Facebook Twitter WhatsApp

Zəkat verməyin əhəmiyyəti

Sual: Zəkatın əhəmiyyəti nədir

CAVAB

Quran-kərimdə çox yerdə namazla zəkat bərabər bildirilir. “Namazı qılın, zəkatı verin” buyurulur. Zəkat verməyənə Allah lənət edər. Qıtlıqlara məruz qalır, təmiz malını kirlətmiş olur, o mal tələf olur. Hədisi-şərifdə buyruldu ki

“Ən fəzilətli ibadət namaz sonra zəkatdır” (Tabərani)

“Xəstəni sədəqə ilə, malı zəkatla qoruyun” (Deyləmi)

“Allahu təala malınızın təmizlənib gözəlləşməsi üçün zəkatı fərz qıldı.” (Hakim)

“Zəkat verməyənin namazı qəbul olmaz.” (Tabərani) (Zəkat verməmək haram olduğu üçün belə günahkarların qıldığı namaz səhih olub borcu ödənirsə də namazdan hasil olacaq savaba qovuşa bilməz).

“Zəkat verməyən təmiz malını kirlətmiş olur.” (Tabərani)

“Zəkat verməyən qiyamətdə atəşdədir.” (Tabərani)

“Zənginlərin zəkatı kasıblara bəs etməsəydi, Allahu təala kasıbların ruzilərini başqa yollardan verərdi. Ac qalan kasıb varsa, zənginlərin zülmü üzündəndir.” (Əl-Əsgəri) (Əli ayağı tutub çalışa bilənlərin zəkat istəməsi haramdır. İstəmədiyi halda ona zəkat verilərsə alması günah olmaz. Zəkat nisaba malik olmayıb işləyə bilməyəcək qədər xəstə, şikəst olanlara və işləyib zorla dolananlara verilir. Allahu təala belə kasıbları millətin içində qırxda bir yaratmışdır.)

“Zəkat verməyən bir camaat rəhmətdən, yaxşılıqdan məhrum qalır. Heyvanlar da olmasa heç rəhmət görməzlərdi.” (Tabərani)

 “Zəkatı verilməyən mallar quruda, dənizdə tələf olur”. (Tabərani)

“Zəkatını verən o malın şərindən qorunmuş olur.” (Beyhəqı)

Rəsulullah əfəndimiz “zəkatı verilməyən mallar əjdaha olub sahibinin boynuna sarılır” buyurub bu məaldakı ayəti-kəriməni oxudu

“Haqq təalanın ehsan etdiyi malın zəkatını verməyənlər düz elədiklərini, zəngin qalacaqlarını zənn edirlər. Halbuki özlərinə pislik edirlər. O mallar Cəhənnəmdə əzab aləti olacaq, ilan şəklində boyunlarına sarılıb başdan ayağa qədər onları çalacaq”. (Əli-İmran 180)

         Bu acı əzabdan qurtulmaq üçün malların zəkatını, tarla məhsulların, meyvə və tərəvəzin uşrunu vermək lazımdır. Zəkat qırxda bir, uşr onda bir verilir. Quranı-kərimdə “Malı, pulu yığıb zəkatını verməyənə çox acı əzabı müjdələ. Zəkatı verilməyən mal, pul Cəhənnəm atəşində qızdırılıb, sahibinin alnına, böyrünə, arxasına möhür kimi basılacaqdır” buyruldu. (Tövbə 34, 35)  

Namaz qılmayan, oruc tutmayan bir müsəlmanın da zəkat verməsi lazımdır. Zəkat verməmək bə borcunu ödəməmək haramdır. Din kitablarında “Haram işləyənin, haram yeyənin duası qəbul olmaz” və “Fərz borcu olanın nafilələri qəbul olmaz” buyrulur. Zəkat verməyən zəngin minlərcə kasıbın haqqını qəsb etdiyi üçün və Allahu təalanın əmrini yerinə yetirmədiyi üçün onun heç bir yaxşılığı qəbul olunmur. İmkanı olduğu halda borcunu ödəməyən də belə haqlar altında qalır.

         Kasıba verilən qızıl onu zəngin edəcək qədər çox olmamalıdır. Borcu olmayan kasıba nisab miqdarı və ya daha çox zəkat vermək məkruh olaraq caizdir. 10 qr. qədər borcu varsa, 100 qr. alması məkruh olmaz. Qızılla gümüş nə niyyətlə saxlanılırsa saxlanılsın ticarət əşyasıdır. Nisab miqdarı qədərdirsə zəkatı verilir. 

        Bir günlük yeyəcəyi olanın zəkat və ya sədəqə istəməsi haramdır, fəqət istəmədən verilən sədəqəni, zəkatı alması caizdir. Zəkatı möhtaclara verməlidir.

        Sual: Tövbə surəsi 34-cü ayətində “Qızıl və gümüşü yığıb Allah yolunda xərcləməyənə çox acı əzab vardır” deyilir. Burada pul yığmaq qadağan edilirmi

        CAVAB

Peyğəmbər əfəndimiz Quranı-kərimi açıqlamışdır. Bir hədisi-şərif məalı belədir

        “Zəkatı verilən mal “kenz” deyildir” (Əbu Davud, Hakim, Hatib) (Kənz yığılıb saxlanan, faydası olmayan mal, dəfinə deməkdir.”

         Müsəlmanın malında zəkatdan başqa heç kimin haqqı yoxdur. Rəsulullah əfəndimiz “Malda zəkatdan başqa haqq yoxdur” buyurdu. (Əhkamı-üs-sultaniyyə)


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину