Gözəl İslam / Hansı heyvanlardan qurban olur

Hansı heyvanlardan qurban olur

Sual: Hansı heyvanlardan qurban olur, xüsusiyyətləri nələrdir?

CAVAB

Sual: Anadan qulağı çox kiçik olan heyvanı qurban etmək olar?

CAVAB

            Bəli.

Sual: Keçi-ceyran mələzi heyvanından qurban olar?

CAVAB

            Qurban olmaz.

Sual: Quyruqsuz qoyunu qurban etmək caizdir?

CAVAB

            Quyruqsuz heyvandan qurban olmaz. Ancaq, quyruqlusu tapılmırsa, ikinci bir qövllə quyruqsuz olanı da qurban etmək caizdir.

Sual: Yabanı heyvanlardan və ya mələz olanlardan qurbanlıq olur?

CAVAB

            Yabanı qoyun, yabanı öküz (kəl) və yabanı dəvə (lama) kimi  heyvanların ətini yemək caiz isə də, qurban olmaz. Mələz isə, məsələn yabanı bir qoçla, ev heyvanı olan bir qoyundan meydana gələn bala qurban edilər. Tərsinə, yəni bir erkək keçi (təkə) ilə bir maraldan meydana gələn bala qurban edilməz, çünki hökümdə anaya etibar edilir. Anası ev heyvanı isə, balası qurban edilə bilər. (Dürr-ül-muxtar) 

İlk dəfə qurban kəsən

sual: İlk dəfə qurban kəsəcək kimsənin mütləq qoyun kəsməsi lazımdır?

CAVAB

            Xeyr, elə bir şey yoxdur.

İki yaşındakı mal-qara

Sual: 04 noyabr 2011 tarixində doğulan bir mal, bu il qurban bayramında miladi təqvimə görə iki yaşını doldurmuş olmur. Bu malı qurban olaraq kəsmək caiz olar?

CAVAB

            İki yaşına çatmayan malı qurban etmək caiz olmaz. Ancaq dini işlərdə yaşlar miladi ilə görə deyil, hicri ilə görə hesab edilir. Hicri ilə görə 13 Oktyabrda iki yaşı tamam olur. Bu Qurban bayramında yəni 15 Oktyabrda qurban edilməsində heç zərər yoxdur.

23-06-2023, 14:01
Geri