Gözəl İslam / Qurumlara zəkat vermək

Qurumlara zəkat vermək

Sual: Qurani-kərimdəki fi-səbilillah kəlməsinə Allah yolunda olan hər qurum və təşkilat daxil olmaqla, dərnəkdən partiyaya qədər hər təşkilata zəkat veriləcəyi söylənilir. Bu düzgündürmü?

CAVAB

Qurani-kərimdə zəkat verəcəyi bildirilən  8 təbəqədən biri də fi-səbilillah, yəni, Allah yolunda olanlardır. Bu təbəqədə olanlar:

1-Fi-səbilillahdan murad, yoxsul əskərlərdir. [Nur-ül-izah]
2- Fi-səbilillahdan murad, cihad və həcc yolunda möhtaclardır. [ Rədd-ül-muxtar]
3-
İmamı- Əbu Yusifə görə, müharibəyə gedə bilməyən yoxsullar, İmamı- Muhəmmədə görə də həcc yolunda yoxsullardır. (Dürər)
4-
Savaş və ya həcc üçün gedib nəfəqəsi tükənənlərdir. [Tahtavi]
5-
Üç məzhəbə görə qazi və əskərlərdir. Hənbəliyə görə həcc yolundakılar da daxildir. [Mizan]
6-
Qazilərin olmasında dörd məzhəbdə ittifaq vardır. [M. Ərbəa]
7- Zahid-ül Kəvsəri
həzrətləri Məqalət kitabında “Xeyriyyə təşkilatlarına zəkat vermək caiz deyildir. Müctəhid imamların heç biri xeyriyyə təşkilatlarına zəkat veriləcəyini bildirməyib və bu mövzuda icma hasil olmuşdur. Sonradan gələn alimlərin sözləri icmanı poza bilməz” buyurur. [Belə ki, bu gün həqiqi bir alim çıxıb təşkilatlara zəkat vermək üçün fətva versə belə, icmanı poza bilməyəcəyi üçün fətvası keçərsiz olar. Hər halda, həqiqi alim də icmanı pozan fətva verməz.]
Bədayi
də fi-səbilillah kəliməsiylə Allah yolunda çalışanlar bildirilmişdir. Məsələn, zəngin olsa da, elm tələbəsinə zəkat verilir. Dürr-ül-muxtarda deyilir ki: Dini bilikləri öyrənən və öyrədənlərin, yəni işi, peşəsi bu olanlar zəngin olsalar belə, işləyib qazanmağa vaxtları olmadığı üçün zəkat ala bilərlər. İbni Abidin həzrətləri bunu açıqlayarkən buyurur ki: Hədisi-şərifdə [Elm öyrənməklə məşğul olanın 40 illik nəfəqəsi olsa da ona zəkat vermək caizdir] buyuruldu. Bu vəziyyətdə müxtəlif təşkilatlar bankda zəkat fondu deyilən bir hesab nömrəsi açır, yaxud da qəbzlə pul toplayırlar. Yuxarıdakı sənədlərdən başa düşüldüyü kimi bu yolla verilən pullar zəkat əvəzinə keçmir.

İbni Abidin həzrətləri Bədayidə fi-səbilillah kəliməsinin bütün qürbətlər (Allah üçün olan bütün işlər) olaraq açıqlandığını bildirir və Nəhr kitabından götürərək “Alimlər və zəkat toplayanlardan başqa bütün təbəqələrə yoxsul olmaq şərti ilə zəkat veriləcəyinə razılaşmışdılar” buyurur, üstəlik, “Məscid, körpü, yol çəkmək, həcc və cihad etmək kimi sahibsiz yerlerə zəkat verilmir” hökmünü Zeylaidən nəqlən bildirir. [Təmlik, zəkatı yoxsulun özünə verməkdir.]

Ölkəmizdə dinə xidmət edən, elm tələbəsi yetişdirən mədrəsələr, Quran kursları, fondlar və başqa xeyriyyə təşkilatları vardır. Bu təşkilatların rəsmisi bir yoxsuldan vəkalət alır. Yoxsul qurumun rəsmisinə vəkalət verərkən “Mənim adıma zəkat almağa və aldığın zəkatı istədiyin yerə verməyə səni vəkil etdim” deyər. Yaxud da sadəcə olaraq, “Səni ümumi vəkil etdim” deməyi bəsdir. Vəkil də aldığı zəkatı tələbələrin ehtiyaclarına, qurumun başqa ehtiyaclarına sərf edə bilər. Beləliklə, həm istənilən xeyriyyə təşkilatlarına kömək edilmiş olar, həm də dinə uyğun zəkat hədiyyəsi verilmiş olar.

Belə vəkalət vermədən qurumlara zəkat verilə bilməz. Verilərsə, zəkat deyil, sədəqə olar. Zəkat borcu ödənilmiş olmaz.

Qurumlara zəkat vermək

Sual: Bir müəllif “Qurumlara birbaşa və ya vəkalət yolu ilə də zəkat verilməz. Zəkat alan şəxs, zəkatı qurumlara verərsə, o zəkat səhih olmaz” deyir. Bu yanlış deyildirmi?
CAVAB

Bəli, vəkalət yolu ilə də olsa quruma zəkat verilmir, lakin, təslim alan şəxs, yoxsuldursa və ya yoxsulun vəkilidirsə, ona zəkat verməyin heç bir zərəri yoxdur. Qurumlara ancaq bu yolla verilə bilər. Zəkat verən şəxs quruma deyil, yoxsula zəkat verir. Yoxsul onu istədiyi kimi xərcləyə, istədiyi yerə bağışlaya bilər. Qumara da, quruma da versə zəkat yenə səhihdir. Günah olan yerə vermişdirsə, yoxsul cavabdeh olur, amma, zəkat yenə verilmiş olar. Yoxsulun hara xərcləməsi zəkat verəni maraqlandırmaz. Əlbəttə ki, saleh yoxsullara vermək daha yaxşıdır. Saleh bir yoxsul da aldığı zəkatı xeyriyyə təşkilatlarına verərsə, bunun heç bir zərəri olmaz. Özünə də savab olar.
Aişə (radiyallahu anhə) buyurdu ki: “Rəsulullah (sallallahü aleyhi və səlləm) otağıma gəldi. Qazanda ət qaynayırdı. Çörəklə evdə olandan bir şey ikram etdim. “Ətin bişdiyini gördüm” buyurdu. Xidmətçimiz Bərirəyə sədəqə verilən ət idi. Siz sədəqə [zəkat] yemədiyiz üçün bundan vermədim, dedi. “Bu ət Bərirə üçün sədəqədir. Onun bizə verdiyi isə hədiyyə olur” buyurdu.] Yoxsul aldığı zəkatı zənginə də verə bilər. Verdiyi hədiyyə olar. Zənginin onu alması halaldır, çünki yoxsul öz malından vermişdir. [Əşiat-ül ləməat]
Göründüyü kimi Peyğəmbər əfəndimizin zəkat, sədəqə alması caiz deyilkən, yoxsul öz malını verərkən caiz olur. Yoxsul və ya yoxsulun vəkili zəkat malı öz mülkü olduqdan sonra onu zəkat vermək caiz olmayan yerlərə, məsələn, zənginlərə, öz ata-anasına və ya qurumlara da verə bilər. “Sən verilən zəkatı hər yerə xərcləyə bilməzsən” demək çox yanlış olar. Bilmədən səhv fətva verənlərə mələklərin lənət etdiyi, hədisi-şəriflə bilidirilir. 


Dərnəyə zəkat və qurban verilərmi?

Sual: Bəzi müəlliflər, xeyriyyə təşkilatlarına, dərnəklərə, məscidlərə zəkat və qurban verilməyəcəyini dayanmadan yazırlar. Bu işlə məşğul olanların hamısını bir qələmdə təhqir etmək düzgündürmü?  Dinə uyğun edən yoxdurmu? Məsələn, mən xeyriyyə təşkilatında işləyən bir yoxsula “Mənim adıma zəkat almağa və aldığın zəkatı istədiyin yerə verməyə səni vəkil etdim” deyirəm. Qurban vəkalətimi də verərkən “Qurbanımı kəsməyə, ətini istədiyin yerə verməyə səni vəkil etdim” deyirəm. Vəkilim olan yoxsul, aldığı zəkatı və kəsdiyi qurbanın ətini bir xeyriyyə təşkilatına versə, zərəri olarmıı?

CAVAB

Heç bir zərəri olmaz. Bəlkə də o müəlliflər dinə uyğun olmadan, yəni zəkatını yoxsula vermədən, birbaşa xeyriyyə təşkilatlarına verənləri nəzərdə tutmuş ola bilərlər. Amma “Belə verilərsə, zərəri olmaz” deməkləri də lazımdır. Çünki, dinimizin caiz gördüyü bir məsələ gizli qalmış olur, qurunun yerinə yaş da yanır. Bu işi dinimizə uyğun edənlər töhmət altında qalır. “Qurumlara zəkat və qurban verilməz” deyə böyük başlıqlar atılır.

15-11-2022, 16:49
Geri