Gözəl İslam / Dini kitabların ticarəti

Dini kitabların ticarəti

Sual: Sadəcə mushaf, dini kitab, dini lövhə və ilahi disklərin ticarətinin zərəri varmı?

CAVAB

Mushafı Qurani-kərim öyrədilməsinə səbəb olmaq niyyətilə satmaq caiz və savabdır. Alınan pul halal olar. Lakin belə bir niyyətin əlaməti nəşr edilmə dəyərinə yaxın az bir qazancla satmaqdır. Dolanışıq başqa kitablardan gəlirsə, mushaflar qazancsız satılmalıdır! (Şira)
Mushaf, dini lövhə, elmihal kitabları ticarət malı deyildir. Əmri-məruf üçün satılar. Bazarda satılmaz. Dükanlarda rəfə qoyular. Oxumaq, bərəkətlənmək üçün otağa asılar. Bəzək əşyası deyildir. Dini lövhələri və digər əsərləri yerə sərmək onları alçatmaq deməkdir.

 

Sual: Hər kəsin Şeyx baba kimi çağırdığı bir nəfər qomşumuzdakı xanıma, “Ərindən oğurladığın pulu mənə gətir. Mən haram pulu halala çevirərəm” demişdir. Şeyxin qara pulları ağartma səlahiyyəti varmı?

CAVAB

Şeyxin haram pulu halala çevirmə kimi bir səlahiyyəti yoxdur. Belə şəxslər saxta şeyxlərdir. Bəziləri “Namazı səndən qaldırdım” deyir, bəzisi “Sizi qardaş elədim” deyərək qadınla kişinin xəlvətinə səbəb olur . Zəmanə şeyxlərindən uzaq durmaq lazımdır.


Pozuq kitab satmaq

Sual: Kitabçı işi ilə məşğul oluram. Din kitabların qazanc əldə etmək niyyətilə satmağın caiz olmadığını bildiyim üçün dini əsər satmıram. Bəziləri, “Sən sahibkarsan, ruzin üçün hər kitabı sata bilərsən, günah olmaz” deyir. Bidət əhlinin pozuq kitablarını da satmaq günah olmazmı?

CAVAB

Əlbəttə günah olar. O söz qəssaba, “Ruzin üçün donuz əti sata bilərsən” deməyə bənzəyir. Xeyrə vəsilə olan xeyr işləmiş olduğu kimi, şərə vəsilə olan da günah işləmiş olar. Məsələn, içki içən günaha girdiyi kimi içki satan da günaha girər. Bir hədisi-şərif məalı belədir:

“Bu on şəxs lənətlənmişdir: Şərab üçün üzüm sıxan, sıxdıran, içən, daşıyan, özü üçün daşıtdıran, paylayan, satan, pulunu yeyən, satın alan, özü üçün satın alınan”. [Tirmizi]
Bidət işləyən, bidəti yayan, onları himayə edən, yəni qoruyan, kitablarını satan da eyni günaha girər. Bir hədisi-şərif məalı belədir:

“Bidət əməl çıxardana da, onu himayə edənə də lənət olsun!” [Buxari]

Kimyayı-Səadət kitabında deyilir ki: Dini məsxərəyə qoyanlara, yalan-yanlış kitab yazaraq dini yıxmağa çalışanlara kağız satmaq günahdır. (S. Əbədiyyə)

Pozuq kitab yazanlara kağız satmaq günah olduğuna görə pozuq kitabları satmaq daha böyük günah olar. Doğru din kitablarını isə dinə xidmət üçün qazancsız satmaq uyğun olar.

19-04-2020, 16:35
Geri