Facebook Twitter WhatsApp

Zəkat vermə tarixi nə vaxt dəyişər?

 Sual: Hər il zəkatını 27 Ramazanda verən kimsə, bu il Ramazan ayı gəlmədən nisabdan düşsə, təkrar nisaba şatınca zəkat tarixini təyin edər?

CAVAB

Xeyr, il içindəki artıb-azalmalar nisabın altına düşsə də, sıfırlanmadıqca diqqətə alınmaz, yəni bu enişlər zəngin olma tarixini dəyişdirməz. Əgər bir ilə 27 Ramazanda nisabın üstünə çıxarsa, 27 Ramazanda zəkatını verməsi lazımdır. Əgər o tarixdə nisabın altında qalsa, keçən ildən bu yana bir il dolduğu üçün bu tarix artıq ləğv olar və bu vəziyyətdə nisabı görənə qədər gözləyər. Nisaba çatınca yeni tarix yazar və bu yeni tarixdən bir hicri il sonra nisaba malikdirsə, zəkatını verməsi lazımdır. İl içindəki azalıb-çoxalmalar nisab tarixinə təsir etməz. Ancaq bir il olunca nisaba malik olmazsa, o zaman il bitincə, köhnə tarix ləğv olar. Bir də il içində malının hamısı əldən çıxsa və ya borclansa, var-dövləti sıfırın altına düşsə, o zaman il dolmamış olsa da, əvvəlki tarix ləğv olar və nisabı görənə qədər yeni tarix yazılmaz.

Kağız pulun zəkatı

Sual: Kağız pulun zəkatı hesablanarkən, qızılın qram qiyməti necə olar?

CAVAB

Kağız pulun zəkatı hesablanarkən, qızılın bazar qiymətinin ən aşağı həddi olanı əsas alınar.

Sual: 6 min manat pulum var. Bunun zəkatı necə verilər?

CAVAB

Əvvəl qızılın qram qiyməti tapılar. Məsələn, qramı 30 manatdırsa, 6 min manat, 200 qram qızıl edər. 200 qram qızılın qırxda biri də, 5 qram qızıl edər. 5 qram qızıl zəkat olaraq verilər.

Sual: 60 qram 14 əyar qızılla, 3000 manat pulu olan, zəkatını necə verər?

CAVAB

Əvvəlcə, 3000 manat nə qədər qızıl ola biləcəyi hesablanar. Qızılın qramının 30 manat olduğunu qəbul etsək, 3000/30=100 qram qızıl edər. Bunu, 60 qrama əlavə edincə, 160 qram olar. Bunun qırxda biri 4 qram edər. Zəkat olaraq 4 qram qızıl vermək lazımdır. Bu 4 qramı 22 əyardan vermək çox yaxşı olar. 18 əyardan verilsə də caizdir. Əgər 60 qramını 14 əyardan, qalan 100 qramını da 22 əyardan versə bir ziyanı olmaz. Hamısı 14 əyardan verilsə məkruh olar.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину