Gözəl İslam / Missionerlərin uydurduğu xurafatlar

Missionerlərin uydurduğu xurafatlar

İnternet gəzən bir əsrlik bayat xurafat
Sual: 
İnternetdə gəzən Ş. Əhməd Vəsiyyətnaməsi nə olan şeydir?

CAVAB
1950-ci ildə Şeyx Əhməd Vəsiyyətnaməsi adlı, İslam hərfləri ilə yazılmış kiçik bir risalə oxumuşdum. Sonradan bu risalə kağız üzərinə çap edilməyə başladı. İndi internet çıxdıqdan sonra missionerlər tərəfindən təkrar yayılmasına çalışıldığı görülür. Oxuyucularımızın bu bayat xurafata alət olmaması üçün təkrar yazmaq məcburiyyətində qaldıq. Zamanla bu yazı vəziyyətə görə dəyişdirilib. Əvvəllər bunu yazana Türbə gözətçisi deyirdilər. Sonradan Hərəm açarının daşıyıcısı deyildi. İndi isə Türbəi-şərif xətibi deyilir. Bu adama yuxuda deyiblər ki:

“Qiyamət əlamətləri çıxır. Çox yaxın zamanda 3 gecə günəş tutulacaq, üç gün sonra qərbdən çıxacaq, Quran insanların gözünə görülməyəcəkdir. Kim bu vəsiyyətnaməni eşidib yazmasa, başqasına göndərməsə, üzü qara olsun. Vallahülazim bu vəsiyyətnamədə yanlışım varsa, o biri dünyaya imansız gedim.”

Bu, missionerlər tərəfindən dinimizə xurafat salmaq üçün hiyləgərcəsinə və çox cahilcə uydurulmuş bir xülya namədir. Məqsədləri, İslama xurafat salmağa çalışmaq, zehinləri bulandırmaq, az da olsa, belə cılız yazılarla Müsəlmanları məşğul etmək, ciddi mövzulara meyil etməyin qarşısını almaqdır. Keçmişdə (Yalan deyirəmsə kafir olum) deyərdilər, indi isə Bu dünyadan imansız gedim deyirlər. Hər iki sözü söyləyən Müsəlmandırsa kafir olar. Belə and içmək caiz deyildir. Hədisi-şərifdə, “Allahdan başqasına and içmək şirkdir” buyurulur.

Bu xurafat yazılalı bir neçə əsr keçdiyi halda, bu Ş. Əhməd dedikləri xəyali şəxs ölməyib, hələ də missionerlərin əliylə mesaj göndərir. Köhnə çaplarında, (Xəbər aldım ki, bu vəsiyyətin yalan olduğunu söyləyən bir nəfərin eyni gündə oğlu ölüb, bir həkim də bu vəsiyyəti paylamadığı üçün ağlını itirib maşını ilə bir dərəyə yuvarlanıb) deyilir. Təhdidlər sadalandıqdan sonra, bu işə alət olacaqlara mükafatlar paylayır. Köhnəsində, Bu vəsiyyəti yayan bir tacir 90 min lirə qazanıbmış deyirdi. İndi, bu 90 min lirəni, azdır deyə yüz min rubla çıxarıb. Yeni çapında isə pulun miqdarı heç yoxdur. 3 gün sonra günəş qərbdən çıxacaq deyir, əsrlər keçdiyi halda hələ də günəş qərbdən çıxmayıb. Qiyamətin qopması ilə bağlı, Yehova şahidləri kimi çox kimsələr tarix versələr də, hamısı yalan çıxmışdır.

Diqqət edilməli
cəhətlər:
Dinimizdə dörd dəlil vardır. Yuxu sənəd-sübut deyildir. Bu yazının heç bir dəyəri yoxdur. Sanki din kitabları nöqsanlı imiş kimi, din kitablarının yerinə bu uydurma yazı paylanır. Ən mühüm cəhət isə, bu yazı, dində nöqsanlıq olduğunu bildirir. Əgər bu vəsiyyətdə dinə uyğun şeylər varsa, bunun heç bir fərqləndici xüsusiyyəti qalmaz. Əgər dində olmayan şeylər əlavə edilibsə, bu çox pisdir. Dinin əmrlərini yerinə yetirməyən, qadağalarından çəkinməyən kimsə, bir yazını yaymaqla necə ilahi rizaya çata bilər? Elə xainlərin də məqsədləri budur. Müsəlmanları dini əmrlərdən qoparıb xurafatlarla ovutmaqdır.


13 rəqəmli başqa bir
xurafat:

Bir də 13 rəqəmli bir yazı paylanır. Bu da xurafatdır. Xristianlara görə 13 rəqəmi uğursuzdur. Bu yazıda baxın neçə yerdə 13 var. Yuxumda Həzrəti Zeynəbi gördüm deyən qızın yaşı 13-dür, kasıb 13 gün sonra zəngin olub, yaşlı adam 13 gün sonra həbsə düşüb, zəngin 13 gün sonra sərvətini itirib, məmur 13 gün sonra işindən olub. Bu yazını 13 səhifə yazıb, 13 nəfərə göndərən, 13 gün sonra muradına çatacaqmış, yazmayana da 13 gün sonra bəla gələcəkmiş. Rəqəmlərin cəmi 13 edən əlamətdar tarixlərdən, Peyğəmbər əfəndimizin 571-ci ildə anadan olduğu, İstanbulun 1453-cü ildə alındığı xatırlandıqda, fanatik xristianların nə üçün 13 ədədini uğursuz saydıqları aydın olar. Bu işlərə alət olub missionerlərin oyununa aldanılmamalıdır.

Dilək duası
Sual:
 Dilək duası adlanan bir məktub, 1984-cü ildə Amerikada tapılıbmış. Əlinə keçib 7 nəfərə göndərən adam zəngin olubmuş. Göndərməyənin başına fəlakət gəlibmiş. Əsli varmı?

CAVAB
Bu da bir xristian xurafatıdır. Biz belə yazıların hamısını yox edirik.

22-06-2020, 11:59
Geri