Facebook Twitter WhatsApp

Rəsulullah əfəndimiz ümmi idi

Sual: Peyğəmbərimiz, yazı və oxu bilirdimi?
CAVAB
Rəsulullah əfəndimizin yazı və oxu bilmədiyi ayəti-kərimələrlə, hədisi- şəriflərlə və tarixi hadisələrlə sabitdir. Rəsulullah ümmi idi, yəni kitab oxumamış, yazı yazmamış, heç kimdən bir dərs almamışdı. Məkkədə dünyaya gəlib, böyüyüb-başa çatmışdır. Bəlli insanlar arasında yetişib, səyahət etməmişkən, Tövratda, İncildə, Yunan və Roma dövrlərində yazılmış kitablarda olan bilgilərdən, hadisələrdən xəbər vermişdi. İslamiyyəti bildirmək üçün Müsəlmanlara məktublar yazdırıb yolladı. Hicrətin 6-cı ilində Rum, İran və Həbəş hökmdarlarına və digər padşahlara məktublar göndərdi. Qurani-kərimi katiblərinə yazdırdı.

Qərblilər, onsuz da “İslam Peyğəmbəri ifadəsilə Peyğəmbərimizə inanmadıqlarını, Onu Peyğəmbər olaraq qəbul etmədiklərini bildirirlər. Peyğəmbər əfəndimizin bu bilgiləri başqalarından öyrəndiyini iddia edə bilmək üçün də, Onun yazı və oxu bildiyini söyləyirlər. Tövrat və İncilə aid bilgiləri səyahət etdiyi yerlərdəki keşişlərdən öyrəndiyini iddia edə bilmək üçün bu iftiraya baş vururlar. Missionerlərə maşalıq edən bəzi bidət əhli də buna inanır. Halbuki, Peyğəmbər əfəndimizin ümmi olduğu, yəni yazı və oxu bilmədiyi məşhurdur. Bütün bilgiləri vəhy ilə Allahü təaladan öyrənmişdir.

Qurani-kərimdə məalən buyurulur ki:
Sən bundan [Qurani-kərim endirilmədən]  əvvəl, bir yazı, bir kitab oxumadın, əlinlə də yazı yazmadın. Belə olsaydı, batil yoldakılar şübhəyə düşərdilər.” [Ənkəbut 48] (Müşriklər, Quranı başqasından öyrənib və ya öncəki səmavi kitablardan götürüb, deyəcəkdilər. Yəhudilər də, Onun vəsfi Tövratda ümmi olaraq bildirilmişdir, bu isə ümmi deyil, deyə şübhəyə düşəcəkdilər.)

Yanlarındakı Tövrat və İncildə [adı və xüsusiyyəti] yazılı olan, ümmi nəbi o Rəsula [Muhamməd əleyhissalama, iman edib] tabe olanlara [çeşidli nemətlər verəcəyik]. O rəsul, onlara yaxşılığı əmr edir, onları pisliklərdən uzaqlaşdırır, təmiz və xoş şeyləri onlara halal qılır, murdar və pis şeyləri də onlara haram qılır, çiyinlərindən ağır yükləri endirir, üstlərindəki zəncirləri qırır, [Əməl edilməsi ağır təklifləri ləğv edir, asanlarını əmr edir] elə o vaxt ona iman edən, ona qüvvətlə hörmət göstərən, ona köməkçi olan və onun peyğəmbərliyi ilə birlikdə endirilən nuru izləyən insanlar, bax elə onlar, səadətə, qurtuluşa nail olanlardır.” [Əraf 157]

“De ki: "Ey insanlar, əlbəttə mən, göylərin və yerin hökmranı, Ondan başqa ilah olmayan, dirildən və öldürən Allahın, hamınız üçün göndərdiyi rəsuluyam. Allaha və Onun ümmi nəbi olan Rəsuluna tabe olun ki, doğru yolu tapasınız.” [Əraf 158]

Allahü təalanın belə bildirməsi, ümmi olduğu, [yazı-oxu bilmədiyi] halda ondan bütün elmlərin zirvəsində olmasından ötrüdür. Rəsul deyilməsi Allaha görə, Nəbi deyilməsi də qullarına görədir. Yəni O, Allahın elçisi olmaq cəhətdən, Rəsul, xalqa Haqqın əmrlərini təbliğ etməsi cəhətdən də Nəbidir. (Bəydavi)

“Ələq”
 surəsinin 1-ci ayəsində ikra = oxu buyurulub, 3-cü ayəsində təkrar oxu buyurulması, mən oxumaq bilmirəm deməsinə görədir. (Bəydavi)

Səhihi Buxari
də belə bildirilmişdir:

Rəsulullah, peyğəmbərliyi bildirilmədən əvvəl səhih yuxular görürdü. Gördüyü yuxular gündüz eynilə çıxardı. Çox vaxt gecələri Hira dağındakı mağarada ibadətlə keçirərdi. Ramazan ayında bir gün Hira dağındakı mağarada ibadətlə məşğul olarkən, bir nəfər [Cəbrayıl əleyhissalam] gəldi. Əlində ipəkdən bir örtü var idi. Rəsulullah əfəndimiz belə buyurmuşdur:
“O kimsə mənə “Oxu” dedi. “Mən oxuma bilmirəm” dedim. Əlindəki örtünü başımın üzərinə qoydu. Başımı və üzümü örtdü. Sonra o örtünü başımdan götürdü və “Oxu” dedi. Mən yenə “Oxuma bilmirəm” dedim. Təkrar edərək, “Ələq” surəsinin “İnsanı bir “ələq dən [döllənmiş yumurtadan] yaradan Rəbbinin adıyla oxu! Oxu, insana bilmədiklərini öyrədən və qələmlə yazdıran Rəbbin ən böyük kərəm sahibidir” [məalindəki] ayəti-kərimələri oxudu. Ondan eşitdiklərim qəlbimə tamamilə yerləşdi.” [Bundan sonra oxu deyildiyi zaman öyrəndiklərini eynilə təkrarlamışdır.]

