Facebook Twitter WhatsApp

Vida Həcci

Hicrətin onuncu ilində Sevgili Peyğəmbərimiz həcc üçün hazırlanıb, Mədinədəki Müsəlmanların da həcc üçün hazırlanmalarını əmr buyurdu. Mədinə xaricində olan Müsəlmanlara da xəbər göndərdi. Bu xəbər üzərinə minlərlə Müsəlman Mədinədə toplandı. Hazırlıqlar tamamlanınca Peyğəmbərimiz Zilqədə ayının 25-ci günü 40 min nəfərlik bir karvan ilə zöhr namazından sonra Mədinədən hərəkət etdi. 100 qurbanlıq dəvə apardı. 10 gün davam edən səfərdən sonra Zilhiccə ayının 4-cü günü Məkkəyə gəldilər. Yəməndən və digər diyarlardan həcc etmək üzrə gələnlərin də qatılmasıyla Müsəlmanların sayı 124 minə çatdı. Peyğəmbərimiz zilhiccənin 8-ci günü Minaya, 9-cu günü (ərəfə günü) Ərəfata getdi. Ərəfat vadisinin ortasında günortadan sonra Qusva adlı dəvəsinin üstündə Vida Xütbəsini oxudu.

Sevgili Peyğəmbərimiz bu xütbəsində qan davaları, faiz, qumar, hər cür zülm kimi cahiliyyə dövrünə aid bütün pisliklərin ortadan götürüldüyünü bildirdi və insan haqlarını anlatdı. Allahu təalanın əmrlərini və yasaqlarını, kişilərin qadınlar və qadınların da kişilər üzərindəki haqlarını, Müsəlmanların qardaş olduğunu və daha bir çox xüsusu bildirdi. Əshabı-kiramla vidalaşdı.

Peyğəmbər əfəndimiz Vida Xütbəsini oxuduğu gün; “Bu gün sizin dininizi kamala çatdırdım. Üzərinizə nemətimi tamamladım. Sizə din olaraq İslam dinini seçdim” (Maidə surəsi: 3) məalındakı ayə nazil oldu. Peyğəmbərimiz bu ayəti-kəriməni Əshabı-kirama oxuyunca həzrəti Əbu Bəkr ağlamağa başladı. Əshabı-kiram ağlamasının səbəbini soruşduqda: “Bu ayə, Rəsulullahın vəfatınnın yaxın olduğuna dəlalət edir, onun üçün ağlayıram.”  buyurdu.

Peyğəmbər əfəndimiz Məkkədə 10 gün qalıb Vida Həccini yerinə yetirdi və vida təvafı edərək Mədinəyə qayıtdı. Vida Həccindən sonra Əshabı-kiram Rəsulullah əfəndimizin bildirdiyi və əmr etdiyi şeyləri getdikləri yerlərdə anlatdılar.

Hicrətin onuncu ilində baş verən bir hadisə də Peyğəmbərlik iddiasında olan yalançıların ortaya çıxmasıdır. Bunlardan biri Yəməndə ortaya çıxan Əsvədi-Ansidir. Şanlı Peyğəmbərimizin əmri üzərinə Əsvədi-Ansi Yəməndəki Müsəlmanlar tərəfindən evində öldürüldü. Digəri də Müseyləmətül-Kəzzabdır. Peyğəmbər əfəndimizin vəfatından sonra Əbu Bəkr radıyallahu anh Müseyləmə üzərinə Xalid ibn Vəlid komandanlığında bir ordu göndərdi. Müseyləmə də öldürüldü.

Peyğəmbərimiz hicrətin on birinci ilində xəstələnib, vəfatından qısa bir zaman əvvəl Müsəlmanlar üçün böyük bir təhlükə olan Bizans üzərinə göndərilmək üçün Üsamə ibn Zeyd əmrində bir ordu hazırladı. Ordu hərəkət etmək üzrə idi, fəqət Rəsulullahın xəstəliyi ağırlaşınca hərəkət etmədi. Bu ordu daha sonra həzrəti Əbu Bəkrin xəlifəliyinin ilk günlərində Bizans üzərinə gedib parlaq zəfərlər  qazandı. Sevgili Peyğəmbərimiz Muhamməd əleyhissəlamın vəfatı da bu ildə oldu.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину