Facebook Twitter WhatsApp

Evlənməsi

Muhamməd əleyhissəlam iyirmi beş yaşında ikən ilk olaraq həzrəti Xədicə ilə evləndi. Həzrəti Xədicə, Qureyş qəbiləsinin Əsədoğulları qolundan qırx yaşında və dul bir xanım idi. Fəqət malı, camalı, ağlı, elmi, şərəfi, nəsəbi, iffət və ədəbi xeyli çox idi. Yüksək əxlaqı və üstün vəsfləri səbəbilə Qureyş arasında “Tahirə” (çox təmiz), İslamiyyət gəldikdən sonra da “Xədicətül-Kübra” adıyla məşhur olmuşdu. Xədicə Xatun mallarını Şam tərəfinə aparıb Busrada satan Muhamməd əleyhissəlamı; ədaləti, üstün əxlaqı və haqqında eşidib şahid olduğu hadisələr səbəbilə son dərəcə təqdir etdi. Bu hadisədən qısa bir müddət sonra, yaxınlarının da qəbul etməsilə evlənmələri qərarlaşdırıldı. Kəbin məclisi həzrəti Xədicənin evində quruldu. Əbu Talib və Vərəqə ibn Nofəl tərəfindən giriş nitqi söyləndi. Kəbini Vərəqə ibn Nofəl kəsdi. Qureyş qəbiləsinin tanınmış şəxsləri də nikah şahidi olaraq iştirak etdilər. Zamanının misilsiz bir qadını olan Xədicə anamız evlilik həyatı boyunca Muhamməd əleyhissəlama daim xidmət edib yardımçısı oldu. Muhamməd əleyhissəlamın bu evliliyi, onun vəfatına qədər on beş ili peyğəmbərlikdən əvvəl, onu da Peyğəmbərlikdən sonra olmaq üzrə iyirmi beş il davam etdi. Muhamməd əleyhissəlam, ilk zövcəsi həzrəti Xədicə həyatdaykən başqası ilə evlənmədi. Muhamməd əleyhissəlamın həzrəti Xədicədən ikisi oğlan, dördü qız olmaq üzrə Qasım, Zeynəb, Ruqayyə, Ümmü Gülsüm, Fatimə və Abdullah (Tayyib) adlarında altı uşağı oldu. Peyğəmbərliyi sırasında evləndiyi həzrəti Mariyədən də İbrahim adlı oğlu olmuşdu. Digər zövcələrindən uşağı olmadı. Zeynəb, qızlarının ən böyüyü idi. Ən kiçik qızı Fatimə atasının ən sevgilisi idi. Həzrəti Fatimə Peyğəmbər əfəndimiz qırx yaşındaykən doğuldu. Kişi övladları kiçik yaşda vəfat etdikləri kimi həzrəti Fatimədən başqa bütün qızları da Ondan əvvəl vəfat etdilər. Həzrəti Fatimə də Muhamməd əleyhissəlamdan altı ay sonra vəfat etdi. Həzrəti Əli ilə evlənmişdi. Muhamməd əleyhissəlamın nəsli həzrəti Fatimə övladı, həzrəti Həsən və həzrəti Hüseyn ilə davam etdi.

 

Rəsuli-əkrəm əfəndimiz ikinci dəfə olaraq, əlli beş yaşında ikən, Əbu Bəkrin (radıyallahu anh) qızı Aişə radıyallahu anhə ilə evləndi. Bunu, Xədicətül-Kübranın vəfatından bir il sonra, Allahu təalanın əmri ilə nikah etmişdi. Vəfat edənə qədər, səkkiz il onunla yaşadı.

