Facebook Twitter WhatsApp

Adları və ləqəbləri

Peyğəmbər əfəndimizin ən çox söylənilən adı “Muhamməd”dir. Bu ad, Qurani-kərimdə Ali-İmran surəsi 144-cü ayədə, Əhzab surəsi 40-ci ayədə, Fətih surəsi 29-cu ayədə və Muhamməd surəsi 22-ci ayəsində olmaqla dörd dəfə keçmişdir. Saf surəsi 6-cı ayəsində isə İsa əleyhissalamın ümmətinə Əhməd adıyla xəbər verdiyi bildirilməkdədir. Qurani-kərimdə Muhamməd və Əhməd adından başqa, Rəsul, Nəbi, Şahid, Bəşir, Nəzir, Mübəşşir, Münzir, Daii-ilallah, Siracən Münir, Rauf, Rahim, Musaddıq, Müzəkkir, Müdəssir, Abdullah, Kərim, Haqq, Mübin, Nur, Hatəmün-Nəbiyyin, Rəhmət, Nemət, Hadi, Taha, Yasin... deyə anılmışdır. Bundan başqa yenə bəziləri Qurani- kərimdə və bəziləri də hədisi-şəriflərdə bir qismi də daha əvvəlki Peyğəmbərlərə göndərilən müqəddəs kitablarda keçmişdir. Daha öncəki Peyğəmbərlərə endirilən kitablarda keçən adların çoxu, sifət olub, məcazi isim sayılan kəlimələrdəndir. Bunlardan bəziləri də belədir. Dahuq, Hamyata, Ahid, Paraklit, Mazmaz, Müşəffəh, Münhamənna, Muxtar, Ruhul-Haqq, Mukimüssünnəh, Müqəddəs, Hırzul-Ümmiyyin, Məlum... Peyğəmbərimizin adı İncildə “Əhməd” (Paraklit), Tövratda isə “Münhamənna” olaraq keçmiş, Süryanicədə Muhamməd adının qarşılığıdır. İncildə Peyğəmbərimizin gələcəyi müjdələnib Paraklit kəliməsilə də ifadə edilmişdir ki, Əhməd və Muhamməd mənasındadır. İncil təhrif edildikdən sonra bu kəlimələr qəsdən dəyişdirilmişdir.

 

Peyğəmbərimizin hədisi-şəriflərində isə Mahi, Haşir, Akıb, Mükaffi, Nəbüyyür-rahmə, Nəbiyyüt-Tövbə, Nəbüyyü-Məlahim, Qattal, Mütəvəkkil, Fateh, Hatəm, Mustafa, Ümmi, Kusəm (hər xeyri özündə toplayan) adları keçməkdədir. Bir hədisi-şərifdə Sevgili Peyğəmbərimiz: “Mənə məxsus beş isim vardır: “Mən Muhammədəm. Mən Əhmədəm, mən Mahiyəm ki, Allah mənimlə küfrü yox edir. Mən, Haşirəm ki, xalq, qiyamət günü mənim izimdən həşr olunacaqdır. Mən, Akıbəm ki, məndən sonra peyğəmbər yoxdur” buyurdu.

 

Peyğəmbərimizin həzrəti-Xadicədən doğulmuş və kiçik yaşda vəfat etmiş oğlu Qasımdan ötrü ona Əbül-Qasım ləğəbi verilmişdir. Yenə peyğəmbərliyi bildirilmədən əvvəl Ondakı dürüstlük, etimad, əmin, güvənilən olması kimi sayılmayacaq qədər üstün məziyyətlərə görə Qüreyş qəbiləsi ona “Əl-Əmin” adını vermişdir.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину