Gözəl İslam / Mühayəə nə deməkdir?

Mühayəə nə deməkdir?

Sual: “Ev, tarla zamanla və ya məkanla mühayəə olunur” nə deməkdir?

 

CAVAB

Mühayəə, ümumi əmlakın gəlirlərinin ortaqlar arasında bölüşdürülməsi deməkdir. Yəni, evin, tarlanın həcmi ölçülmədiyindən və ya çəkilmədiyindən onlardan fərqli bir formada faydalanmaq faiz olmaz deməkdir. Bir neçə nümunə göstərək:

1-İki şəxsin fərqli dəyərlərə məxsus iki ortaq evi olsa,  razılaşarlarsa, birinin yaxşı evdə, digərinin pis evdə yaşaması caizdir.  

2-Biri digərindən qiymətli olsa da,ortaqlardan birinin ortaq olduqları evdə yaşaması, digərinin tarlanı əkib-becərməsi caizdir. 

3-Ortaq bir ev olsa, bu il birinin, gələn il digərinin yaşaması caizdir.
Tarla da belədir. Bu il birinin, gələn il digərinin əkməsi caizdir.


Ortaqların payı

Sual: “ Ağac, yun, süt kimi təbii [misli, oxşarı] olan şeylər bölünməz. Əgər bunları bölüb paylarına düşən fərqlə halallaşsalar da yenə halal olmaz” nə deməkdir?


CAVAB

Həcmi ölçülə və ya çəkilə bilən şeyləri, ölçmədən bölüşdürmək faiz olar deməkdir. Bir neçə nümunə deyək:


1-Ağacın meyvəsini bu il ortaqlardan birinin, gələn il digərinin yığması caiz olmaz. Hər il yığdıqlarını bərabər  bölməlidirlər.

2-Meyvə bağı varsa, ağaclar çoxdursa, ortaqlardan biri müəyyən sayda ağacın meyvəsini, digəri isə qalan ağacdakı meyvələri götürə bilməz. Hamısını yığıb bölüşdürümək lazımdır.

3-İnək tək olarsa, inəyi bu gün biri, səhəri gün digəri sağsa, yaxud da bu ay biri, gələn ay digəri sağsa caiz olmaz. Hər gün sağılan südü bərabər olaraq bölüşdürmək lazımdır.

4-İnək və ya qoyun çoxdursa, heyvanların bir qismini ortaqlardan biri, qalanlarını isə digər ortaq sağsa caiz olmaz. Gündəlik sağılan südü ortaqlar hər gün bölməlidir.    

5-Ortaq saxlanılan qoyunların yununu bu il biri, gələn il digəri qırxıb götürsə, caiz olmaz. Hər il qırxılıb ortaqlar arasında bərabər bölünür.

6-Qoyunların yarısının yununu ortaqlardan biri, qalan yarısını da digər ortaq götürsə, caiz olmaz. Hamısı qırxılıb ortaqlar arasında bərabər şəkildə bölünür.

-Bir neçə tarladan yığılan buğdanı və ya başqa məhsulu qiymətinə görə bölmək caiz olmaz. On tənəkə keyfiyyətli buğda əvəzinə digərinin on bir tənəkə keyfiyyətsiz buğda alması caiz deyildir. Keyfiyyətsiz olsa belə, bərabər bölmək lazımdır.

12-10-2022, 17:46
Geri