Gözəl İslam / Bizə borcu olan yoxsula zəkat

Bizə borcu olan yoxsula zəkat

Sual: Bir yoxsula borc vermişəm. Zəkatımı onunla əvəzləsəm olarmı?

CAVAB

Caiz olmaz.

Bir zənginə bir yoxsulun borcu olsa, borc sənədini yoxsula verib “Sənə alacağım qədər zəkat verməyə niyyət etdim. Sən də borcunun əvəzində qəbul et, belə hesablaşmış olarıq” desə, yoxsul da qəbul etsə, zəngin zəkatını vermiş sayılmaz. Çünki, borc sənədi verməklə, razılıqla zəkat verilmiş sayılmaz. Yalnız, mal təslim etməklə olar. Zəngin zəkatını yoxsula verməli, yoxsul isə zəkatı aldıqdan sonra yenidən zənginə qaytararaq borcunu ödəməlidir. Ev kirayəsinin pulunu ödəyə bilməyən yoxsul kirayəçiyə ev sahibi kirayə pulunu almayıb ona bağışlasa, bu pul zəkat yerinə keçməz, sədəqə olar. [Rədd-ül-muxtar]

Sual:
Kasıba borc vermişik. Ən azından zəkat əvəzinə sayaq, deyirik. Zəkatımızı yoxsula versək borcunu yenə verməz. Yəni, borcunu qaytarmaz deyə kasıba etibar edə bilmirik. Hansı yolla kasıbın borcunu zəkatla əvəzləyə bilərik?

CAVAB

Əgər kasıbın borcunu ödəyəcəyinə inam yoxdursa, etibar etdiyi adamı kasıba göstərərək “ Zəkatını almaq və borcunu ödəmək üçün onu vəkil et” deyər.
Zəkatı bu vəkilə verər, vəkil də zənginə qaytararaq kasıbın borcunu ödəyər. Beləcə, həm zəkat verilmiş olar, həm də kasıbın borcu ödənilmiş olar. [ Dürr-i yeqta, Mizan-ı Kübra]


Zəkat hədiyyə deməkdir

Sual: Borc olaraq qızıl istəyən kasıba, zəkat vermək niyyətilə borc verilsə, sonra da həmin qızılı kasıba hədiyyə etsə, zəkat səhihdirmi?
CAVAB

Bəli, səhihdir.

23-10-2022, 19:13
Geri