Gözəl İslam / Zəkat və ya sədəqə istəmək

Zəkat və ya sədəqə istəmək

Sual: Zəkat və ya sədəqə istəmək uyğundurmu?

CAVAB

Bir günlük qidası olanın zəkat və ya sədəqə istəməsi haramdır. Lakin, istəmədiyi halda verilən sədəqəni, zəkatı alması caizdir. Yoxsulun ehtiyacı yoxdursa, verilən zəkat və ya sədəqəni almaması yaxşı olar. Bir nəfər zəkat toplamaq üçün vəzifə istədikdə Rəsulullah əfəndimiz “Səni insanların yuyub atdıqları kirləri yığmağa xidmətçi etmək istəmirəm” buyurdu. [İbni Hüzeymə]
Zəkat olaraq verilən bir dəvəni istəyən bir nəfərə ,“Kök adamın istidən tərləyib bədənini yuduğu kirli su içilərmi? Zəkat da belə kir kimidir”  buyuruldu. [İmami-Malik ]
“Zəkat qarışdığı malı ifsad edər”
hədisi-şərifini imam Əhməd həzrətləri, “Ehtiyacı olmadığı halda zəkat olaraq alınan mal digər malları tələf edər”  deyə açıqlamışdır.] [Tərgib]

Zəkatı ehtiyacı olana vermək lazımdır! Qurani-kərimin bir neçə yerində namaz ilə zəkat bərabər bildirilir. “Namazı qılın, zəkatı verin” buyurulur.
Sual:
Yoxsul zəkat istəyə bilərmi?

CAVAB

Xeyir. Amma yoxsul olduğunu bildirməsi caizdir.

Dilənçilik ölçüsü

Sual: Zəkat kimlərə verilir? Dilənçilik ölçüsü nədir?

CAVAB

Zəkat, işləyə bilməyəcək dərəcədə xəstə, əlil olanlara və ya işləsə də çətin vəziyyətdə yaşayan müsəlmanlara verilir. Allahu təala belə yoxsulları millətin içində qırxda bir olaraq yaratmışdır. Onlara zəkat verən zəngin bir müsəlman həm ibadətlərini edərək Allahu təalanın rızsasını qazanır, həm sosyal yardım etmiş olur, həm də malını, sərvətini yoxsulların haqlarından və təcavüzlərindən qorumuş olur. Zənginlər sərvətinin qırxda birini ehtiyacı olanlara versə, müsəlman ölkələrində yoxsulların istismar edilməsinin qarşısı alınmış olar.
Eyni zamanda zəkat və sədəqələr sosyal yardım olub, iqtisadi fəlakətlərin qarşısını almaq üçün bir tədbirdir. Yoxsul, ehtiyacından artıq və nisabdan az zəkat ala bilər. Nəfəqəsindən artıq, lakin, nisab miqdarından az malı olana, yoxsul deyilir. Maaşı nə qədər olursa olsun, evini idarə etməkdə çətinlik çəkən hər vəzifədə işləyən yoxsul sayıldığı üçün zəkat ala bilər.

Hədisi-şəriflərdə buyuruldu ki:

“Ehtiyacı olmadan dilənən, ocağın közünü udmuş kimidir”. [ Beyhəqı ]
“Mal toplamaq üçün dilənən, ocağın közünü dilənmiş olur”. [ Müslim ]

“Özünün və ya uşaqlarının dözə bilmədikləri bir ehtiyacı yoxkən dilənəni,   Allahu təala ummadığı yerdə və zamanda möhtac edər”. [ Beyhəqı ]
“Dilənçi, dilənçiliyin vəbalını bilsəydi, dərhal dilənməkdən imtina edərdi”.  [Tabərani]
“Həqiqi yoxsul, ehtiyacını ödəyəcək bir şeyi olmayan, yada salınmadığı üçün sədəqə verilməyən, özü də durub heç kimdən bir şey istəməyən insandır”. [Buxari]
“Bu üç şey üçün and içərəm: Sədəqə verməklə əsla mal azalmaz. Onda isə sədəqə verin! Zülüm gördüyü şəxsi Allah rızası üçün əfv edən dünya və axirətdə əziz olar. Onda isə əfv edin! İstəmə qapısını açana da Allahu təala yoxsulluq qapısını açar”. [İ.Əhməd ]
“Dilənməyə mane olan zənginlik səhər-axşam yeməyə malik olmaqdır”. [Ruzeyn]
Bir günlük, yəni, səhər-axşam yeməyi olanın dilənməsi caiz deyildir. Dilənçinin qarşısında bir günlük yemək pulu varsa, ona bir şey vermək caiz olmaz. Lakin qarşısında pul yoxdursa və ya çox azdısa, onun bir günlük yeməyi olduğu bilinmədiyindən sədəqə vermək caiz olur.
Hər gün az da olsa sədəqə verilməlidir. Bir ay gözləyib daha çox verərəm deyərək, sədəqəsiz gün keçirməmək lazımdır.
Bilali-Həbəşi həzrətləri Rəsulullah əfəndimizin qonaqlarına ikram etməsi üçün ən yaxşı xurmalardan bir yığın xurma saxlamışdı. Bir gün Peyğəmbər əfəndimiz Həzrəti-Bilalın evinə gəlib bu xurmaları görəndə bunların nə olduğunu soruşdu. Həzrəti-Bilal da “Bunları qonaqlarınıza ikram edəsiniz deyə sizə vermək üçün saxladım” dedi. Peyğəmbər əfəndimiz buyurdu ki:

“Bunların Cəhənnəmdə duman olmasından qorxmursanmı? Ya Bilal bunları infaq et, azalar deyə qorxma!” [Bəzzar]
Hədiyyə üçün belə olsa, uzun müddət saxlamaq uyğun görülməmişdir.

 

26-12-2022, 11:25
Geri