Gözəl İslam / İslam hərfləri

İslam hərfləri

Sual: Ərəb əlifbasına niyə İslam hərfləri deyilir?
CAVAB
Əlbəttə İslam hərfləridir. Türkiyədəki seyyidlər, ərəb olduqları halda, kürdcə danışdıqları halda necə ki, kürd sayılmırlar, ərəblərin İslam hərflərindən istifadə etmələri də ərəb hərfləri olduğu demək deyildir. İslam hərflərindən min illər boyu türkcə danışan Osmanlılar da istifadə etmişlər. Farsca danışan İran da İslam hərflərindən istifadə edir. Daha başqa ölkələrdə də İslam hərflərindən istifadə olunur. Qurani-kərim hərflərinin İslam hərfləri olduğuna aid bir neçə sübut bunlardır:
1- Üç hədisi-şərif məalı belədir:
“Allahü təala Ərşi yaratdıqda, üzərinə La ilahə illəllah Muhammədün Rəsulallah yazdı.” [İ. Rafii]

“Allahü təalanın Lövhi-məhfuzda yazdığı ilk şey, Bismilləhirrahmənirrahimdir.” [Deyləmi]

“Yer, göy yaradılmadan iki min il əvvəl, Cənnətin qapısında La ilahə illallah Muhammədün Rəsulullah yazılmışdı.” [Ukayl, İ. Nəccar]

2- Adəm əleyhissalam Cənnətdə ikən, Cənnətin hər yerində və Ərş üzərində, “La ilahə illəllah Muhammədün Rəsulullah” yazısını gördü. Muhamməd əleyhissalamın Allahü təalanın ən sevgili qulu olduğunu bundan anlamışdı. Bunlar İslam hərflərilə yazılı idi. O hərflər insan işi deyildir. Dünya və Adəm əleyhissalam yox ikən, o hərflər var idi. Səmavi olan bütün kitablar və səhifələr İslam hərfləri ilə göndərilmişdir. (S. Əbədiyyə)

Adəm əleyhissalam Cənnətdən yer üzünə endirildiyi zaman ona göndərilən kitablar, Cənnətdə öyrəndiyi İslam hərflərilə yazılmışdı.

3- Adəm əleyhissalam və hər şey Muhamməd əleyhissalamın şərəfinə yaradılmışdır. Ərş, göylər və Cənnətlərə İslam hərfləri ilə mübarək ismi yazılmışdır. (Məvahibi-lədünniyyə)

4- Hud əleyhissalama gələn kitab da İslam hərfləri ilə idi. (Hadiqa, Lətaifül-işarəat)

5- 
Mushaf heç oxunmasa da, xeyir və bərəkət üçün evdə saxlamaq savabdır. İslam hərfləri ilə bir kafirin adını yazıb, buna təhqir etmək olmaz, çünki İslam hərflərinə hörmət etmək lazımdır. (F. Hindiyyə)


6- Lövhi-məhfuzda ilk yazılan, Bəsmələdir. Adəm əleyhissalama ilk gələn, Bəsmələdir. Cənnət dəvətnaməsinin imzası, Bəsmələdir. (S. Əbədiyyə)

İslam hərflərinə hörmət
Sual: Yerə sərilən xalı və ya başqa bir şeydə İslam hərfləri ilə yazılmış bir yazı olsa, yazının üstü, oxunmayacaq şəkildə boyanarsa, bunu yerə sərmək caiz olarmı?
CAVAB
Bəli, caiz olar.

İslam hərfləri ilə qarışdırmaq
Sual: İslam hərfləri ilə latın hərfləri qarışıq yazıla bilərmi?
CAVAB
İslam hərflərilə latın hərflərini qarışıq yazmaq caiz olsa da, ayəti-kərimə və hədisi-şəriflərdə qarışıq yazmaq olmaz.

Dil və hərflər
Sual: S. Əbədiyyədə, “Bütün səmavi kitablar İslam hərflərilə göndərilmişdir” deyildiyi halda, Hər kəsə Lazım Olan İman kitabında, Tövratın əslinin ibranicə, İncilin isə süryanicə olduğu bildirilir. Burada bir ziddiyyət yoxdurmu?
CAVAB
Xeyr, ziddiyyət yoxdur. Dil ilə hərflər fərqlidir. Fransızca danışanlar da, ingiliscə və ya almanca danışanlar da latın hərflərindən istifadə edirlər. Türklər də indi latın hərflərindən istifadə etsələr də, əsrlərlə İslam hərflərindən istifadə ediblər. Amma dilimiz yenə türkcə idi, ərəbcə deyildi. İranlılar da İslam hərflərindən istifadə edirlər, amma dilləri ərəb dili deyil, fars dilidir. Dil ilə hərfləri qarışdırmaq olmaz. İslam hərflərilə ensə də, Tövratın dili ibranicə, İncilin dili süryanicə idi.

 

21-12-2020, 16:56
Geri