Facebook Twitter WhatsApp

Mübarək nəsli

Muhamməd əleyhissəlamın nuru, Adəm əleyhissəlamdan etibarən təmiz atalardan və təmiz analardan keçərək gəlmişdir. Qurani-kərimdə Şuəra surəsinin 219-cu ayəsində məalən; Sən, yəni sənin nurun, həmişə səcdə edənlərdən gəzdirilib, sənə çatmışdır.” buyurulmaqdadır. Necə ki, Peyğəmbər əfəndimiz hədisi-şərifdə; “Allahu təala insanları yaratdı. Məni insanların ən yaxşı qismindən vücuda gətirdi. Sonra, bu qisimlərdən ən yaxşısını (Ərəbistanda) seçdi. Məni bunlardan vücuda gətirdi. Sonra evlərdən, ailələrdən ən yaxşısını seçib, məni bunlardan meydana gətirdi. O halda, mənim ruhum və cəsədim məxluqların ən yaxşısıdır. Mənim silsiləm, əcdadım ən yaxşı insanlardır.” buyurmuşlardır.

 

Yaradılan ilk insan olan Adəm əleyhissəlam, Muhamməd əleyhissəlamın zərrəsini daşıdığı üçün alnında Onun nuru parlayırdı. Bu zərrə Həzrəti Həvvaya, ondan Şis (Şit) əleyhissəlama və beləcə, təmiz kişilərdən təmiz qadınlara və təmiz qadınlardan təmiz kişilərə keçdi. Muhamməd əleyhissəlamın nuru da, zərrə ilə birlikdə alınlardan-alınlara keçdi. Mələklər nə vaxt Adəm əleyhissəlamın üzünə baxsalar, alnında Muhamməd əleyhissəlamın nurunu görər və ona salavat oxuyardılar. Yəni; “Allahümmə salli alə seyyidinə Muhamməd.deyərdilər. Adəm əleyhissəlam vəfat edəcəyi vaxt oğlu Şit əleyhissəlama dedi ki: “Balam! Bu alnında parlayan nur, son peyğəmbər Muhamməd əleyhissəlamın nurudur. Bu nuru, mömin, təmiz və əfifə xanımlara təslim et və oğluna da belə vəsiyyət et!” Muhamməd əleyhissəlama gəlincəyə qədər, bütün atalar, oğullarına belə vəsiyyət etdi. Hamısı bu vəsiyyəti yerinə yetirib, ən nəcib, ən nəzakətli qız ilə evləndi. Nur, təmiz alınlardan, təmiz qadınlardan keçərək sahibinə çatdı. Rəsulullahın sallallahu əleyhi və səlləm babalarından birinin iki oğlu olsa, yaxud bir qəbilə iki qola ayrılsa Muhamməd əleyhissəlamın nəsli, ən şərəfli və xeyirli olan tərəfdə olardı. Hər əsrdə onun babası olan şəxs, üzündəki nurdan bəlli olardı. Onun nurunu daşıyan seçilmiş bir soy vardı ki, hər əsrdə bu soydan olan şəxsin üzü çox gözəl və nurlu olardı. Bu nur ilə qardaşları arasında bəlli olar, içində olduğu qəbilə başqa qəbilələrdən daha üstün, daha şərəfli olardı. Adəm əleyhissəlamdan bəri övladdan-övlada keçərək gələn bu nur İbrahimə ondan da oğlu İsmayıla əleyhimüssəlam keçmişdir. Onun da alnında səhər ulduzu kimi parlayan nur, övladlarından Adnana, ondan Məada, ondan Nizara intiqal etmişdir. Nizar doğulunca atası Məad, oğlunun alnındakı nuru görüb sevinmiş, böyük ziyafət vermişdir. “Belə oğul üçün, bu qədər ziyafət az bir şeydir.” dediyi üçün də oğlunun adı Nizar (az bir şey) qalmışdır. Bundan sonra da nur sıra ilə intiqal edərək əsl sahibi olan sevgili Peyğəmbərimizə çatmışdır.

