşitdiklərinə inanmaları, yəni ciddiyə almaları düzgün deyil. Onsuz da zındıqların hədəfi Müsəlmanları dərhal kafirliyə inandırmaq deyil, onları imanlarında şübhəyə düşürməkdir. Çünki imanda şübhə imanı yox edir.

24-10-2023, 11:48
Geri