Gözəl İslam / Müqavilə

Müqavilə

Sual: Bağlanan müqavilə məlum olmayan bir səbəblə əleyhimizə dönsə, o müqaviləni bir tərəfli olaraq pozmağımızda, yəni vaz keçməyimizdə bir yanlışlıq varmı?

CAVAB

Heç kim bir tərəfli olaraq müqaviləni poza bilməz. “Əleyhimə oldu, mən də pozdum” demək keçərsizdir. Qurani-kərimdə məalən buyurulur ki:

“Ey iman edənlər, razılaşmalara riayət edin” [Maidə 1]

“Allah razılaşmaları pozmaqdan çəkinənləri sevər” [Tövbə 7]

Namuslarını qoruyanlar, əmanətlərinə və razılaşmalarına riayət edənlər, doğru şahidlik edənlər, namazlarını qılanlan Cənnətdə ikram olunan şəxslərdir. (Məaric 29-35)

Hədisi-şərifdə buyuruldu ki:

“Sözündə durmamaq münafiqlik əlamətidir”. [İbni Neccar]

Sual: Boyaçılıqla məşğul oluram. Bir müştəri, “Oğlum da eyni boyadan məndən xəbərsiz başqa birisindən alıb” deyərək satdığım boyaları geri gətirdi. Bunları almağa məcburammı?

CAVAB

Satdığınız malı geri almağa məcbur deyilsiniz. Ancaq ehsan edərək malı geri almaq çox gözəl olar. Qurani-kərimdə,

“Ehsan [yaxşılıq] edənlərə rəhmətim əlbəttə çox yaxındır” buyuruldu. (Araf 56)
İmam Qəzali həzrətləri buyurur ki: Müştəri peşman olarsa, alqı-satqını pozmaq yaxşı olar. Çünki Rəsulullah,

“Müştəri peşman olarsa, satıcı da qəbul edib müqaviləni pozarsa, Allahu təala onun günahlarını bağışlayar” buyurdu. (K. Səadət)

 

Sual: Podratçı ilə üç il sonra evi təslim almaq üçün razılaşdıq. Gecikən hər gün üçün bir miqdar gecikmə təzminatı almaq şərtilə müqavilə bağlamaq caizdirmi?

CAVAB

Bəli, caizdir.  

Müqavilələrdə şahid iştirakı

Sual: Dini nikah əqdlərində, borc almaqda, bir nəfəri vəkil edərkən və buna bənzər razılaşmalarda şahidin iştirakı lazımdırmı?

CAVAB

Bu mövzu ilə əlaqədar olaraq İbni Abidində, nikah şahidlərini izah edərkən buyurulur ki:

“Bütün əqdlərdə, sözləşmələrdə olduğu kimi nikah üçün bir nəfəri vəkil edərkən də iki şahidin iştirak etməsinə ehtiyac yoxdur. Lakin, hər müqavilədə iki şahidin olması müstəhabdır. Nikah zamanı isə şərtdir, lazımdır. Borc verməkdə də iki şahidin olması vacibdir, deyildi. Ticarət, vəkalət və bütün əqdlərdə sənəd yazmaq şərt deyilsə də, borc verməkdə lazım, nikahda isə müstəhəbdir. Vəkil təyin etməkdə və nikahda şahidlərin və vəkil olunan şəxsin qadını tanıması lazımdır. Yanındadırsa, üzünü görmələri yaxşı olar. Başqa otaqdan səsini eşidərlərsə, qadın otaqda təkdirsə caiz olar. Nikah qıyılarkən vəli və ya vəkil şahidlərin bildiyi qadının ancaq adını söylərlər. Şahidlərin tadımadıqları qadının, atasının və babasının adını da deməsi lazımdır. Tanımaq, kimin qızı və hansı qızı olduğunu bilmək deməkdir. Şəxsini, şəklini bilmək demək deyil.

Kiçik qızın atası qızının nikahını qıymaq üçün bir nəfərə əmr edər. O vəkil olan da bir başqası yanında nikah qıyarsa, ata da orda iştirak etdisə, caiz olur. Çünki, vəkilin nikah qıyması atanın yerinə olur. Özü şahid yerinə olur. Ata iştirak etməzsə, caiz olmaz. Böyük, həddi-büluğ yaşında olan qızın atası və ya başqa bir vəkili bir nəfər yanında qızı nikah edərsə, qız da iştirak edərsə, caiz olar. Çünki, vəlinin və vəkilin sözünü qız demiş kimidir. Vəli və ya vəkil şahid yerinə keçər. Bir adam bir nəfərə; “Qızını mənə zövcə olaraq verdinmi?” desə, o da, “Bəli” və ya “Zövcə olaraq verdim” desə nikah olmaz. Birinci şəxsin təkrar, “Qəbul etdim” deməsi lazımdır. Çünki əvvəlcə soruşdu. Sualla vəkil edilməz. “Qızını mənə zövcə olaraq ver” desəydi, olardı. Çünki, əmrlə vəkil edilmiş olar. Bu vəkilin cavabı iki tərəf adına deyilmiş olub, iki şahid də varsa, nikah tamam olar. Vəkil qızın atasının adını yanlış desə, nikah səhih olmaz.

Bir adam bir çox şəxsi bir qızı almaq üçün göndərsə, içlərindən biri qızın atasına deyib, atası və ya vəlisi versə, səhih olar. Çünki, içlərindən deyən şəxs vəkil olub, digərləri şahid olmuşdur”

23-01-2021, 17:57
Geri