Sual: Mələklərə iman necə olmalıdır?
CAVAB
İmanın ikinci şərti Mələklərə imandır. Aməntüdəki “Və məlaikətihi” ifadəsi Allahu təalanın mələklərinə inanmağı, iman etməyi bildirir.
Mələklər həyat sahibi, canlı, nurani varlıqlardır və ağıl sahibidirlər. Onlar Allahu təalanın sevimli və qiymətli qullarıdır, şərikləri və qızları deyildir. Allahu təalanın əmrlərinə itaət edər, üsyan etməzlər, günah işləməzlər. Nə kişi, nə də qadın deyillər. Evlənmirlər, doğmurlar, çoxalmırlar, uşaqları olmur və yeyib-içmirlər. Allahu təala onlardan bəzilərini peyğəmbər olaraq seçmişdir. Başqa mələklərə vəhy [xəbər] aparmaq vəzifəsi ilə şərəfləndirmişdir. Peyğəmbərlərin kitablarını və səhifələrini gətirən də onlardır. Məsələn, Ənam surəsini Cəbrayıl əleyhissəlam ilə birgə 70 min mələk gətirmişdir. Onlar səhv etmir,unutmur, hiylə etmir və aldatmırlar. Mələklərin Allahu təaladan gətirdikləri doğrudur, şübhəli və ya ehtimal deyildir, onlara verilən əmrləri yerinə yetirməkdən başqa işləri yoxdur.
Mələklərin 4-ü ən üstündür:
Cəbrayıl əleyhissəlam mələklərin ən üstünüdür. Vəzifəsi peyğəmbərlərə vəhy gətirmək, əmr və qadağaları bildirməkdir. Cəbrayıl əleyhissəlamın günah işləyəcəyini və ya yanlış bir iş edəcəyini düşünmək çox təhlükəlidir. Çünki Allahu təala buyurdu ki:
“Ey Rəsulum, de ki: “Cəbrayıla düşmən olan Allaha düşməndir.” Çünki o, Allahın izni ilə Qurani-kərimdən əvvəl gələn kitabları təsdiqləyici, bir hidayət rəhbəri və möminlər üçün müjdəçi olaraq sənin qəlbinə endirmişdir.” [Bəqərə 97]
İsrafil əleyhissəlam Sura üfürməklə vəzifəlidir. Birinci üfürməsindəki səsi eşidən Allahu təaladan başqa bütün canlılar öləcək, ikincisində isə hamısı yenidən diriləcəkdir.
Mikayıl əleyhissəlam ruzi göndərilmək, ucuzluq, bolluq, qıtlıq, bahalıq və hər maddəni hərəkət etdirməklə vəzifəlidir.
Əzrail əleyhissəlam insanların ruhunu almaqla vəzifəlidir.
“Zəbani kimi bir zalım”, “Əzrail kimi cani, işkəncə verən Zəbani”, “Uşaqlarınıza tərbiyə verməsəniz anarşist olar, Əzrail və Zəbani olar” kimi sözlər düzgün deyildir. [Bu sözləri məcaz olaraq da nümunə göstərmək düzgün deyil. Allahu təalanın əmrinə tabe olaraq iman edən, əmr və qadağalara riayət edən müsəlmanlara, məsələn, namaz qılan, oruc tutan, qull haqqı yeməyən, zina etməyən müsəlmanalara heç axmaq, cahil, hörümçək başlı deyilərmi? Bunun kimi Allahu təalanın əmrini yerinə yetirən mələklərə heç cani, işgəncə verən, zalım demək olarmı? Məcazı da, misalı da, zarafatı da çox çirkindir]. Mələkləri təhqir edən müsəlman dindən çıxar. Bütün mələklər günahsızdır, cani, işkəncə verən, zalım deyildir. Onlar Allahu təalanın əmrini yerinə yetirirlər. [Fəraid-ül-fəvaid]
Digər mələklər
Sual: Dörd böyük mələkdən başqa məlum olan digər mələklər hansılardır və onların vəzifələri nələrdir?
CAVAB
Mövlanə Xalidi Bağdadi həzrətləri buyurur ki:
Dörd böyük mələkdən sonra üstün olan mələklər dörd sinifə bölünür:
1-Hamələyi Ərş deyilən dörd mələk var.
2- Hüzuri ilahidə olan mələklərə Müqarrəbin deyilir.
3- Əzab mələklərinin böyüklərinə Kərubiyan deyilir.
4- Rəhmət mələklərinə Ruhaniyan deyilir.
Onların hamısı mələklərin üstün olanlarıdır.
