Gözəl İslam / İslamın binası

İslamın binası

    İslamın binası beşdir. Yəni islam beş şey üzərində qurulmuşdur. Birincisi, Kəlmeyi-şəhadət gətirmək və mənasını öyrənib, inanmaq. İkincisi, hər gün vaxtı keçmədən beş vaxt namaz qılmaq. Üçüncüsü, Ramazanı şərifdə hər gün oruc tutmaq. Dördüncüsü, əgər fərz oldusa, ildə bir dəfə zəkat və uşr vermək. Beşincisi, gücü yetənin ömründə bir dəfə həccə getməsi. [Allahü təalanın bu beş əmrini yerinə yetirməyə və haramlardan çəkinməyə “İbadət etmək” deyilir. Vücub və əda şərtlərinə malik olmayanın və həccə gedənin yenidən getməsi nafilə ibadətdir. Bidət və haram işləməyə səbəb olan nafilə ibadəti yerinə yetirmək caiz deyil. İmamı Rabbani (quddisə sirruh), 29, 123 və 124-cü məktublarında və “Məqaməti Məzhəriyyə”nin 26-cı məktubunda nafilə həccə və ömrəyə getməyə izn verməmişdir. “Nəşr-ülməhasin”də, makamati aşərədən, yəni on məqamdan zühd (təqva) məqamını bildirərkən deyir ki, “Böyük alim və Vəli imam Nəvəviyə, hər sünnətə riayət edirsən, lakin böyük sünnət olan nikahı tərk edirsən- deyildikdə, O, bir sünnəti edərkən bir çox haram işləməkdən qorxuram, deyə buyurdu”. İmam Yəhya Nəvəvi 676-cı ildə Şam şəhərində vəfat etmişdir. Pakistanda “Camiai habibiyyə” universitetinin dekanı, müdərris Həbib-ür-rəhman 1401-ci [miladi 1981]ildə həccə getdikdə, vəhhabi imamın mikrofon ilə namaz qıldığını görüb, namazlarını ayrı qıldığı üçün əllərinə qandal taxılaraq həbs edilmişdir. Səbəbi soruşulduqda, imamın mikrofon ilə namaz qıldırması caiz deyildir, demişdir. Həcc etməsinə mane olunaraq, geri göndərilmişdir.

  Dünyanın harasında olursa olsun, hər insana ilk öncə lazım olan şey, dinini, imanını öyrənməkdir. Din, əvvəllər islam alimlərindən asanlıqla öyrənilirdi. İndi axır zaman olduğu üçün, heç bir yerdə həqiqi din alimi qalmamışdır. Cahillər, ingilislərə satılmış axmaqlar, din adamı olaraq hər tərəfə yayılıb. İndi dini, imanı doğru olaraq öyrənmək üçün tək çarə, Əhli sünnət alimlərinin kitablarını oxumaqdır. Bu kitabları tapmaq, Allahü təalanın böyük bir ehsanıdır. İslam düşmənləri gəncləri aldatmaq üçün yararsız din kitabları yayırlar. Həqiqi din kitabı tapıb oxumaq çox çətin olmuşdur. Gənclər müxtəlif oyunlara aludə olub, həqiqi kitab tapmaqdan və oxumaqdan məhrum edilməkdədirlər. Bir çox gəncin oyundan başqa bir şey düşünmədiyini görürük. Bu xəstəlik gənclər arasında yayılmaqdadır. Müsəlman ana-ataların uşaqlarını bu xəstəlikdən qorumaları çox vacibdir. Bunun üçün uşaqlarına dini öyrətmələri və kitab oxumağa alışdırmaları lazımdır. Bəzi dostlarımızın uşaqlarının zərərli oyunları oynamaqdan yemək yeməyi belə unutduqlarını görürük. Bu cür uşaqların, məktəb kitablarını belə oxuyub sinif bitirmələri imkansızdır. Ana-ataların uşaqlarına hakim olmaları, kitab oxumağa alışdırmaları lazımdır. Bunun üçün İslam əxlaqı kitabını oxumaq lazımdır. Bu kitabı oxuyan dinini, imanını öyrəndiyi kimi, islam düşmənlərinin necə çalışdıqlarını da anlayacaqlar. Ata-analar bu vəzifələrini yerinə yetirməzlərsə, dinsiz, imansız bir gənclik hasil olaraq vətənimizə, millətimizə çox zərər verəcəkdir.

   Müsəlman ata-anaların diqqət etməli olduqları çox mühüm bir məsələdə “Sətri övrət” məsələsidir. Zərərli oyunları oynayanlar arasında dizlərindən qasıqlarına qədər açıq-saçıq gəncləri görürük. İslam dinində övrət yerlərini örtmək mühüm fərzdir. Buna əhəmiyyət verməyən, imanını itirə bilər. Müsəlmanlar namazlarına çox savab qazanmaq və dəyərli nəsihətlər dinləmək üçün məscidlərə gedirlər. Məscidə getmək bu səbəblə olmasa belə, çox savabdır. Övrət yerləri açıq olanların getdiyi yer məscid deyil, fısq (günah) məclisi olar. Fısq məclisinə getməyin haram olduğu bütün kitablarda yazılmışdır. Açıq-saçıq geyinənlərin getdiyi məscidlərə gedən, fısq məclisinə getmiş olub, günaha batar. Savab qazanmaq və nəsihət dinləmək üçün bu tərzdə məscidlərə gedən şəxs savab deyil, günah qazanır. Övrət yerləri açıq olanlar məscidə gedərkən, müsəlmanların günaha batmalarına səbəb olurlar. Övrət yerini açmaq böyük günah olduğu kimi, belə gəzənlərə baxmaq da böyük günahdır. Ona görə də bu şəkildə məscidlərə gedən müsəlmanlar savab deyil, günah qazanaraq, Allahın qəzəbinə səbəb olmaqdadırlar.

17-07-2020, 13:11
Geri