Gözəl İslam / Ticarətdə ehsan

Ticarətdə ehsan

Sual: Ticarətdə ehsan nə deməkdir, necə olur?

CAVAB

Ticarətdə ədalətlə hərəkət edən öz sərmayəsini xilas edər. Lakin mənfəəti ehsan edən qazanır. Ağlı olan axirət mənfəətini əldən buraxmaz. Ehsan, əmr edilməyən yaxşılığı etmək deməkdir. Qurani-kərimdə məalən buyurulur ki:

“Ehsan edənlərə Allahu təalanın rəhməti əlbəttə çox yaxındır” [Araf 56]

Ticarətdə ehsan 6 şəkildə edilir:

1- Müştəri bazarı bilmədiyi üçün və ya malı bəyəndiyi yaxud bu mala çox ehtiyacı olduğu üçün çox qazanc verməyə razı olsa belə çox qazanc istəməməklə. Yüksək qiymətə satıb heç kimi aldatmaq doğru deyil. Sırrıyı-Səqati həzrətləri 5%-dən artıq mənfəət istəməzdi. Bir dəfə 60 qızıl qiymətinə badam ləpəsi almışdı. Badamın qiyməti birdən qalxdı. Sırrıyı-Səqati həzrətləri badam satmaq üçün gələn dəllala dedi ki:

Ehsan etmək də bu şəkildə olur.

 Din böyüklərindən Muhamməd ibn Münkədir həzrətləri müxtəlif növ parça satardı. Bəzilərinin metrəsi 5 qızıl, bəzilərininki 10 qızıl idi. Bir gün özü dükanda olmadığı zaman işçisi bir kəndliyə 5 qızıl dəyərindəki parçanı 10 qızıla satır. Özü gəlib vəziyyətdən xəbər tutanda axşama qədər kəndlini axtarır. Kəndlini tapanda, “Bu parça 5 qızıl qiymətinədir” dedi. Kəndli, “Mən bunu öz xoşumla aldım” dedikdə, “Mən özümə uyğun görmədiyimi din qardaşıma da uyğun görmərəm. Ya malı geri qaytar, yaxud 5 qızılı geri götür, ya da gəl 10 qızıl qiymətinə parça verim” dedi. Kəndli 5 qızılı geri aldı və “Bu mərd insan kimdir?” deyə soruşdu. “Muhamməd ibn Münkədirdir” dedilər. Bu adı eşitdikdə, “Sübhanəllah! Bu elə bir şəxsdir ki, səhrada susuz qalanda, yağış duasına çıxıb, onun hörmətinə dua etdiyimiz zaman rəhmət yağar” dedi.   
Böyüklərimiz az qazancla çox iş görər, bunu daha bərəkətli bilərdi.

Həzrəti Əli Kufə şəhər bazarında gəzərək, “Az qazancı rədd etməyin, çox qazancdan məhrum qalarsınız” buyururdu. Əshabi-kiramın böyüklərindən Əbdürrəhman ibn Avfdan, “O böyük sərvəti necə qazandın?” deyə soruşdular. “Çox az qazanca razı oldum, heç bir müştərini geri çevirmədim. Hətta bir gün min dəvəni maya dəyərinə satmışdım. Yalnız dizlərindəki ipləri qazanc olaraq qalmışdı. Hər ip bir dirhəm gümüş qiymətinə idi. O gün dəvələrin yem pulunu mən vermişdim. Qazancım da min dirhəm olmuşdu” buyurdu.
Alış-verişdə malın qüsurunu gizlətmək zülümdür. Etibar edənə hiylə etmək daha çirkindir. Hədisi-şərifdə buyuruldu ki:

“Satıcıya etibar edən müştəridən artıq pul almaq haramdır” [Tabərani]

2- Kasıbın malını yüksək qiymətə almaq lazımdır. Məsələn, dul qadınların əyirdiyi ipə, uşaqların satdığı meyvələrə çox pul vermək lazımdır. Bu şəkildə işləyənlərə yardım etmək, sədəqə verməkdən daha savabdır. Belə edənlər Peyğəmbər Əfəndimizin duasına məzhər olar.Hədisi-şərifdə buyuruldu ki:

“Alış-verişdə asanlıq göstərənə Allahu təala mərhəmət eləsin!” [Tabərani]

Zəngindən mal alarkən aldanmaq savab olmaz, malı zay etmək sayılır. Bazarlıq edib ucuz almaq lazımdır.

