Gözəl İslam / Hər kəs hesabata hazırlaşmalıdır

Hər kəs hesabata hazırlaşmalıdır

Sual: Axirətdə mükafat da, cəza da böyük olduğu üçün, imtahan da çox böyük olacaq?
CAVAB
Cənnət, möminlər üçün əbədi mükafat yeri, Cəhənnəm də, kafirlər üçün əbədi cəza yeridir. Cənnət, fikrə, xəyala gəlməyən nemətlərlə doludur. Cəhənnəm də, ağıl gəlməyəcək əzablarla doludur. Mükafat və əzablar bir hal işidir. Yaşanmadıqca danışmaq mümkün deyil. Mükafat və cəza böyük olduğu üçün sorğu-sual işi də böyük olacaq. Allahü təala, Saleh qullarım üçün gözlərin görmədiyi, qulaqların eşitmədiyi, hətta fikrə gəlməyən, xəyal edilməyən nemətlər hazırladım buyurur. (Müslim)

Qurani-kərimdə də məalən buyurulur ki:
Artıq onlar üçün etdiklərinə mükafat olaraq gözoxşayan necə nemətlər saxlandığını [hazırlandığı] heç kim [Hətta mələklər və peyğəmbərlər belə] bilə bilməz.” [Səcdə 17 Bəydavi]

Cəhənnəm əzabının şiddəti də müxtəlif ayəti-kərimələrlə bildirilmişdir. Belə böyük mükafat və böyük cəza üçün əlbəttə, böyük imtahan olacaq və incə şeylər soruşulacaq.

Qurani-kərimdə məalən buyurulur ki:
“Zərrə qədər xeyir iş görən savabını, zərrə qədər şər işləyən də cəzasını görəcəkdir.” [Zilzəl 7,8]

Axirətdə heç kimə zülüm edilməyəcək. Haqsızlıq edilməyəcək, amma mükafat verilərkən də bol-bol ehsan ediləcək. Ayəti-kərimədə məalən buyurulur ki:
“Şübhəsiz Allah zərrə qədər haqsızlıq etməz. Zərrə qədər bir yaxşılığın savabını da qat-qat artırar, daha da böyük mükafat verər.” [Nisə 40]

İbtidai sinif imtahanı ilə üniversitet imtahanı eyni olmadığı kimi, hər fakültənin imtahanı da fərqlidir. Təmizlik işçisi və ya xadiməlik imtahanında da fizikadan, cəbrdən sual olmur. Zərgərlərin kiçik tərəzilərində kiçik yüklər çəkilir. Ona nə üçün beş-on kiloqramı çəkmədin deməzlər. Qırx-əlli tonluq böyük tərəzilərdə niyə beş-on qramı ölçmədin deyə soruşmazlar. Hər kəs gücü nisbətində imtahana tabe tutulur. Hər kəsə nə nemət verilibsə, onun hesabatı aparılar. Kordan göz nemətindən sual olmaz. Laldan dildən soruşulmaz. Baş nazirin məsuliyyəti ilə keşikçininki fərqlidir. Alim ilə cahilinki də fərqlidir. Dağda, meşədə və ya İslamın yaşanmadığı və ya qadağan olunduğu ölkələrdə yaşayıb Müsəlmanlığı eşiməyənlər hesaba çəkilməyəcək. Ayəti-kərimədə məalən buyurulur ki:
“Peyğəmbər göndərilən millətlərdən və göndərilən peyğəmbərlərdən də əlbəttə hesab soruşulacaq.” [Əraf 6] [İnsanlardan Peyğəmbərlərə tabe olub- olmadıqları, Peyğəmbərlərdən də təbliğ vəzifəsini nə dərəcədə etdikləri soruşulacaq. (Bəydavi)]

Bir millətə Peyğəmbər göndərilməmişsə, yaxud bir millət Peyğəmbərdən xəbərdar olmamışsa, cəzalandırılmayacaqdır.

Peyğəmbər göndərilənlərə, Müsəlmanlığı eşidənlərə mütləq hesab soruşulacaq. Qurani-kərimdə məalən, “Rəbbin haqqı üçün, onların hamısından etdiklərinin hesabatı əlbəttə olacaq” buyurulur. (Hicr 92-3)

Hər insanda olan kiramən katibin mələkləri insanların etdiyi bütün işlərin rəsmini çəkməkdə, hər anını lentə almaqdadırlar. İnsanların edəcəyi işləri Allahü təala əzəldə bildiyi üçün lövh-məhfuza da qeyd etmişdir. Ən kiçik bir səhv və haqsızlıq olmayacaq. Ayəti-kərimədə məalən, “Heç kimi gücünün yetdiyindən artığı ilə yükləmərik. Nəzdimizdə haqqı söyləyən bir kitab vardır. Heç kim haqsızlığa məruz qalmaz” buyurulur. (Möminun 62)
Milyardlarla insanın hesabı çox qısa bir zamanda görüləcək. Qurani-kərimdə "Vəllahü səriulhisab" ifadələri keçir. “Allah, hesabı çox surətlə görəcək” deməkdir.
Hər kəs hesaba hazırlaşmalıdır!

29-02-2024, 12:00
Geri