Facebook Twitter WhatsApp

Azan oxunuşu,duaları və kəlimələrinin mənaları

AZANIN OXUNUŞU

Allahü-əkbər...................................................4 dəfə

Əşhədü ən lə iləhə illəllah................................2 dəfə

Əşhədü ənnə Muhammədən Rəsulullah..............2 dəfə

Hayyə aləs-saləh............................................2 dəfə

Hayyə aləl-fələh..............................................2 dəfə

Allahü-əkbər....................................................2 dəfə

Lə iləhə illəllah................................................1 dəfə

Yalnız sübh azanında, “Hayyə aləl-fələh”`dən sonra iki dəfə “Əs-salətü xayrun minən-nəvm” oxunur.İqamətdə isə “Hayyə aləl-fələh”dan sonra iki dəfə “Qadqamə tis-salətü” deyilir.

AZAN DUALARI

      Rəsulullah “sallallahü aləyhi və səlləm” buyurdu ki: “Azan oxunarkən bu duanı oxuyun:

     “Vəənəəşhədü ən lə iləhə illallahü vahdəhu ləşərikələh vəəşhədü ənnə Muhammədən abdühü və rəsulüh və raditü billəhi rabbən və bil-islami di-nən və bi Muhammədin sallallahü aləyhi və səlləmə rəsulən nəbiyya”.

      Yenə bir Hədisi-şəriflərində buyurdular ki, “Ey mənim ümmətim. Azan bitincə bu duanı da oxuyun: Allahümmə rabbə hazihid-da`vətit-tamməti vəs-salətil-qaiməti əti Muhammədənil-vəsilətə vəl-fədilətə vəd-dərəcətər-rə-fiatə vəbashü məqamən mahmudənil-ləzi vəadtəhü innəkə lə tuhlifül-miad”.

AZAN KƏLMƏLƏRININ MƏNALA

     ALLAHÜ-ƏKBƏR: Allahü təala böyükdür. Ona bir şey lazım deyildir. Qullarının ibadətlərinə də möhtac olmaqdan böyükdür. İbadətlərin Ona heç bir faydası yoxdur. Bu mühüm mənanı zehinlərdə yaxşı yerləşdirmək üçün bu kəlmə dörd dəfə söylənir.

     ƏŞHƏDÜ ƏN LƏİLƏHƏİLLƏLLAH: Qüruru, böyüklüyü ilə kimsənin ibadətinə möhtac olmadığı halda, ibadət olunmağa Ondan başqa kimsənin haqqı olmadığına şəhadət edər, əlbəttə, inanıram. Heç bir şey Ona bənzəməz.

    ƏŞHƏDÜ ƏNNƏ MUHAMMƏDƏN RƏSULULLAH: Muhammədin “aləyhi və alə alihissalətü vəssəlam”, Onun göndərdiyi Peyğəmbəri olduğuna, Onun istədiyi ibadətlərin yolunu bildiricisi olduğuna və Allahü təalaya ancaq Onun bildirdiyi, göstərdiyi ibadətlərin yaraşdığına şəhadət edər, inanıram.

    HAYYƏ ALƏS-SALƏH, HAYYƏ ALƏL-FƏLƏH: Möminləri fəlaha (yaxşılığa), səadətə, qurtuluşa səbəb olan namaza çağıran iki kəlmədir.

    ALLAHÜ-ƏKBƏR: Ona layiq bir ibadəti kimsə edə bilməz.Hər hansı bir kimsənin ibadətinin Ona layiq, yaraşan olmasından çox böyükdür, çox uzaqdır.

    LƏİLƏHƏİLLƏLLAH: İbadətə, qarşısında alçalmağa haqqı olan ancaq Odur. Ona layiq ibadəti kimsə edə bilməməklə bərabər, Ondan başqa kimsənin ibadət olunmağa haqqı yoxdur. Namazın şərəfinin böyüklüyü Onu hər kəsə, xəbər vermək üçün seçilmiş olan bu kəlmələrin böyüklüyündən anlaşılır.