 

Sevgili Peyğəmbərimiz; “Mən, Abdullah, Əbdülmuttalib, Haşim, Əbdü Mənaf, Qusayy, Kilab, Mürrə, Kəb, Lüveyy, Qalib, Fihr, Malik, Nadr, Kinanə, Huzeymə, Müdrikə, İlyas, Mudar, Nizar, Məad, Adnan oğlu Muhammədəm. Mənsub olduğum cəmiyyət, nə vaxt ikiyə ayrılmış isə, Allah məni şübhəsiz onların ən xeyirli olan tərəfində yerləşdirmişdir. Mən, cahiliyyət əxlaqsızlıqlarından heç bir şey bulaşmadan, ana və atamdan meydana gəldim. Mən Adəmdən atama və anama gəlincəyə qədər, həmişə nikahlı ata-anadan gəldim. Mən ana və ata etibariylə ən xeyirlinizəm.” Başqa bir hədisi-şərifdə də; “Allahu təala, İbrahim oğullarından İsmayılı seçdi. İsmayıl oğullarından Kinanə oğullarını seçdi. Kinanə oğullarından Qureyşi seçdi. Qureyşdən Haşim oğullarını seçdi. Haşim oğullarından Əbdülmuttalib oğullarını seçdi. Əbdülmuttalib oğullarından da məni seçdi.” buyurdu.

 

Peyğəmbərimiz Qureyş qəbiləsinin Haşim oğulları qolundandır. Atası Abdullahdır. Abdullahın atası Əbdülmuttalib, anası da Fatimə binti Amrdır. Babası Əbdülmuttalib, Məkkənin hakimi və Ərəblərin şərəf etibarilə ən üstün qəbiləsi olan Qureyş qəbiləsinə mənsub idi. Əbdülmuttalibin alnında Muhamməd əleyhissəlamın nuru parladığından Qureyş qövmü onunla bərəkətlənərdi. Peyğəmbərimizin babası Əbdülmuttalib, oğulları arasında ən çox Abdullahı sevərdi. Çünki onun alnında Muhamməd əleyhissəlamın nuru parlayırdı. Abdullahın gözəlliyi Misirə qədər şöhrət tapmışdı. Alnındakı nur üzündən iki yüzə yaxın qız, onunla evlənmək arzusu ilə Məkkəyə gəlmişdi. Əbdülmuttalib isə, Onu hər yönüylə Onunla tən olan bir qız ilə evləndirmək istəyirdi. Bunun üçün Bəni Zührə qəbiləsinin böyüyü Vəhb ibn Əbdü Mənafın qızı Əminəni oğlu Abdullaha istədi. Vəhbin qızı Əminə; gözəllik, əxlaq və nəsəb etibarilə Qureyş qızlarının ən üstünü idi. Bununla yanaşı, soy baxımından Abdullah ilə bir neçə nəsil yuxarıda birləşməkdə idi. Əbdülmuttalib, Vəhbin qızını oğlu Abdullaha istəyincə Vəhb belə dedi: “Ey əmim oğlu, biz bu təklifi sizdən əvvəl aldıq. Əminənin anası bir yuxu gördü. Anlatdığına görə evimizə bir nur girmiş, aydınlığı yeri və göyləri tutmuşdu. Mən də bu gecə yuxumda babamız İbrahimi gördüm. Mənə; “Əbdülmuttalibin oğlu Abdullahla qızın Əminənin kəbinlərini mən kəsdim. Onu sən də qəbul et.” dedi. Bugün səhərdən bəri bu yuxunun təsiri altındayam. Görəsən nə vaxt gələcəklər, deyə maraq içində idim.” Bu sözləri eşidən Əbdülmuttalib sevincindən “Allahü Əkbər! Allahü Əkbər!” deyərək təkbir gətirdi. Nəhayət oğlu Abdullahı Vəhbin qızı Əminə ilə evləndirdi. Bu mövzuda başqa rəvayətlər də vardır.

 