Rəsulullah əfəndimiz ilə Qüreyş arasındakı razılaşmanı Həzrəti Əli yazdı. Razılaşmanın əvvəlinə Bismillahirrahmanirrahim və Muhammədün Rəsulullah yazdı. O vaxt hələ iman etməmiş Süheyl ibn Amr dedi ki:
“Bizim kitabımıza görə mən Rəhmanı tanımıram, onun yerinə Bismikə Allahümmə yaz. Muhammədün Rəsulullah yerinə də Muhamməd ibn Abdullah yaz. Əgər biz Onun Peyğəmbərliyini qəbul etsəydik, hər halda Onunla döyüşməzdik.”

Əshabı-kiram ilə Süheyl arasında danışıqlar davam edərkən, Rəsulullah əfəndimiz buyurdu ki:
- Ya Əli, Onu sil, Süheylin dediyi kimi yaz.
Həzrəti Əlinin, ədəbindən silməyə əli gəlmədi. Rəsulullah əfəndimiz, “Silinəcək yeri mənə göstərin oranı silim” buyurdu. Göstərdilər və o hissəni sildi. (Şəvahid-ün nübüvvə)

Bu sübutlara baxmayaraq, bidət əhli belə olsa, Müsəlman olan bir kimsə, Rəsulullah yazı-oxu bilirdi, deyə bilməz. Kafirlərin deməsinin isə bir əhəmiyyəti yoxdur. İlanın zəhər saçmasına bənzəyir.

Peyğəmbər əfəndimiz ümmi idi
Sual: Hindli Hamidullah kimi bəzi ilahiyyatçılar da, Peyğəmbər əfəndimizin ümmi olmadığını söyləyirlər. Bu doğrudurmu?
Cavab:
 Mövzu haqqında Qısası-Ənbiyada deyilir ki:

“Rəsulullah əfəndimiz ümmi idi. Yəni heç kimdən bir şey öyrənməmişdi. Yazı yazmazdı, oxumazdı. Ümmi olan insanların arasında böyüyüb-başa çatmışdı. Məkkədə, keçmiş insanların hallarını bilən bir alim yox idi. Başqa yerlərə gedərək heç kimdən bir şey öyrənməmişdi. Bu halda, Tövratda, İncildə və başqa ilahi kitablarda qeyd edilən məlumatları və qədim insanların hallarını xəbər verdi. O zamanlarda tarix bilikləri qarışmış, pozulmuşdu. Doğrunu əyridən ayıra bilən çox az insan var idi. Hər dindən adamlara cavablar verib, hamısını susdurdu. Bu müvəffəqiyyətləri, onun Allah tərəfindən göndərilmiş bir Peyğəmbər olduğunu sübut edir. Dövrünün ədəbiyyatçılarına, şairlərinə meydan oxuduğu halda, heç biri onun gətirdiyi Qurani-kərim kimi, bir sətr belə söyləyə bilmədilər. Halbuki məkkəlilər, şeir oxumağa, nitq söyləməyə həvəsli və qabiliyyətli idilər,  bu yolda çox çalışıb, yarışırdılar. Düzgün nitq qabiliyyətləri ilə öyünürdülər. Qurani-kərim, bütün şairlərə qalib gəldi. Qurani-kərimə qarşı qoya bilmədilər. Heyrətlərindən, qılınca sarılıb, döyüşməyi, ölməyi gözə aldılar. Əbu Zər həzrətlərinin qardaşı Üneys, o zamanlar məşhur bir şair idi. Qurani-kərimi eşidər-eşitməz, Allah kəlamı olduğunu anlayıb, dərhal Müsəlman oldu.”  “Ənkəbut” surəsinin 48-ci ayəsində məalən:
“Sən bu Quran gəlmədən əvvəl, bir kitab oxumazdın. Yazı yazmazdın. Oxu-yazı bilsəydin, başqalarından öyrəndin deyə bilərdilər” buyurulur.

Nübuvvətdən əvvəl, Peyğəmbər əfəndimizin bir karvanla, Şama olan son səfərində, karvan başçısı Meysərə, həzrəti Xadicəyə müjdəci olaraq Rəsulullah əfəndimizi göndərəcəyi zaman, karvanda olan Əbu Cəhlin:
“Muhamməd hələ gəncdir. Heç yerə səfərə çıxmamışdır. Yolda çaşa bilər. Başqasını göndər” deməsi də, Hamidullahın yanlış və azğın düşündüyünü sübut edir. Çeşidli yerlərə gedib, oralarda öyrəndiklərini ortaya qoyaraq, qövmünü islah etməyə cəhd etdi, demək, bir Müsəlmanın edəcəyi şey deyildir.

Allahü təalanın və İslam alimlərinin bu şahidlikləri qarşısında, imanı və ağlı olan hər kəs, Hamidullah və bənzərləri haqqında qəti hökmünü verməkdə əlbəttə ki, çətinlik çəkməz.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину