Gözəl İslam / Zinət əşyalarının zəkatı

Zinət əşyalarının zəkatı

Sual: Qadınların taxdığı inci, zümrüd, almaz və brilliant kimi zinət əşyalarının zəkatı verilməlidirmi?


CAVAB

Qadınların qızıl və gümüşü xaric, başqa zinət əşyaları nə qədər çox olursa-olsun zəkat nisabına daxil edilmir. Lakin qurban nisabına qaxil edilir. Yəni, nisabdan artıq zinət əşyası olan qadın zəngindir, qurban kəsməsi vacibdir.

Sual:
Qızıl üzlüklü boyunbağı və qolbağın zəkatını necə hesablamaq olar?


CAVAB

Qızıl miqdarının yarısından az olan qarışımın zəkat hesablanması çəkisi ilə deyil, dəyəri ilə edilir.

Sual: Bizə aid olmayan, lakin bizdə olan zinət əşyalarının zəkatını kim verməlidir?


CAVAB

Kimindirsə, o verməlidir.

Sual: 100 qram ağırlığında 5 qolbağım var. Pulum olmadığı üçün qolbağımın birini satıb zəkatımı verməyə qərar verdim. Zərgərə gedərkən qolbağımı oğurladılar. Zəkat verməyim lazımdırmı?


CAVAB

Nisabdan düşdüyünüz üçün zəkat bağışlanmışdır. Əgər o bilərziklə bir mal alsaydınız yenə nisabdan düşərdiniz, lakin zəkatını da verməyiniz lazım olardı. Çünki, öz istəyinizlə nisabdan düşmüş olardınız.

Sual: Şafidə qadınların taxdıqları qızıllar zəkata tabedirmi?


CAVAB

Tabe deyildir, yəni zəkatı verilmir.


Sual: Şafidə bir qadının min bilərziyi, min Rəşat qızılı olsa yenə zəkata tabe deyildirmi?

 
CAVAB

Şafi məzhəbində  “qadının zinəti zəkata tabe deyildir” demək, “adət olaraq  istifadə edilən zinət zəkata tabe deyildir” deməkdir. Zinət olaraq min bilərzik, min qızıl pul taxılmır.
Deyək ki, adət olaraq ən çox on bilərzik ilə on qızıl pul taxılarsa, bunlar zəkata tabe olmur. “Qadının zinəti 200 misqalı keçərsə, artığı zəkata tabedir” deyən alimlər də vardır. Deməli qadının normal zinəti zəkata tabe deyildir. Lakin, adət olandan artığı zəkata tabedir. Hənbəli və Malikidə də qadının zinəti zəkata tabe deyildir. Hənəfidə isə qızıl kimdə, harada, nə məqsədlə istifadə olunursa-olunsun nisaba çatarsa zəkata tabedir.[Məzahibi-Ərbəa]

29-10-2022, 17:29
Geri