Gözəl İslam / Zəngin olmaq və iflas olmaq

Zəngin olmaq və iflas olmaq

Sual: Bir müəllimin, bir vəkilin, bir həkimin 5-10 il içində holdinq sahibi olacaq qədər zənginləşməsi, daha sonra birjaya qatılan bu şirkətlərin zərər edib iflaslaşması necə mümkün olur? Yəni demək istədiyim budur ki, oğurluq etmədən zəngin olmaq mümkün deyil və zəngin bir şirkət də yalan, hiylə etmədən də batmaz. Bu düşüncələrim doğru deyilmi?

CAVAB

Zəngin olmaq üçün hər hansı diplom və ya peşə sahibi olmaq lazımdır deyə bir şərt yoxdur. Yəni zəngin olmaq üçün mütləq məktəb məzunu olmaq və ya universitet diplomuna sahib olmaq deyə bir şərt yoxdur. Peşə sahibi olmaq da belədir. Taxta-şalban satıcısı mütləq zəngin olar, mərmər satan zəngin olmaz deyə bir qayda yoxdur. Türkiyənin iki böyük zəngini olan Koç və Sabancıya diqqət etsəniz görərsiniz ki, onların nə təhsil, nə də peşə tərəfdən bənzəri olub, zəngin olmayanlardan heç bir fərqi yoxdur.

Zəngin olan hər kəsin qeyri-qanuni yoldan zəngin olduğunu demək çox yanlışdır. Zəngin olmağın yolları çoxdur. Məsələn; adam var şirkət səhmləri ilə zəngin olur, başqa bir nəfər işləri yaxşı gedər zəngin olar, mirasa sahib olar zəngin olur, latoreyada qalib olar zəngin olur, ixtira edər zəngin olur və s. Microsof və Google sahiblərinin qısa zamanda böyük sərvət sahibi olması hər kəsə məlumdur. Zəngin olmağın dinlə əlaqəsi yoxdur.

Qazanmasını və xərcləməsini, yəni hesab-kitab işini bilərək çalışan hər kəs zəngin ola bilər, olmaya da bilər. Oğurluqla məşğul olan mütləq zəngin olmaz. Dövrümüzdə oğru çoxdur, demək olar ki, hamısı da yoxsuldur. Zəngin olmağı oğurluğa bağlamaq sərvət düşmənliyi və ya başqa bir pis niyyətin əlamətidir.

Bir başqa xüsus da hər şirkət qazanc əldə edəcək deyə bir qayda da yoxdur. Qazanc əldə etdiyi zaman da olur, zərər etdiyi zaman da. Osmanlı dövləti belə dünyaya hakim idi, amma indi yoxdur. Hər şirkətin yaxşı və pis vəziyyətləri ola bilər. Mənfəət əldə etməsini və ya zərər etməsini qeyri-qanuni əməllə dəyərləndirmək doğru deyil.

Hər hansı bir Holding və buna bağlı şirkətlər birjada iştirak edirsə, bu deməkdir ki, bu şirkətin A-dan Z-ə qədər hər işi dövlətin bilgisi və nəzarəti daxilindədir. Gəlirləri, məsrəfləri bəllidir, yəni hər şeyi sənədlərlə sabitdir. Haqsız mənfəət əldə edən dərhal bəlli olur, dövlət yaxasına yapışır.

Bunların istisnaları olmurmu? Əlbəttə olur, amma istisna qaydaları pozmaz.  

 

14-09-2021, 15:29
Geri