Facebook Twitter WhatsApp

Camaat ilə namazın fəziləti

   Camaatla qılınan iki rükət namazın savabı, yalnız qılınan iyirmi yeddi rükət namazdan daha çoxdur.
   Bir rəvayətə görə, camaat namazının savabı yalnız qılınan min rükət namazdan daha artıqdır. Camaat namazının savabı çoxdur. Bunlardan bir neçəsi bəyan edilmişdir:

1. Möminlər bir araya gəldikdə, bir-birlərinə məhəbbət əmələ gəlir.
2. Cahillər alimlərdən namazın məsələlərini öyrənirlər.
3. Bəzisinin namazı qəbul olur və bəzisinin namazı qəbul olmazsa, qəbul olanların hörmətinə qəbul olmayanların namazı da qəbul olur.
   Hədisi-şərifdə:
“Ey ümmətim və Əshabım! Sizin üçün iki yol qoydum: Biri Qurani azım-üş-şan, digəri sünnətimdir. Bunlardan başqa yol tutan kimsə ümmətim deyildir!”, buyruldu. [Abdülqani Nablüsi (rahiməhullahü təala) “Hadika” kitabının 99-cu səhifəsində deyir ki: “Allahü təala,islamiyyətin bir qismini Qurani-kərim ilə bildirdiyi kimi, bir qismini də Peyğəmbərinin (sallallahü təala aleyhi və səlləm) sünnəti ilə bildirmişdir. Rəsulullahın sünnəti, Onun inandıqları, söylədikləri, etdikləri, əxlaqı və birinin sözü və ya işi qarşısında susması (beləcə, qəbul etdiyinin anlaşılması)dır”. Bu Hədisi-şərif, Ədilləi şəriyyədən (şəriət dəlilləri) ikincisini göstərməkdədir.]


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину