Gözəl İslam / Alınan qurban ölərsə və ya itərsə

Alınan qurban ölərsə və ya itərsə

Sual: Alınan qurban ölərsə və yaxud da itərsə nə etmək lazımdır?

CAVAB

Qurban ölərsə, itərsə, oğurlanarsa və ya qurban kəsməyə mane olan bir vəziyyət ortaya çıxarsa, zəngin şəxs başqa qurban almalıdır. Yoxsul almağa məcbur deyil. Əgər yoxsulun qurbanındakı qüsur almamışdan əvvəl var idisə, yenə də onu kəsə bilər. İtən zaman başqası alınsa, sonradan itən tapılsa, zəngin yalnız birini, yoxsul isə ikisini də kəsməlidir. Lakin yoxsul sonradan aldığını əvvəlkinin əvəzinə kəsmək niyyət etsə, ikisindən istədiyini kəsə bilər.
Zəngin şəxsin aldığı qurban itərsə, itməsi ilə malı nisabdan düşərsə, yoxsul olacağı üçün qurban kəsməsi lazım deyil.
Əgər malı ortağının əlində itmişdirsə, imkanı olanın başqa bir qurban alması lazımdır. Adaq qurbanı qüsurlu olarsa, həm zəngin, həm də yoxsul onu kəsməlidir. Adaq qurbanı ölərsə, başqasını almaq lazım deyil.

7-12-2022, 10:52
Geri