Gözəl İslam / Qurban kəsməkdə zənginliyin ölçüsü

Qurban kəsməkdə zənginliyin ölçüsü

Sual: Qurban kəsməkdə zənginliyin ölçüsü nədir?

CAVAB

Maddələr halında bildirək:

Şübhəli alacaqlar

Sual: Nə vaxt veriləcəyi bəlli olmayan nisabın çox üstündə alacağı olan, borcu da yoxsa, bu alacağını nisab hesabına qatacaqmı, zəkatını verəcəkmi, qurban kəsəcəkmi?

CAVAB

   Sənədli və ya inkar edilməyən alacaqlar, iflas edən də və kasıbda da olsa, nisaba qatılar. Ələ keçəndə, keçmiş illərin zəkatı da verilər. Əgər qurban kəsəcək qədər pulu varsa, qurban da kəsər.

      İbni Abidin həzrətləri buyurur ki:

    Şirkətdə çox malı olub, ala bilməyənin qurban kəsəcək qədər pulu, malı varsa kəsər.

Sual: Reklam şirkətim var. Sifariş üzərinə reklam hazırlayır, film çəkir, tərcümə edir, veb saytı hazırlayırıq. Bunlarda edəcəyimiz iş və iş sonunda alacağımız ödəniş müqavilədə yazılı olur.  Bu əvəzi zəkat və qurban nisabına daxil edəcəyəmmi?

CAVAB

       Xeyr. Ancaq razılaşmanızı etdiyiniz işi və ya xidməti görüb təslim etdikdən sonra alacağınız əmələ gələr. Bu əmələ gələn miqdarı zəkat və qurban nisabına daxil edərsiniz. İş təslim edilmədən belə alacaqlar nisaba daxil edilməz.

Sual: Qurban nisabı 96 qr. amma niyə bəziləri 80 qr. deyir? 80 qr. olarsa qızıllarım nisab miqdarını görür. İndi qurban mənə vacib olur?

CAVAB

     Nəqli əsas almadıqları üçün səhv danışırlar. Borclarınızı çıxdıqdan sonra nisab miqdarı 96 qramı görərsə qurban sizə vacib olar.

Bayramdan sonra

Sual: İndi nisab miqdarı malı olmayan, ancaq Qurban bayramından dərhal sonra əlinə nisab miqdarından çox pul keçəcək kimsənin qurban kəsməsi lazımdırmı?

CAVAB 

Lazım deyil. Vacib olması üçün, bayramın üçüncü günü əlinə keçməsi lazımdır.

Sual: Nisabı aşan alacağım var, amam ala bilmirəm. Ehtiyacımdan çox malım var, amma pulum yoxdur. Qurban kəsməyim vacibdirmi?

CAVAB

     Alacaqlar zəkatda olduğu kimi nisaba daxil edilər, fəqət, əlində pulu olmayan, ehtiyacından çox malı olsa da fitrə verməyən, qurban kəsməyən İmamı Muhammədə görə günahdan xilas olar. Borc alıb və ya bir malı satıb kəsərsə Şeyxayna görə vacib savabı alar. 

Torpaq və qurban

Sual: Nisabdan artıq çox qiymətli bir torpağım var. Qurban kəsməyim vacib olar?

CAVAB

    İmamı Muhammədə görə qurban kəsmək vacib olmaz. Şeyxayna görə vacib olar. Vacib savabı qazanmaq  üçün Şeyxayna görə kəsmək lazımdır.

Ev, avtomobil nisaba qatılmaz

Sual: Oturduğu bir evi, bir minik avtomobili, birjada səhmlər və borcları da olan adamın  qurban kəsməsi vacib olar?

CAVAB

      Bir ev və avtomobil qurban nisabına daxil edilməz. Borclar mövcud puldan və səhmlərdən çıxarılar, geriyə nisab qədər pul qalarsa, qurban kəsmək lazımdır.

Sual: Birjada səhmlərim var. Kooperativə ödəmək lazım olan borcum var. 30 aylıq avtomobil kreditim var. Kirayədə otururam. Bu vəziyyətdə qurban kəsməyim lazımdır?

CAVAB

   Bütün borclarınızı mövcud pulunuzdan və səhmlərin rayiç (bir pul vahidinin və ya malın satış və buraxılış dəyəri)  dəyərindən çıxararsınız, geriyə nisab miqdarı pulunuz qalarsa, qurban kəsməyiniz lazımdır.

Sual: Cehiz əşyalarım var. Bəyaz əşya, mebel, bəzək əşyaları, xalça, mətbəx vəsaitləri, bunlardan istifadə edilmədiyi üçün hamısını nisaba daxil olar, yoxsa sadəcə bəyaz əşyalar?

CAVAB

   İstifadə edilməyən hər əşya daxil edilər.

Faktura və nisab

Sual: Qurban bayramına düşən amma bayram tətili olduğu üçün bayramdan sonra ödənməsi lazım olan elektrik, telefon, su v.s. pulların məbləği cibimizdə ikən bunları da qurban nisabına daxil edəcəyik?

