Gözəl İslam / Oyun proqnozu məkruhdurmu?

Oyun proqnozu məkruhdurmu?

Sual: Televiziya kanallarında idman mütəxəssisləri oyun proqnozları verirlər. Bəziləri də onların proqnozları əsasında qumar oynayırlar. Onların proqnozları qumara səbəb olur. “Harama səbəb olan haram işləmiş kimidir” qaydasına görə bu proqnozlar haramdırmı? Bir tarixçi məkruhdur, demişdir. Doğrusu hansıdır, məkruh yoxsa haramdır?

CAVAB

Bizim qiyas etməyə səlahiyyətimiz yoxdur. Din kitablarında nə yazılmışsa, o şəkildə nəql edilir. Şeyxlik edən bir nəfər, “üzümlərdən şərab düzəldildiyi üçün üzüm yetişdirmək haramdır” deyərək üzüm bağlarını məhv etdirmişdi. Din kitablarında üzümdən şərab düzəldiləsə də üzüm yetişdirməyin heç zərəri olmaz deyə yazılıdır.  
Başqa bir “din adamı” da eyni məntiqlə bıçaqla qaynanasını kəsənlər var deyə, bıçaq emal etmək haramdır, demişdir. Halbuki din kitablarında bıçaq emal etməyin bir günah olmadığı yazılıdır.

TV kanallarda müxtəlif proqnozlar verilir; hava, seçim, oyun və s. Bu proqnozlar əsasında qumar oynayanlar olsa da bu proqnozların verilməsi günah olmaz.   

Bir zamanlar Amerikada qumar oynamaq qadağan edilmişdi. Bütün tədbirlərə baxmayaraq bunun qarşısnı tam almaq mümkün olmadı. Çayxanada və ya küçədə iki nəfər bir-birinə pul verib alırdı. Polis mülki geyimdə onları təqib etdi və onların qumar oynadığını müəyyən etdi. Amma nə ilə qumar oynadığını təyin edə bilmədi. Sonra öyrəndi ki, yoldan keçən maşınların nömrələri əsasında qumar oynayırlar. Təkdirsə biri o birinə, cütdürsə o birindən pul alırdı. Maşına nömrə qoymaq qumara səbəb olur deyə nömrələri sökmək lazım olmaz. Buna görə də din kitablarında bir şeyin haram və ya məkruh olması bildirilməmişdirsə, öz ağlından kiminsə haram və ya məkruh deməsi çox yanlış olar.

14-09-2021, 16:04
Geri