Cənnət mələklərinin böyüklərinin adı Ridvandır. Cəhənnəm mələklərinə zəbani deyilir. Onlar cəhənnəmdə əmr edilən vəzifələrini yerinə yetirərlər. Cəhənnəm odu onlara zərər verməz. Dənizin balığa zərər verməməsinə bənzəyir. Cəhənnəm zəbanilərinin böyükləri 19-dur. Ən böyüyünün adı Malikdir.
Hər insanın xeyir və şər, bütün işlərini yazan, ikisi gecə, ikisi gündüz gələn dörd mələyə kiramən katibin, cindən qoruyan mələklərə hafəzə mələkləri deyilir. Hafəzə mələklərinin bunlardan başqa olduqları da bildirilmişdir. Sağ tərəfdəki mələk soldakının rəhbəridir, yaxşı əməlləri və ibadətləri yazır. Sol tərəfdəki isə pislikləri yazır.
Qəbirlərdə kafirlərə, asi müsəlmanlara əzab verəcək mələklər və sual verən mələklər vardır. Sual mələklərinə Münkər və Nəkir deyilir. Möminlərdən soruşanlara Mübəşşir və Bəşir deyilir.
Ən çox sayı olan məxluq mələklərdir. Onların sayını Allahu təaladan başqa heç kim bilmir. Göydə mələklərin ibadət etmədiyi boş bir yoxdur. Göyün hər yeri rükuda və ya səcdədə olan mələklərlə doludur. Göydə, yerdə, otlarda, ulduzlarda, canlı və cansızlarda, yağış damcılarında, ağacların yarpaqlarında, hər molekullarda, hər atomda, hər reaksiyalarda, hər hərəktdə, hər şeydə mələklərin vəzifələri vardır. Hər yerdə Allahu təalanın əmrlərini yerinə yetirərlər. Allahu təala ilə məxluqları arasında vasitəçidirlər. Bəziləri başqa mələklərin rəhbəridir, bəziləri peyğəmbərlərə xəbər gətirir, bəziləri isə insanların qəlbinə yaxşı düşüncə gətirir ki, buna da ilham deyilir. Bəzilərinin insanlardan və bütün məxluqlardan xəbəri yoxdur. Allahu təalanın camalı qarşısında özlərindən keçmişdilər. Hər birinin müəyyən yeri vardır, oradan ayrılmırlar. [Etiqadnamə]
Mələklərə iman necə olmalıdır?
Sual: Mələklər necə varlıqlardır, onları necə tanımalı və mələklərə hansı formada inanıb iman etməlidir?
CAVAB
Bu mövzuda Mövlanə Xalid Bağdadi həzrətlərinin Etiqadnamə kitabında deyilir ki:
Mələklərə iman belə olmalıdır: Mələklər Allahu təalanın qullarıdır. Kafirlərin, müşriklərin zənn etdiyi kimi şərikləri, qızları deyildir. Allahu təala mələklərin hamısını sevir. Onlar Allahu təalanın əmrlərinə itaət edərlər, günah işləməzlər, əmrlərə üsyan etməzlər. Erkək və dişi deyillər, evlənməzlər, uşaqları olmaz. Həyat sahibi, diridirlər. Allahu təala insanları yaradacağını buyurduğu zaman, “Ya Rəbbi! Yer üzünü məhv edəcək və qan tökəcək məxluqları yaradacaqsanmı?” kimi mələklərin zəllə deyilən sualları, onların məsum və günahsız olmalarına zərər vermir.
Mələkərin hər birinin müəyyən bir yeri vardır və oradan ayrılmırlar. Bəzisinin iki, bəzisinin dörd və ya daha çox qanadı vardır. Hər heyvanın qanadı ilə təyyarələrin qanadları öz quruluşuna görə bir-birinə bənzəmədiyi kimi, mələklərin də qanadı öz cinsindəndir. İnsan görmədiyi, tanımadığı şəxsin adını eşidəndə onu bildiyi kimi zənn edib aldanır. Mələklərin qanadlarının olduğuna inanırıq, lakin necə olduğunu bilmirik. Kilsələrdə və bəzi məcmua, dərgi və filmlərdə “mələk” deyə göstərilən qanadlı qadın şəkilləri uydurmadır. Müsəlmanlar belə şəkil çəkməz. Müsəlman olmayanların çəkdiyi bu səhv şəkilləri düzgün hesab etməməli, din düşmənlərinə aldanmamalıdır.
Cənnət mələkləri Cənnətdədir. Onların böyüklərinin adı Ridvandır. Cəhənnəm mələklərinə Zəbani deyilir. Onlar Cəhənnəmdə əmr olunan vəzifələrini yerinə yetirər, Cəhənnəm odu onlara zərər verməz. Dənizin balığa zərərli olmadığı kimidir. Cəhənnəm zəbanilərinin böyükləri 19 dənədir. Ən böyüklərinin adı isə Malikdir.