Gözəl İslam / Hənbəli məzhəbində Heyz və Zahılıq

Hənbəli məzhəbində Heyz və Zahılıq

1- Heyzin ən azı 1 gün, ən çoxu isə 15 gündür. 15 gündən artıq gələrsə istihazə [üzrlü] olur. 
2- İkinci heyzin ola bilməsi üçün aradan ən az 13 gün keçməsi lazımdır. 13 gün keçmədən qan gələrsə, bu heyz deyildir, istihazədir. 
3- 9 yaşından kiçik qız və ayisədən [50 yaşından sonra] gələn qan heyz olmaz, üzrlü olur. 
4- Hamilədən gələn qan heyz deyil, istihazədir. 
5- İstihazəli qadınla cinsi əlaqə haramdır. Digər üç məzhəbdə caizdir. Zahı qadının qırx günü tamam olmadan təmizlənsə belə cinsi əlaqə caiz olmaz. Digər üç məzhəbdə caizdir. Heyz bitdikdən sonra qüsul almadan cinsi əlaqə üç məzhəbdə caiz deyildir. Hənəfidə caizdir. Heyz və zahı qadının övrət yeri xaric göbək ilə diz arasına toxunmaq Hənbəlidə caiz, Şafi və Malikidə caiz deyildir. Hənəfidə isə İmam azama görə caiz deyil, İmam Muhammədə görə caizdir, fətva da belədir.
6- Zahılığın ən uzun müddəti Hənəfidəki kimi 40 gündür. Azı üçün bir sərhəd yoxdur. 
7- Zahılıq görərkən qan gəlmədiyi günlər təmizdir, qüsul alaraq hər ibadəti etmək lazımdır. Qan gəldiyi günlər namaz və oruc buraxır. 40 günə qədər belə davam edilir.

18-03-2018, 13:49
Geri