Facebook Twitter WhatsApp

Adaq savabını övliyaya bağışlamaq

 Sual: Xəstənin sağalması üçün övliyaya adaq adamaq caizdirmi? Caizdirsə necə edilir?
CAVAB

Övliyaya adaq adamaq, bu işim alınsa Allah rizası üçün bir qoyun kəsib savabını filan övliyaya göndərmək istəyirəm demək caizdir.
Həqiqi İslam alimləri buyururlar ki:
Heç bir övliya qeybi bilməz. Allahu təala kəşf və ilhamla bildirərsə ancaq bildiriləni deyə bilər. “Övliyalar qeybi bilirlər” deyən kafir olar. Övliya, olmayan şeyi var edə bilməz, var olanı yox edə bilməz, heç kimə ruzi verə bilməz, uşaq verə bilməz, xəstəliyi sağalda bilməz. Bunun üçün diləyini birbaşa övliyadan gözləyərək, övliyaya adaq adamaq caiz deyil. 

Ancaq şərtə bağlı olaraq övliyaya adaq adamaq, özünün günahlarının çox olduğunu, dua etməyə üzünün olmadığını düşünərək, mübarək birisini vəsilə edib onun hörmətinə Allahu təalaya yalvarmaq şəklində ola bilər. Məsələn; “Xəstəm sağalarsa, yaxud bu işim həll olarsa, savabını övliyadan “Seyyidət Nəfisə” həzrətlərinə olmaq üzrə, Allah üçün üç Yasin oxumaq və ya bir qoyun kəsmək nəzirim olsun” deyincə,  belə diləyin qəbul olduğu çox görülüb. Burda Allahu təala üçün qoyun kəsib savabını Seyyidət Nəfisə həzrətlərinə bağışlamaqla, onun şəfaəti ilə Allahu təala xəstəyə şəfa verər, qəza-bəlanı götürər.   

İbni Abidin həzrətləri, “Bir dilək üçün adaq adanan bir ibadət o diləyi yerinə yetirməz. Bu ibadət o diləyin yerinə yetməsi üçün edilməz. Allahu təala o ibadətdən və ya sevdiyi bir quluna edilən yaxşılıqdan dolayı mərhəmət edərək o diləyi qəbul etməkdə və ehsan etməkdədir” buyurur.

Göründüyü kimi heyvan övliya üçün deyil, Allah rizası üçün kəsilir, savabı övliyaya bağışlanır. Allahdan başqası üçün qurban kəsmək olmaz.

Övliya üçün qurban
Sual:
Vəfat etmiş bir övliya üçün qurban kəsərkən niyyət necə olmalıdır?

Cavab
“Allah rizası üçün qurban kəsməyə” deyilir və savabı o övliyanın ruhuna hədiyyə edilir.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину