Gözəl İslam / Latoreya oynamaq

Latoreya oynamaq

Sual:10-15 yoldaş qənaət etmək üçün lotoreya günü təyin edərək, yığılan pulları püşk çəkərək hər həftə və ya hər ay birinə vermək caizdirmi? Caiz deyil isə, çıxış yolu necədir?

CAVAB

Kitablarda bunun caiz olmadığı, faiz olduğu bildirilir. Yenə fiqh kitablarında bu nümunələr də verilir:

İki adamın ortaq bir inəyi olsa, südünü bir gün biri, bir gün o biri alsa faiz olar. Hər günkü südü bərabər şəkildə bölmək lazımdır. Bunun kimi iki adamın kirayədə bir evi olsa, kirayəsini bir ay biri, bir ay o biri alsa caiz olmaz. Hər ay alınan pulu bərabər iki hissəyə bölmək lazımdır.

Lotoreyanın caiz şəkli belə ola bilər:

Söhbət etmək üçün, əvvəl hansı evlərə gediləcəyi, püşk ilə və ya razılaşaraq müəyyən edilir. Sonra, hər gedilən evin sahibinə, məsələn, müəyyən miqdar pul hədiyyə edilir. Belə hədiyyələşmə üsulu ilə edilərsə, caiz olar. Deyilə bilər ki, bizim niyyətimiz hədiyyələşmək deyil, qənaət etməkdir. Bəli, niyyət qənaət olsa da hədiyyədə, alış-verişdə, nikahda sözə etibar edilir, niyyət etibarsızdır. Niyyəti nə olarsa olsun, bunu sənə hədiyyə etdim desə, o biri qəbul edərsə, hədiyyə səhih olar.

17-03-2018, 11:11
Geri