Gözəl İslam / İnanan və itaət edənə nə üçün əzab edilsin?

İnanan və itaət edənə nə üçün əzab edilsin?

Sual: İman edib əmrləri yerinə yetirib, qadağalardan çəkinənlərə axirətdə əzab olacaqmı?
Cavab:
 Yaxşılıq edənə təşəkkür ediləcəyini hər kəs bilir. Bu, insanlıq halıdır. Yaxşılıq edənlərə hörmət edilir, nemət sahibləri böyük bilinir. Buna görə hər nemətin həqiqi sahibi olan Allahü təalaya şükr etmək insanlıq vəzifəsidir. “Nisə” surəsinin 147-ci ayəsində məalən,

“Allahın nemətlərinə şükr edib iman etsəniz, Allah sizə nə üçün əzab etsin?” buyurulur.

Allahü təala, kərim, rəhim olduğu kimi, əzabı da şiddətlidir. Bu dünyada çoxlarını yoxsulluq və sıxıntılar içində yaşatdığı görülmüşdür. Neçə-neçə qulunu heç çəkinmədən əzablar içində yaşadır. Çox kərim və rəzzaq olduğu halda, əkinçilik zəhməti çəkilməzsə, bir tikə çörək vermir. Hər kəsi yaşadan O olduğu halda, yeməyən, içməyən insanı yaşatmır, dərmandan istifadə etməyən xəstəyə şəfa vermir. Yaşamaq, xəstə olmamaq və mal sahibi ola bilmək kimi dünya nemətlərinin hamısı üçün səbəblər yaratmış, səbəbinə yapışmayanlara heç rəhm etməyib, dünya nemətlərindən məhrum qoymuşdur. Axirət nemətlərinə qovuşmaq da belədir. İnkar etməyi qəlbi və ruhu öldürən zəhər saymışdır. Tənbəllik də ruhu xəstə edir. Bunlara çarə tapılmasa, ruh xəstələnər, ölər. İnkarın və cahilliyin tək bir əlacı elmdir. Tənbəlliyin əlacı isə hər ibadəti etməkdir. Bir kimsə, dünyada zəhər içər və Allah rəhimdir, zəhərin zərərindən məni qoruyar desə, xəstələnib ölər. Şəkər xəstəsi də şirniyyat və xəmir yeməyi yesə, xəstəliyi artar. “Maun” surəsində məalən,
“Ey Rəsulum, qiyamət gününü inkar edən, yetimi sərtlik və sitəmlə dəf edib haqqını qəsb ədən, yoxsulu doyurmayan və başqalarını da yoxsula yaxşılıq etməyə təşviq etməyən o kəsi gördünmü? Namazlarını qəflət ilə qılanlara və riya, göstəriş edənlərə və zəkatı verməyənlərə şiddətli əzab vardır” buyurulur.

Allahü təalanın bildirdiklərinə iman edənlər, əmirləri yerinə yetirib, qadağan etdiklərindən çəkinənlər dünyada da, axirətdə də rahat olacaqlar, inkar və üsyan edənlər isə əzab görəcəklər. “Nəhl” surəsinin 33-cü ayəsində məalən buyurulur ki:
“Allahü təala qullarına zülm ətməz, haqsızlıq etməz. Onlar özlərini əzaba, kədərlərə sürükləyən pozğun düşüncələri, çirkin işləri ilə özlərinə zülm və işgəncə edirlər.”

4-08-2025, 12:11
Geri