Gözəl İslam / Aməntu (Təcdidi - İman və Təcdidi - Nikah Duası)

Aməntu (Təcdidi - İman və Təcdidi - Nikah Duası)

Hər Müsəlman uşaqlarına “Aməntu billəhi və Mələikətihi və Kütübihi və Rusulihi vəl Yəvmiləxiri və bil Qadəri xayrihi və şərrihi minəllahi təala, vəl-bəa'sü bəa'dəlməvti haqqun. Əşhədü ən La ilahə illəllah və Əşhədü ənnə Muhammədən abdühü və rasulühü” əzbərlətməli, mənasını yaxşıca öyrətməlidir! Uşaq bu altı şeyə inanmazsa, həddi-büluğa çatdıqda Müsəlman deyil, mürtəd olar.

Aməntünü oxumaq və dinləmək üçün tıklayın. 

Təcdidi - İman Duası

Ya Rəbbi! Həddi-büluğa çatdığım andan bu ana gələnə qədər, İslam düşmənlərinə və bidət əhlinə aldanaraq, məndə olan səhv, yanlış etiqadlarıma və bidət, fisq olan söylədiklərimə, dinlədiklərimə, gördüklərimə və işlədiklərimə peşman oldum, bir daha belə yanlışları etməməyə əzm, cəzm və qəsd elədim. Peyğəmbərlərin əvvəli Adəm əleyhissalam və axırı bizim Peyğəmbərimiz Muhamməd əleyhissalamdır. Bu iki Peyğəmbərə və ikisi arasında gəlib keçmiş Peyğəmbərlərin hamısına iman etdim. Hamısı haqdır, bildirdikləri doğrudur.

“Aməntü billah və bi-mə caə min indillah, ala muradillah və aməntü bi-Rasulillah və bi-mə caə min indi Rasulillah ala muradi Rasulillah, aməntü billəhi və Mələikətihi və kütübihi və Rusulihi, vəlyəvmil-axiri və bilqadəri xayrihi və şərrihi minəllahi təala, vəl-bəa’sü bəa’dəlməvti haqqun, əşhədü ən la ilahə illəllah və əşhədü ənnə Muhammədən abdühü və rasulüh.”

Təcdidi - iman və nikah duası

Nikah təzələmək çox asandır. Bir kişi xanımından vəkalət aldıqdan sonra xanımını tanıyan iki kişi şahidin yanında, “Əvvəldən nikahlım olan xanımımı onun tərəfindən vəkalətən və tərəfimdən əsalətən özümə nikah etdim” deyərsə, nikahı təzələnmiş olar.

Bu duanı da oxumaq yaxşı olar:

“Allahümmə inni üridü ən ücəddidəlimanə vənnigaha təcdidən bi-qavli lailahə illəllah Muhammədün rasulullah

14-01-2020, 12:49
Geri