Sual: Hansı heyvanlardan qurban olur, xüsusiyyətləri nələrdir?
CAVAB
Sual: Anadan qulağı çox kiçik olan heyvanı qurban etmək olar?
CAVAB
Bəli.
Sual: Keçi-ceyran mələzi heyvanından qurban olar?
CAVAB
Qurban olmaz.
Sual: Quyruqsuz qoyunu qurban etmək caizdir?
CAVAB
Quyruqsuz heyvandan qurban olmaz. Ancaq, quyruqlusu tapılmırsa, ikinci bir qövllə quyruqsuz olanı da qurban etmək caizdir.
Sual: Yabanı heyvanlardan və ya mələz olanlardan qurbanlıq olur?
CAVAB
Yabanı qoyun, yabanı öküz (kəl) və yabanı dəvə (lama) kimi heyvanların ətini yemək caiz isə də, qurban olmaz. Mələz isə, məsələn yabanı bir qoçla, ev heyvanı olan bir qoyundan meydana gələn bala qurban edilər. Tərsinə, yəni bir erkək keçi (təkə) ilə bir maraldan meydana gələn bala qurban edilməz, çünki hökümdə anaya etibar edilir. Anası ev heyvanı isə, balası qurban edilə bilər. (Dürr-ül-muxtar)
İlk dəfə qurban kəsən
sual: İlk dəfə qurban kəsəcək kimsənin mütləq qoyun kəsməsi lazımdır?
CAVAB
Xeyr, elə bir şey yoxdur.
İki yaşındakı mal-qara
Sual: 04 noyabr 2011 tarixində doğulan bir mal, bu il qurban bayramında miladi təqvimə görə iki yaşını doldurmuş olmur. Bu malı qurban olaraq kəsmək caiz olar?
CAVAB
İki yaşına çatmayan malı qurban etmək caiz olmaz. Ancaq dini işlərdə yaşlar miladi ilə görə deyil, hicri ilə görə hesab edilir. Hicri ilə görə 13 Oktyabrda iki yaşı tamam olur. Bu Qurban bayramında yəni 15 Oktyabrda qurban edilməsində heç zərər yoxdur.
В корзине: 0 шт.
на сумму: 0