Gözəl İslam / İşçilərin vəziyyəti

İşçilərin vəziyyəti

 

Sual: Müdir, “Hiylə etməzsən işinə son verərik” deyir. Hiylə etmək caizdirmi?

CAVAB

Hiylə etmək caiz olmaz.

Sual: Maaşlı ofissiantam. Qonağıma pulsuz içki verə bilərəmmi?

CAVAB

Müdir icazə vermişsə caizdir.

Sual: Quru meyvələr dükanında işləyirəm. Mal sahibi “İstədiyin qədər ye” deyir. İstədiyim qədər yesəm, haqq keçər? Yaxud yeməyib evə gedərkən yeyəcəyim qədər götürsəm zərəri olarmı?

CAVAB

Dükanda ikən istədiyiniz qədər yemənizdə zərər yoxdur.Ancaq evə gələrkən az da olsa gətirməniz caiz olmaz.

Sual: İşçini gecə səhərə qədər işlədirik. Gündüz bəlkə də namaz qılmır. Biz günaha giririk?

CAVAB

Xeyr.

Sual: Dəzgahdaram. Mal yoxdursa, müdirdən xəbərsiz qonşudan toptan qiymətinə alaraq, pərakəndə satıb qazancını almağım haram olar?

CAVAB

Bəli.

Sual: Çoban laqeydliyi olmadan, qoyunları qurda qapdırsa, ziyanı ödəməlidirmi?

CAVAB

Ödəməz.

 

Pulsuz iş

Sual: Bir nəfərin bir işə girmək üçün işəgötürənə pulsuz iş görməsi caizdirmi?

CAVAB

Öz razılığıyla işləsə caizdir. İşəgötürən zorla işlətsə zülm olar, caiz olmaz.

 

17-03-2018, 11:14
Geri