CAVAB

      O pulları  hesaba qatmazsınız. Çünki o pulları bayramdan sonra verəcəksiniz. Yəni o pul sizdə əmanət kimi olur. O pullardan çox nisab miqdarı qədər pulu olanın qurban kəsməsi vacib olar.

Əvvəl borcunu ödəyər

Sual: Nisab miqdarı borcu olanın əlində nisab miqdarı pulu olsa da qurban kəsməsi lazım olar?

CAVAB

    Borcu olan əvvəl borcunu ödəyər, qalanı nisab miqdarını görmürsə qurban kəsməz.

Pul vermədən qurban kəsdirmək

Sual:  İki min manat alacağı olub, əlində pulu olmayan kimsə, alacağı olan şəxsə, “Bir heyvan 1000 manatdır, mənim üçün bir dənə qurban kəs, 1000 manatı da borcundan çıx!” desə caiz olar?

CAVAB

  Bəli, caiz olar. Hətta heç alacağı olmasa, nisaba malikdirsə, birinə, “Mənim üçün bir qurban kəs!” desə, o şəxs də kəssə, kəsdirən vacib savabına qovuşar.

      Zəkat verərkən də belədir. Birini vəkil etsəniz, mənim üçün bu qədər zəkat ver desəniz o da versə, zəkatınız verilmiş olar. Pul verməklə əlaqəsi yoxdur. Yəni, vəkil öz pulundan verə bilər. Vəkil öz pulu ilə qurban kəsə bilər. Daha sonra sizdən pul istəyə bilər və ya hədiyyə də edə bilər. 

Borcu olan zəngin

Sual: 96 qr. qızılı olanın, borcu da varsa, vacib olan qurbanı kəsməsi lazımdır?

CAVAB

            Borcu olan, borcunu çıxardıqdan sonra nisabı görmürsə, qurban kəsməsi lazım deyil.

Sual: Atamın gecəqondu kimi iki mərtəbəli evi var. Başqa ehtiyacdan artıq malı, pulu yoxdur. Alt mərtəbədə kirayəçi var. Ehtiyacdan artıq evdir, deyə atam qurban kəsir. Ehtiyacdan artıq ev dedikdə, belə altlı üstlü evlər iki ev hökmündədi yoxsa tək ev hökmündədi?

CAVAB

            Alt mərtəbədəki müstəqil isə ayrı ev deməkdir. Bir evin otaqları hökmündədirsə, bəzi evlər elədir, onlar bir ev qəbul edilir. Bir nərdivan ilə yuxarı çıxılan evlər kimi. 

Sual: Qızılı olan bir adamın zəkatını verdiyi təqdirdə qurban kəsməsi də lazım olar?

CAVAB

            Zəkat ayrı, qurban ayrıdır. Qızıl həm qurban nisabına daxil edilər, həm də zəkat nisabına. Yəni nisabı görürsə, həm zəkat verəcəksiniz, həm də qurban kəsəcəksiniz.

Sual: Mənə aid bəyaz əşya kimi cehizlərim var. Qurban kəsəcəyəmmi, bunların zəkatını verəcəyəmmi?

CAVAB

            Soba, paltaryuyan maşın, soyuducu, qabyuyan maşın kimi cehizlərinizdən istifadə edirsinizsə, qurban nisabına daxil edilməz. İstifadə etmirsinizsə və nisabı da görürsə, bu il qurban kəsməyiniz lazımdır. Cehiz üçün zəkat olmaz.

Qızıl pul deməkdir

Sual: Qurban nisabına malik olanın, əlində pulu yoxsa borc alaraq qurban kəsməsi lazımdır?

CAVAB

            Ehtiyacdan çox əşyaları, ala bilmədiyi alacaqları və ya bunlar kimi başqa bir səbəblə nisaba malik olan kimsənin qurban kəsəcək pulu yoxsa borc alaraq kəsməsi lazım deyil. Kəsərsə, yenə vacib savabı alar. Fəqət, qızılı varsa, pulu da var deməkdir. Kağız pulu olmaması bəhanə olmaz. Qızıllarından sataraq kəsməsi lazımdır. Valyutası olanın da milli pula çevirib kəsməsi lazımdır.

Gümüş nisabı və qurban

Sual: Gümüş nisabına görə zəngin olan kimsənin kəsdiyi qurban vacib olar?

CAVAB

            Zəngin olduğunu bilirsə vacib savabı alar.

Arı, bal və qurban

Sual: Arı təknələri və balı olan kimsənin qurban kəsməsi vacibdir?

CAVAB

        Əgər əlindəki pulu və balla birlikdə, təknələrin qiyməti nisabı görürsə qurban kəsməsi vacib olar.

Bağ ev və qurban

Sual: Bir evindən başqa, bir də bağ evi və ya bir torpağı olan yaxud başqa bir evə də ortaq olan kimsənin, bunları qurban nisabına daxil edib qurban kəsməsi lazımdır?

CAVAB

    İmamı Muhammədə görə daxil etməz, yəni qurban kəsməsi lazım deyil, fətva da belədir. İmamı Azam və İmamı Əbu Yusifə görə isə daxil edərək qurban kəsərsə vacib savabı alar. Bu böyük  savaba qovuşmaq istəyən ikinci qövli seçməlidir.

14-03-2018, 16:03
Geri