Həzrəti Həsən və həzrəti Hüseyn hər aldıqları malı bazarlıq edər, ucuz almağa çalışırdılar. Onlara, “Bir gündə minlərlə dirhəm sədəqə verirsiniz, amma bir şey alanda niyə uzun müddət bazarlıq edərək yorulursunuz?”sual edəndə, “Verdiklərimizi Allah rizası üçün veririk. Nə qədər çox versək yenə azdır. Lakin, alış-verişdə aldanmaq ağlın və malın nöqsan olmasıdır” buyururdular.

3- Bir az ucuz satmaqla. Ehsanın ən dəyərli olanı malı nağd satdığı qiymətə kasıblara hissə-hissə satmaqdır. Pulu, malı olmayanın borcunu gec istəmək onsuz da vacibdir. Ehsan deyil, ədalət və vəzifədir. Lakin, malı olub ziyanla satmadıqca və ya möhtac olduğu bir şeyi satmadıqca, ödəyə bilməyəcək vəziyyətdə olanların ödəməsinə zaman vermək ehsandır və böyük sədəqədir. Hədisi-şərifdə buyuruldu ki:

“Qiyamətdə günahı çox olan bir nəfəri hesaba çəkib deyərlər ki:

- Sən dünyada heç yaxşılıq etdinmi?

- Xeyr, yalnız işçimə, “Kasıb olan borcluları sıxma. Nə vaxt əllərinə pul düşsə o zaman verərsiz denən. İstədiklərini yenə ver, əliboş göndərmə” deyərdim.

Allahu təala, “Ey qulum, bu gün sən yoxsul, möhtacsan. Sən dünyada mənim qullarıma mərhəmət etidiyin kimi, bu gün də mən də sənə rəhm edirəm” buyurub o qulu bağışlayar. [Müslim]

Yenə hədisi-şərifdə buyuruldu ki:

“Bir Müsəlmana Allah rizası üçün borc verən şəxsə hər gün üçün sədəqə savabı verilir. Kasıbdan alacağını tez istəməyənə hər gün üçün malın bütününü sədəqə vermiş kimi savab verilir”. [Hakim]

Böyüklərimizdən elə şəxslər var idi ki, borcun gətirilməsini arzu etməzdi. Hər gün o malı sədəqə vermiş kimi savab qazanmağı istəyərdilər. Bir hədisi-şərifdə buyuruldu ki,

“Sədəqə üçün on savab, borc üçün isə on səkkiz savab vardır. Çünki, borc ehtiyacı olana verilir. Sədəqə bəlkə ehtiyacı olmayanın əlinə keçə bilər”. [Tabərani]

4- Borc ödəməkdə ehsan, istənmədən əvvəl borcu ödəməkdir. Hədisi-şərifdə buyuruldu ki:

“Borc alan borcunu tam ödəməyi niyyət edərsə, borcunu ödəməsi üçün mələklər dua edər”. [İ. Əhməd]

Malı olduğu halda borcunu ödəməyi gecikdirən zalım olar. Namaz qılarkən də, oruc tutarkən də, hər an lənət altında olar. Borc ödəməmək elə bir günahdır ki, yuxuda belə davamlı yazılır.

5- Alış-veriş etdiyi şəxs peşman olarsa, edilən satışdan vaz keçilməlidir. Çünki çox savabdır və ehsan etməkdir. Hədisi-şərifdə buyuruldu ki:

“Bir şəxs [qarşısındakı peşman olduqda] alış-verişi ləğv edib, malı geri alarsa, Haqq təala onun günahlarını əfv edər”. [Hakim]

6- Kasıblara malı hissə-hissə ödəmək şərtilə verib pulu olmayandan istəməməkdir. Kasıblar üçün nisyə dəftəri tutmayan, gətirəndən alıb, gətirməyəndən istəməyən köhnə saleh tacirlərdən olmağa çalışılmalıdır.

Sual: Ədalətli olmaqla, ehsan etmək arasındakı fərq nədir?

Cavab: Bir şəxsin haqqını geri vermək, ona olan borcunu ödəmək Ədalət deməkdir. Haqqından artığını vermək isə ehsan etmək deməkdir.  

21-12-2021, 10:12
Geri