Abdullah, Əminə ilə evlənincə alnında parlayan nur, xanımına intiqal etdi. Abdullahın evləndiyi gecəyə Türkiyədə və bir çox İslam məmləkətlərində bir əsrdən bəri Rəgaib adı verilməkdə isə də bu səhvdir. Rəqaib gecəsi, Rəcəb ayının ilk cümə gecəsidir. Muhamməd əleyhissəlamın nuru isə həzrəti Əminəyə Cəmadiyülaxir ayında intiqal etmişdir. Cahiliyyə dövründə Ərəblərin müharibəni haram saydıqları aylarda müharibə etmək istədikləri zaman ayların adını və sırasını dəyişdirmələri yəni Cəmadiyülaxir ayına o il Rəcəb demələri səbəbilə xalq içində bu səhv yayılmışdır. Gerçəkdə bunun dini və elmi yöndən bir qiyməti yoxdur. O halda Nübüvvət yəni peyğəmbərlik nurunun Əminə anamıza intiqalı, indiki Cəmadiyülaxir ayındadır, Rəqaib gecəsində deyildir. Əminənin Muhamməd əleyhissəlama hamilə olduğu sırada Qureyş qəbiləsində böyük bir darlıq, qıtlıq və bahalıq olmuşdu. Qureyş çox çətinlik içində idi. Muhamməd əleyhissəlamın ana rəhminə düşməsilə birlikdə, Onun hörmətinə Allahu təala Qureyş qəbiləsinin bağ və bağçalarına, məhsullarına elə bərəkət verdi ki, hamısı zəngin oldular. Ərəblər o ilə “Sənətül-fəth vəl ibtihac” yəni sevinc və bolluq ili dedilər. Əminə Xatun Sevgili Peyğəmbərimizə hamilə ikən əri Abdullah ticarət üçün Şama getmişdi. Qayıdışda xəstələnib Mədinəyə gəldiyi sırada dayılarının yanında vəfat etdi. Bu xəbər Məkkədə eşidilincə çox böyük bir hüznə səbəb oldu. Əshabı kiramdan Abdullah ibn Abbas radıyallahu anh belə bildirmişdir: “Peyğəmbərimizin atası Abdullah, oğlu doğulmadan əvvəl vəfat edincə mələklər; “Ey Rəbbimiz, Rəsulun yetim qaldı.” dedilər. Allahu təala da; “Onun qoruyucusu və köməkçisi mənəm” buyurdu.”

­­­­­­­­­

Əminə Xatun belə anlatmışdır: “Mən altı aylıq hamilə ikən, bir gecə yuxumda qarşıma bir şəxs çıxıb dedi ki: “Ey Əminə, bilmiş ol ki, sən aləmlərin ən xeyirlisi olan kimsəyə hamilə oldun. Doğurunca adını Muhamməd qoy və halını heç kimə bildirməyib, gizli saxla!” Başqa bir rəvayətdə də; “Adını Əhməd qoy.” şəklində bildirilmişdir.

 

Muhamməd əleyhissəlamın doğulmasına iki ay qədər vaxt qalmış Fil hadisəsi meydana gəldi. İnsanların hər tərəfdən axın-axın gəlib Kəbəni ziyarət etməsinə mane olmaq istəyən Yəmən valisi Əbrəhə, Bizans İmperatorunun da köməyilə Sanada böyük bir kilsə tikdirdi və insanların buranı ziyarət etmələrini istədi. Ərəblər isə köhnədən bəri Kəbəni ziyarət etməkdə olub, Əbrəhənin tikdirdiyi kilsəni heç saymadılar. Hətta təhriq gözüylə baxdılar. İçlərindən biri kilsəni çirkləndirdi. Bu hadisəyə hirslənən Əbrəhə, Kəbəni dağıtmağa qərar verdi və bu məqsədlə bir ordu hazırlayıb Məkkə üzərinə yeridi. Əbrəhənin ordusunda qabaqda yeridilən, zəfərin qazanılmasında ən böyük payı olacağı təxmin edilən Mahmud adında bir fil vardı. Əbrəhə Kəbəyə hücum etməyə başlayınca bu fil yerə çökdü və Kəbə istiqamətində yerimədi. İstiqaməti Yəmənə çevrildiyi vaxt qaçaraq geri qayıdırdı. Beləcə Məkkəyə yaxınlaşıb hücum etmək istədiyi halda hücum edə bilməyən Əbrəhə və ordusu üzərinə Allahu təala əbabil (dağ qaranquşu) deyilən quşlardan ibarət bir sürü göndərdi. Əbabil quşlarının hərəsi, biri ağzında ikisi də ayaqlarında olmaqla, noxud və ya mərcimək böyüklüyündə üç daş daşıyırdılar. Bu daşları Əbrəhənin ordusu üzərinə buraxdılar. Daş isabət edən hər əsgər, həmin an yerə düşüb öldü. Əbrəhə qaçmak istədi. Daşlardan ona da isabət edib, qaçdıqca ətləri parça-parça tökülərək öldü. Bu xüsus Qurani-kərimdə Fil surəsində bildirilməkdədir. Beləcə Qureyş qəbiləsi doğulmaq üzrə olan Muhamməd əleyhissəlamın hörmətinə böyük bir düşmənin şərindən xilas oldu. Muhamməd əleyhissəlamın gələcəyi Adəm əleyhissəlamdan etibarən hər peyğəmbərə və ümmətlərinə müjdələnərək ötürülmüş, doğulması yaxınlaşınca da bir çox xəbər və müjdələr verilib əlamətlər ortaya çıxmış, müxtəlif hadisələr meydana gəlmişdir.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину