Gözəl İslam / Dəyişən faiz

Dəyişən faiz

Sual: Faizin növləri çoxdur. Faiz haqqında bir neçə nümunə göstərə bilərsinizmi?

Cavab

Faiz böyük günahdır. Bir ayəti-kərimə məalı:

“Allah alış-verişi halal, faizi haram buyurdu”. [Bəqara 275]
Bir hədisi-şərif məalı:

“Faiz yeddi böyük günahdan biridir”. [Buxari]
Faiz haqqında bir neçə nümunə göstərək:

1- 5 qram qızıl ilə 6 qram qızılı dəyişmək faiz sayılır. 5 qramlıq qızıl, başqa 5 qramlıq  əyarla dəyişdirilərsə, biri kreditlə də olsa, yenə faiz olur. Əgər kreditlə deyilsə, dərhal verilib alınarsa faiz olmaz.
2- Qonşudan 1 kiloqram borc duz alsaq, qaytararkən  2 kiloqram və ya yarım kiloqram qaytarsaq faiz olur. Yəni, bir qədər az və ya çox olmamalıdır.
3- Altı çalov keyfiyyətsiz buğda verib, 5 çalov keyfiyyətli toxumluq buğda alınsa faiz olar. 5 çalov buğdanın yanına başqa bir mal, məsələn, bir qələm və ya bir kitab qoyub birlikdə satılarsa, caiz olar.
4- Ortaq malı ölçmədən, çəkmədən gözəyarı bölüşdürmək faiz olur. Məsələn, miras bölgüsü edilərkən buğda, zeytun, zeytun yağı kimi ölçülüb çəkilən ortaq malları, ölçüb çəkməmiş hədiyyə vermək faiz olar. 
5- İki nəfərin kirayədə bir evi varsa, kirayə pulunu bir ay biri, sonrakı ay digəri alsa caiz olmaz. Hər ay alınan pulu iki yerə bölmək lazımdır. Qızıl günü, dollar günü, manat günü edib, hər dəfə birinə qızıl, dollar, manat və ya başqa bir mal vermək caiz deyil.

6- İki nəfər avtomobilini, hər ikisi istifadə emək üzrə müəyyən müddət ərzində dəyişsələr faiz olur.
7- Bir şəxs on min manat borc versə, alan adam da sən də mənim evimdə pulsuz qal desə, yəni, evdə qalmaq havayı, borc isə faizsiz deyilsə, faiz olur. Çünki, pulun faizi ilə evdə qalır. Bir hədisi-şərifdə, “Fayda verən borc faizdir” buyurulur.

8- Bir qızıl borc alan adam əvəzində bir qızıl verməlidir. Dəyəri dəyişdi deyərək əvvəlki və ya sonrakı dəyərdə kağız pul verə bilməz. Kağız pul yerinə qızıl verə bilməz. Borc verən qəbul edərsə caiz olar.
9- Ev, heyvan, və ya paltar kimi misilsiz şeyər borc verilməz. Müvəqqəti istifadə etmək üçün verilər.
10- Dükançıya 100 manat borc verib, mal alanda endirim edərsən demək caiz olmaz.
Faizlə qarışdırılmaması üçün caiz olanlara da bir neçə nümunə göstərək:

1- Bir qab keyfiyyətli buğdanı, bir qab keyfiyyətsiz buğdayla dəyişmək caizdir.

2- 5 qramlıq qızılı başqa əyarlı 5 qramlıq qızılla nağd olaraq dəyişmək caizdir, faiz olmaz.

3- Qızılı kağız pula və ya başqa mal əvəzində  baha olsa da kreditlə satmaq caizdir, faiz olmaz.
4- Köhnə avtomobil ilə təzə avtomobili və ya keyfiyyətli bir çanta ilə keyfiyyətsiz çantanı dəyişmək, yəni satmaq caizdir.

5- Borc verilən kağız pulun bir müddətdən sonra dəyəri düşsə, verdiyi vaxtdakı dəyərlə qızıl olaraq ödəyər. Ölçülüb çəkilən hər bir şeyin qiymətinin dəyişməsi də belədir. Məsələn, kiloqramı 10 manat olan fındıqdan 100 kiloqram fındıq borc verilsə, altı ay sonra fındığın qiyməti 5 manata düşsə, ya fındığı həmin qiymətə verər, ya da aldığı vaxtdakı dəyərlə qızıl vermək lazım olar. Əksi də belədir. Yəni, fındığın kiloqramı 15 manata qalxsa, ya fındığı həmin qiymətə verər, ya da aldığı vaxtdakı dəyərlə qızıl verməsi lazım gələr. Borc verən razı olarsa, başqa mal da verə bilər.

5-10-2022, 15:46
Geri