Gözəl İslam / Kafirə ödənişlə iş görmək

Kafirə ödənişlə iş görmək

Müsəlman olmayana xidmət

Sual: İndi bir Müsəlmanın Avropaya gedib müsəlman olmayanlara xidmət etməsi caizdirmi?

CAVAB

Qeyri-müsəlmanların ölkəsində kafirə ödənişlə xidmət etmək caizdir. İbni Abidin həzrətləri buyurur ki:

Ödənişlə kafirin şərabını daşımaq, kilsə təmir etmək və Xristiana zünnar kimi küfr əlamətlərini satmaq İmam-Əzəmə görə caizdir. Müsəlman müştəriyə Məcusi məsti tikmək və ya fasiq paltarı tikmək məkruhdur, çünki Məcusilərə və fasiqlərə bənzəməyə səbəb olmaqdır. (Rədd-ül-muxtar)

Heç bir dində kafir ölkəsində işləmək və kafirə xidmət qadağan deyildir. Dinimizdə də belə bir qadağa yoxdur. İndiki Müsəlmanların Avropaya işə getməsi kimi, Məkkə Müsəlmanları da Həbəşistana hicrət etmişlər, orada qeyri-müsəlmanların işlərində çalışmışdılar.

Həzrəti Yusif peyğəmbər olduğu halda, qulların çətinlikdə olduğunu görüb, kafir rəisdən vəzifə istədi. Beləcə insanlara xidmət etdi. O halda, qullara xidmət edəcəyini bilən və bunu özündən başqa edəcək kimsənin olmadığını görən kimsənin bu vəzifəyə bir zalımın keçməsini önləmək və Müsəlmanlara xidmət etmək üçün qeyri-müsəlman olan müdirdən belə vəzifə istəməsində, imamlıq, müftülük, vaizlik, müəllimlik kimi dövlət məmurluğunu tələb etməsində zərər yoxdur. Bir yaxşılıq etməsə də, heç olmazsa Müsəlmanların zərərinə çalışmağı önləmək də ibadət olar. Etibarlı bir bəhanəsi olmadıqca, vəzifədən istefa etmək də bunun üçün caiz deyildir. (S.Əbədiyyə)

“Yusif əleyhissəlamın dinində qeyri-müsəlmana xidmət caiz idi, Müsəlmanlıqda yoxdur” deməyin də elmi dəyəri yoxdur. Qeyri-müsəlmana xidmət edərək işləmək hər dində vardır.

Müsəlmanın müdiri, əmiri kafir ola bilər. Məsələn, hədisi-şərifdə, “Əmir sənə “Ya Müsəlmanlığı burax və ya öldürərəm” desə, Müsəlmanlığı buraxma, boynunu uzat” buyuruldu. (Hakim) [Müsəlman olan əmir Müsəlmanlığı burax deməz.]

Kafirlər arasında qalıb, malından, canından qorxanın onlara qəlbən deyil, dildən sevgi göstərməsi caizdir. Peyğəmbərəm deyən yalançı Müsəyləmə, doğru söyləyən bir səhabəni şəhid etmişdi. O səhabənin inancını gizləməsi də caizdi. Necə ki, müşriklər Həzrəti Ammara, atası Həzrəti Yasir və anası Həzrəti Süməyyə xatuna işgəncə edib, “Lat və Uzza bütü, Muhammədin dinindən yaxşıdır de” deyərdilər, deməyəndə də işgəncəni artırardılar. Nəhayət ana-atası işgəncəylə şəhid edildilər. Həzrəti Ammar kafirlərin işkəncələrindən sonra dediklərini diliylə söylədi. Ammar kafir oldu dedikləri vaxt Rəsulullah əfəndimiz, “Ammar kafir olmadı, o başdan ayağa imanla doludur” buyurdu. Deməli, küfr olan bir sözü belə vəziyyətlərdə yalnız dillə söyləmək caizdir. Rəsulullah əfəndimiz Həzrəti Ammara, “Müşriklər əziyyət edərsə, yenə belə söylə” buyurdu. (İbni Asakir, İ.Macə)

Kafirlərin qalib olduğu yerdə həqiqəti söyləməmək caizdir. Şafidə, zalım Müsəlmanlar arasında da caiz olar. Müsəlmanlar qərib və zəif olduğu müddət ərzində qiyamət gününə qədər hər yerdə caizdir. Çünki, möminin zərəri özündən mümkün olduğu qədər uzaqlaşdırması lazımdır.

İmam Qurtubi Həzrətləri, “Allahu təalanın endirdiyi ilə hökm etməyənlər, əlbəttə kafirlər, zalımlar və fasiqlərdir məalindəki ayəti kərimələrin əhli-kitab olan qeyri-müsəlmanlar üçün olduğunu bildirir. Digər təfsir kitablarında da belə bildirilir.

24-03-2021, 06:52
Geri