Facebook Twitter WhatsApp

Haramdan sədəqə verilər?

Sual: Haramdan sədəqə verilsə nə olar?

CAVAB

    Haramdan sədəqə verilsə, alan kasıb da haramdan olduğunu bilərək verənə Allah razı olsun desə və ya Allah qəbul etsin desə və verən də amin desə, ikisi də küfrə girər.

     Bir kimsənin əlindəki malın haram mal olduğu bilinmədikcə, oğurlanmış və ya qumardan almış olsa belə əlindəki bu malın onun halal mülkü olduğu qəbul edilər. Bunu verəndə mülki-xəbis isə də almaq caiz olar. Verilənin haram mal olduğu qəti bilinərsə bunu almaq caiz olmaz.   

    Haram malı hədiyyə vermək caiz olmaz. Haram olduğunu bilənin də bunu alması caiz olmaz. Əlinə haram mal, məsələn pul keçən bunu sahibinə  verməli, sahibi bilinmirsə kasıba sədəqə verməlidir. Başqa yerə verməsi günah olar. Bu malı almaq kasıblardan başqa heç kimə caiz olmaz. Yalnız varisin haram mal olduğunu bildiyi halda mirası alması caiz olar. Sədəqə olaraq verdiyi kasıb, haram malı ona hədiyyə edərsə, bunu özü də istifadə edə bilər.

            Malının çoxunun halal olduğu zənn edilənin verdiyi hədiyyəni alması caiz olar. Malı haram isə caiz olmaz. 

            Bulanıq suyun təmiz olduğu qəbul edilər. Çünki, suyun əsli təmizdir. Nəcis olması isə şübhəlidir. Qazancının çoxu haramdan olan kimsənin verdiyi malın haramdan olduğu qəti olaraq bilinmədikcə bu malı almaq haram olmaz, məkruh olar. Malının çoxu halal olanın hədiyyəsi alınar. Çoxu haram isə halal deyərək verdiyi alınar. Verərkən söyləmədi isə araşdırıb zənninə görə əməl edər.

Sual: Məndən düşdüyü şübhəli olan bir pul var. Haram olan bir şeyi sədəqə olaraq vermək haram olduğunu bilirəm. Bu pulu nə edim?

CAVAB

            Kasıbsansa özün istifadə edə bilərsən, zənginsənsə bir kasıba ver. Tapılan pul sizin olmasa da haram pul deyildir. Bir kasıba verməkdə zərər yoxdur.

Sual: Din kitablarında, “haramdan qazanılan bir mal sədəqə olaraq verilsə bunu bilərək alan Allah qəbul etsin deyərsə kafir olar, fəqət Allah razı olsun deyərsə küfr olmaz”, deyilir. Niyə biri küfr olur, o biri deyil?

CAVAB

            Haram maldan savab gözlənilməz. Yəni dinimizdə haram malın savabı olmayacağı bildirilərkən, Allah qəbul etsin deyərək dinin əmri qəbul edilməmiş olur. Allah razı olsun demək isə bu halından, haram işlədiyindən ötəri Allah razı olsun demək deyildir. O mənada deyilərsə, əlbəttə o da küfr olar. Allah səni razı olacağı hala gətirsin mənasında bir duadır. Lazım olarsa kafirə belə dua edilə bilər. Yəni onun hidayəti üçün dua edilir. Bu caiz olar. Fəqət kafirə, Allah sənə rəhmət etsin deyə dua etmək caiz olmaz.

Haram pulla xeyr etmək

Sual: Toplanan halal və müxtəlif haram pullarla məscid tikilər? Haram pul xeyirə sərf edilər? Haram pulu verənə, Allah razı olsun deyilirmi?

CAVAB

            Birqivi vəsiyyətnaməsi şərhində, “Bir kimsə, əlindəki qəti haram olan maldan sədəqə versə, savab umsa, alan kasıb, haramdan olduğunu bilərək, verənə Allah razı olsun desə, verən də və ya başqa bir kimsə də amin desə, hamısı kafir olar” deyilir. İbni Abidin həzrətləri burada, “Haram olduğu bilinən bəlli malla məscid tikdirmək və başqa xeyir iş görmək və bunlara qarşılıq savab gözləmək də küfrdür” buyurur. (S. Əbədiyyə)

            Haramdan mal qazanmaq haramdan sədəqə vermək ayrı, haramla halalı qarışdıraraq istifadə etmək ayrıdır. İstifadə etmənin caiz olması, haramın caiz olması demək deyildir.  Haramdan qazanan əlbəttə cəzasını çəkəcəkdir. Bu mövzuda mərhum xocamıza soruşduğumuz sualın cavabı belə idi:

            İki və ya daha çox fərqli haram mallar bir-birləriylə və halal mallarla qarışarsa mülk olar. Hər cür istifadə edilməsi caiz olar. Yəni məscid tikdirər. Haram pulu verənə Allah razı olsun demək caizdir, amma Allah qəbul etsin demək küfr olar.

            Haramdan savab gözlənildiyi üçün küfr olur, amma o kimsəni Allahu təala razı olduğu yola çevirə bilər. Kafirə belə, imana gəlməsi və ya razı olacağı hala çevirməsi niyyətiylə Allah razı olsundeyilir. Belə söyləmək bu halından razı olsun demək deyildir, onu razı olacağı hala çevirsin deməkdir. Demək ki, bu niyyətə görə kafirə belə Allah razı olsun deyilə  bilir. Belə bir niyyət olmadan Allahu təalanın  kafirdən razı olması üçün söyləmək küfr olar.

            Yalnız tək haram pul ilə inşa edilən məsciddə namaz qılmaq caiz olmaz.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину