Gözəl İslam / Kafirlər Cəhənnəmə girməyəcəkmi?

Kafirlər Cəhənnəmə girməyəcəkmi?

Sual: Bir nəfər, millətinə xidmət edən bütün kafirlər Cəhənnəmə girməz, dedi. Yanlış deyilmi?
CAVAB
Müsəlman olmayanların, yəni bütün kafirlərin Cəhənnəmə girəcəyini Allahü təala bildirir. Bunu gündəlik işlərdəki nümunələrlə izah edək: Məsələn, özbəkistanlı bir Azərbaycan türkü Azərbaycana gəlsə, Azərbaycan vətəndaşlığına qəbul edilmədiyi müddətdə, professor olsa da, Edison kimi elm adamı olsa da, Azərbaycan vətəndaşına şamil olunan haqlardan faydalana bilməz. Məsələn, sesvermə hüququna malik ola bilməz, millət vəkili ola bilməz. Çünki Azərbaycan vətəndaşı deyil. Vətəndaş olmayan bu haqlara sahib ola bilməz. Allahü təala da Cənnətə girmək üçün mömin olma şərtini qoymuşdur.

Bir azərbaycanlı rəsmi idarədəki bir məmurun yanına gəlib, ona günlərlə kömək etsə, ay sonunda o azərbaycanlıya bir qəpik pul verməzlər. Halbuki o idarədəki hər hansı bir personal, çox az işləsə, hətta iznli olsa da, ay sonunda maaşını alacaq, çünki bu personalın o idarədə qeydiyyatı vardır. Başqa şəxslərin o idarədə qeydiyyatları olmadığı üçün gördüyü işlər nəzərə alınmayacaq. Mömin olan, cinayət və günah işləsə də, imanı qeydə alındığı üçün Cənnətə gedər. İman qeydiyyatı olmayan kafir də, yararlı işlər görsə də Cəhənnəmə gedər.

Həccə və ya bəzi ölkələrə gedərkən pasport tələb olunur, pasportsuz olan şəxslər o ölkəyə buraxılmır. İman pasportu [Müsəlman] olmayan da, istər Nobel mükafatı alsın, istər elektrik ampulunu ixtira etsin, istər dünyanın hər yerinə yol, bulaq çəkdirsin, məscid tikdirsin, onun heç bir yaxşılığına savab verilməz və Cənnətə girə bilməz.

Cənnətin sahibi Allahü təaladır. Cənnətə girmək üçün faydalı iş görməyi deyil, əvvəlcə Müsəlman olma şərtini qoymuşdur. Müsəlman deyildirsə, yaxşı işləri faydasızdır, amma Müsəlman çox günahkar olsa da, hətta günah işləyərkən zülümlə öldürülsə, şəhid olur. (“Fətavayi-Xeyriyyə” 1/16, “Rəddül-muxtar” 2/253)

Müsəlman olmayanların heç bir yaxşılığına savab verilməz. İmam Rabbani həzrətləri buyurur ki:
Axirətdə Cəhənnəmdən qurtulmaq, yalnız Muhamməd əleyhissalama tabe olanlara məxsusdur. Dünyada edilən bütün yaxşılıqlar və kəşflər, Onun yolunda olmaq şərtilə axirətdə işə yarayacaq. Ona tabe olmayanın etdiyi hər yaxşılıq dünyada qalır, axirətinin məhv olmasına səbəb olur. (1/184)

Yaxşı işlərə, ibadətlərə savab verilə bilməsi üçün, düzgün iman sahibi olmaq lazımdır. Bidət əhli belə, Müsəlman olduğu halda, ibadətlərinə savab ala bilməz. O ki qaldı, qeyri-müsəlmanlar yaxşılıqlarına savab alıb Cənnətə girsinlər.

Bir professor, bəşəriyyətə faydalı çox əsərlər versə də, lakin insanları günahsız yerə öldürsə, oğurluq etsə, etdiyi yaxşılıqlara baxılmadan, yerləşdiyi dövlətin qanunlarına görə cəzası nədirsə verilir. Haqq təala imansızlıqdan, yəni küfürdən başqa günahları istəsə əfv edəcəyini, lakin kafirliyi, yəni qeyri-müsəlman olmağı əsla əfv etməyəcəyini bildirmişdir. Müsəlman olmayan hər kəs qeyri-müsəlmandır, yəni kafirdir. Kafirin də heç bir yaxşılığının Allah qatında dəyəri yoxdur, hətta məscid, bulaq tikdirsə, namaz qılsa, oruc tutsa heç dəyəri olmaz. Allahü təalanın sözünə Müsəlman inanır. Qurani-kərimdə məalən buyurulur ki:
“Allah şirki [hər növ kafirliyi] əfv etməz.” [Nisə 48]

“Kafir olaraq ölənlərin işləri dünyada da, axirətdə də boşa gedər.” [Bəqərə 217]

“İmansızın əməli boşa gedər.” [Maidə 5]

“Kafirlərə axirətdə yalnız Cəhənnəm vardır. Əməkləri boşa gedər.” [Hud 16]

Rəsulullah əfəndimizin sözlərinə də ancaq Müsəlman inanır. Hədisi- şəriflərdə də buyuruldu ki:
“İmanı olmayan Cənnətə girməz.” [Tirmizi]

“Məni eşidib iman etməyən yəhudi və xristian əlbəttə Cəhənnəmə girəcək.” [Hakim]

21-09-2025, 16:38
Geri