Facebook Twitter WhatsApp

Peyğəmbərliyi

Muhamməd əleyhissalam hələ otuz yeddi yaşında ikən qeybdən “Ya Muhamməd” deyə nidalar eşidirdi. Otuz səkkiz yaşındaykən də bir növ nurlar görməyə başlamışdı. Bu halını sadəcə həzrəti Xadicəyə danışırdı. Muhamməd əleyhissalama peyğəmbərliyin verilməsinin yaxınlaşdığı bu vaxtlarda, o dövrün məşhur ədiblərindən Kus ibn Saidə, Ukaz Panayırında dəvə üzərində böyük bir kütlənin qarşısında oxuduğu xütbədə Onun gələcəyini müjdələmişdi. Bu xütbəni dinləyənlər arasında Muhamməd əleyhissalam da var idi. Kus ibn Saidə bu məşhur xütbəsinin bir bölümündə belə demişdir: “Ey insanlar! Gəlin, dinləyin, bilin, ibrət alın, yaşayan öləcək, ölən yox olacaq, olan olacaq... Qulaq verin, yaxşı dinləyin? Göydən xəbər var, yerdə ibrət alınacaq şeylər var... Allah qatında bir din... Və Allahın gələcək olan bir peyğəmbəri vardır ki, gəlişi çox yaxındır. Kölgəsi başınızın üstünə düşdü. Nə xoşbəxtdir o kimsə ki, Ona iman etsin və O da ona hidayət etsin. Vay halına Ona üsyan və müxalifət edən bədbəxtin! Heyfslər olsun ömürləri qəflətlə keçən ümmətlərə!..”

Muhamməd əleyhissalam otuz doqquz yaşından etibarən sadiq yuxular görməyə başladı. Yuxusunda nə görsə eynilə çıxardı. Bu hal altı ay davam etdi. Bundan sonra yalnızlığı sevib insanlardan uzaqlaşaraq Hira Dağında bir mağarada təfəkkürə dalardı. Bəzən Məkkəyə gələr Kəbəni təvaf etdikdən sonra evinə gedərdi. Evində bir müddət qalıb yanında bir az ərzaq götürüb yenə Hira Dağındakı mağaraya gedib təfəkkür və ibadətlə məşğul olardı. Bu halını görən Məkkəlilər: “Muhamməd Rəbbinə aşiq oldu.” deyirdilər.

Muhamməd əleyhissalam qırx yaşındaykən yenə bir Ramazan ayında Hira Dağındakı mağaraya çəkilmiş və təfəkkürə dalmışdı. Ramazanın 17-ci Bazar ertəsi gecəsi, gecə yarısından sonra onu adıyla çağıran bir səs eşitdi. Başını qaldırıb ətrafa baxdığında ikinci dəfə bir səs eşitdi və hər tərəfı birdən-birə bir nurun örtdüyünü gördü. Sonra Cəbrayıl əleyhissalam qarşısına gəldi. “Oxu!” dedi. “Mən savadlı deyiləm.” dedi. O zaman mələk Muhamməd əleyhissalamı tutub taqəti kəsilənə qədər sıxdı və: “Oxu!” dedi. Yenə: “Mən oxumaq bilmirəm.” cavabını verdi. İkinci dəfə sıxdı və: “Oxu!” dedi. “Mən oxumaq bilmirəm.” dedi. Cəbrayıl əleyhissalam üçüncü dəfə tutub sıxdı və sonra buraxdı: “Oxu! Hər şeyi yaradan Rəbbinin adıyla, hansı ki, O, insanı laxtalanmış qandan yaratdı! Oxu, Allahü təala böyük kərəm sahibidir. O, qələmlə öyrədər, bilmədiklərini öyrədər.” məalindəki Ələq surəsinin ilk beş ayəsini gətirdi. Muhamməd əleyhissalam da onunla birlikdə oxudu. İlk vəhy bu surətlə başladı və bütün cahanı işıqlandıran İslam günəşi doğuldu.

Muhamməd əleyhissalam Peyğəmbərlik vəzifəsinin məsuliyyətini düşünərək böyük bir ürpərti və həyəcanla Hira Dağındakı mağaradan çıxıb aşağı enməyə başladı. Dağın ortasına çatdıqda bir səs eşitdi. Cəbrayıl əleyhissalam: “Ya Muhamməd, Sən Allahın rəsulusan, mən də Cibriləm.” deyirdi. Cəbrayılın səsini eşitdiyi kimi həm də özünü gördü. Cəbrayıl əleyhissalam burada Peyğəmbərimizə dəstəmaz almağı göstərdi. Peyğəmbər əfəndimiz evinə qayıdana qədər yanından keçdiyi hər daş, hər ağac «Əssəlamü Aleykə Ya Rəsulallah» deyirdi. Bundan sonra evinə gəlib: “Mənim üstümü örtün.” buyuraraq ürpərməsi keçənə qədər bir miqdar uzandı. Bir az istirahət etdikdən sonra gördüklərini həzrəti Xadicəyə danışdı. O da: “Bilirəm ki, sən doğru sözlüsən... Əmanətə riayət edənsən... Gözəl xasiyyətli və gözəl əxlaqlısan... Sənin bu ümmətin peyğəmbəri olacağını umuram...” dedi. Sonra bu vəziyyəti soruşmaq üçün Varaqa ibn Novfəlin yanına getdilər. İbranicəni bilən, çox kitab oxumuş və dinlər haqqında bilik sahibi olan Varaqa ibn Novfələ vəziyyəti danışdılar. Varaqa Muhamməd əleyhissalamın danışdıqlarını dinlədikdən sonra: «Müjdə ya Muhamməd! Allaha and içirəm ki, sən İsanın (əleyhissalam) xəbər verdiyi son peyğəmbərsən! Sənə görünən mələk, səndən əvvəl Musaya (əleyhissalam) gələn Cəbrayıldır. Ah! Nə olardı! Kaş gənc olardım. Səni Məkkədən çıxardıqları dövrə çatardım və sənə yardım edəydim.» dedi.

Muhamməd əleyhissalama ilk vəhy gəldikdən sonra üç il vəhy gəlmədi. Bu arada Mikayıl əleyhissalam adlı mələk gəlib bəzi şeylər öyrətdi, ancaq vəhy gətirmədi. Bu sırada Peyğəmbər əfəndimiz kədərləndikdə Cəbrayıl əleyhissalam gözünə görünüb: “Ey Muhamməd! Sən Allahın peyğəmbərisən!” deyər, kədərini dağıdardı.

İlk vəhyin gəlməsilə peyğəmbərliyi duyulmağa başlayan Muhamməd əleyhissalamın təbliğinin 13 ili Məkkə, 10 ili də Mədinədə keçdi.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину