Gözəl İslam / Yemək yedirmək və ehsan

Yemək yedirmək və ehsan

Hökmdar əlindən gəldiyi qədər bol yemək yedirməlidir. Peyğəmbər əfəndimiz “Allahın qullarına bol yemək yedirmək səltənət və idarənin ömrünü uzadır”“Ən yaxşınız yemək yedirəninizdir” buyurur.

İnsan ehsanın quludur. Firon israfçı olmasına rəğmən səxavətli idi. Hər gün dörd min qoyun, dörd yüz inək, iki yüz dəvə kəsdirib, bu nisbətdə halva, şirniyyat, salat hazırladıb bütün Misir xalqı və ordu bu süfrədə hər gün yemək yeyərdi. Firon belə bir süfrə sayəsində 400 il yaşadı. Həzrəti Musa, “Ya Rəbb, Fironu həlak et” deyə dua etdi. Haqq təala Həzrəti Musaya buyurdu ki: “Suda həlak edib, onun bütün malını sənin qövmünün və əsgərinin ruzisi edəcəm”. 

Həzrəti Musa Allahu təalanın vədinin gerçəkləşməsini gözləməyə başladı. Lakin aradan bir neçə il keçməsinə baxmayaraq Firona bir şey olmur, pozğun həyatına davam edirdi. Həzrəti Musa 40 gün oruc tutduqdan sonra Turi Sina dağına getdi; Haqq təalaya belə yalvardı:

-Ya Rəbb, Firon ilahlıq iddiasından əl çəkmir, onu nə zaman həlak edəcəksən?

Allahu təala buyurdu ki:

-Ey Musa, sənin üçün onu dərhal həlak etməyim lazımdır. Bir milyon insan üçün həlak etməməyim lazımdır. Hər kəs hər gün onun nemətini yeyir, üstəlik asayiş yerindədir. İzzət və cəlalıma and olsun ki, mənim qullarıma yeməyi və neməti bol olduğu müddətdə mən onu həlak etmərəm.

-Ya Rəbb, vədin nə zaman yerinə gələcək?

-Ey Musa, Firon yemək və neməti xalqdan kəsdikcə, yemək verməyi azaltdıqca mən də ömrünü azaldaram. Beləcə çöküşü yaxınlaşar.

Firon Hamana dedi ki:

-Musa İsrailoğullarını öz ətrafına topladı, bizi narahat edir. Onunla işimizin hara qədər gedəcəyini bilmirəm. İndi xəzinəni və azuqə anbarlarımızı dolu saxlamağımız lazımdır ki, heç bir zaman hazırlıqsız olmayaq. Buna görə də azuqə və süfrə məsrəflərimizi azaltmaq lazımdır ki, rahat olaq. O malın yarısını azuqə təminatı üçün bir tərəfə qoymaq, yarısını da azaltmaq lazımdır.

Bunları öyrənən Həzrəti Musa beləcə Allahu təalanın vədinin gerçəkləşməsinin yaxın olduğunu anladı. Çünki həddən artıq qənaət mülkün çölməsinin əlamətidir. Firon suda boğulduğu gün sarayında iki cılız qoyun kəsilmişdi. Haradan haraya gəldi.

Allahu təala Həzrəti İbrahimi yemək verməsinə və qonaq sevdiyinə görə təriflədi.

Hatimi Tai də səxavətliyi və qonaq sevdiyi üçün təriflənmiş, dillərdə dastan olmuşdu. Dünya durduqca onun səxavətliyindən bəhs edilir. Həzrəti Əli pulu yox ikən çox səxavətlilik etmişdi. Allahu təala onu Qurani-kərimdə təriflədi. Qiyamətə qədər onun səxavətliyindən, mərdliyindən, cəsurluğundan danışılacaq.

Səxavətlik və yemək vermək ən qiymətli işlərdəndir. Hədisi-şəriflərdə, “Allahu təala səxavətliyə səxavətcə davranar”, “Səxavətlinin imanı qüvvətlidir”“Ən qiymətli əməl bir mömini, yemək yedirmək və ya başqa bir ehtiyacını görmək surətilə sevindirməkdir” buyuruldu.

Hər gün yemək verməkdə qüsur etməmək lazımdır. Dünyada məşhur olmuş hər kəs bu şöhrəti yemək verməkdən əldə etmişdir.

Nankor və xəsislərin yamanlığı haqqında iki dünyada bəhs edilir. Hədisi-şərifdə, “Xəsis və nankor olan Cənnətə girməz” buyuruldu.

9-04-2020, 14:56
Geri