 

Digərlərini, ümumən həzrəti Aişədən sonra, dini, siyasi səbəblərlə və ya mərhəmət və lütf edərək Allahu təalanın iznilə nikah etdi. Bunların hamısı dul olub, çoxu yaşlı idi. Məsələn, Məkkədəki kafirlərin, Müsəlmanlara əziyyət və zərərləri dözülməz bir dərəcəyə gəlincə Əshabı-kiramın bir qismi Həbəşistana hicrət etmişdi. Həbəş Padşahı Nəcaşi Xristian idi. Müsəlmanlara müxtəlif suallar verib, aldığı cavablara heyran qalaraq imana gəldi. Müsəlmanlara çox yaxşılıqlar etdi. İmanı zəif olan Ubeydullah ibn Cahş, kasıblıqdan xilas olmak üçün, keşişlərə aldanıb mürtəd olmuş, dinini dünyaya dəyişmişdi. Rəsulullah əfəndimizin bibisinin oğlu olan bu məlun, zövcəsi Ümmü Həbibəni də (radıyallahu anhə) dindən çıxıb zəngin olmağa cəbr və  təşviq etdi isə də, o, kasıblığa və ölümə razı olacağını fəqət Muhamməd əleyhissəlamın dinindən çıxmayacağını söyləyincə, bunu boşadı. Sürünərək, səfalətdən ölməyini gözləyirdi. Lakin, az vaxtda özü öldü. Ümmü Həbibə, Qureyşin (Məkkənin) o zamanki baş komandiri Əbu Süfyanın qızı idi. Peyğəmbər əfəndimiz o zamanlarda, Qureyş orduları ilə çox çətin müharibələr edirdi və Əbu Süfyan, İslamiyyəti yox etmək üçün var gücüylə vuruşurdu. Peyğəmbər əfəndimiz Ümmü Həbibənin dininin qüvvətini və başına gələn bu acı halı eşitdi. Nəcaşiyə məktub yazıb: “Oradaki Ümmü Həbibə ilə evlənəcəyəm. Nikahımı et! Sonra onu bura göndər!” şəklində tələb etdi. Nəcaşi daha əvvəl Müsəlman olmuşdu. Məktuba çox hörmət edib, oradakı Müsəlmanları sarayına dəvət edərək, ziyafət verdi. Hicrətin yeddinci ilində kəbin kəsilib, hədiyyə və ehsanlar bəxş etdi. Bu surətlə, Ümmü Həbibə, imanının mükafatına qovuşaraq, orada zəngin və rahat oldu. Onun sayəsində, oradakı Müsəlmanlar da rahat etdi. Cənnətdə, qadınlar ərlərinin yanında olacaqları üçün, Cənnətin ən yüksək dərəcəsilə müjdələnmiş oldu ki, dünyanın bütün zövq və nemətləri, bu müjdə yanında çox kiçik qalar. Bu kəbin, Əbu Süfyanın irəlidə Müsəlman olmaqla şərəflənməsini hazırlayan səbəblərdən biri oldu. Aydın olur ki, bu kəbin, kafirlərin böhtanlarının nə qədər yanlış və çürük olduğunu bildirdiyi kimi, Rəsulullahın ağlının, zəkasının, dahiliyinin, ehsanının və mərhəmətinin dərəcəsini də göstərməkdədir.

 

İkinci misal; Həzrəti Ömərin qızı Həfsə radıyallahu anhə dul qalmışdı. Hicrətin üçüncü ilində; Ömər radıyallahu anh, Əbu Bəkirə və Osmana (radıyallahu anhümə) qızımı alarsanmı dəyincə, düşünüm, demişdilər. Bir gün, Rəsulullah əfəndimiz, hər üçü və başqaları yanında ikən; “Ya Ömər! Səni kədərli görürəm, səbəbi nədir?” deyə soruşdu. Bir şüşədəki mürəkkəbin rəngi asan görüldüyü kimi, Rəsulullah əfəndimiz də, hər kəsin fikrini, bir baxışda anlayardı. Lüzum görərsə soruşardı. Ona, hətta hərkəsə doğru söyləməyimiz fərz olduğu üçün həzrəti Ömər də; “Ya Rəsulallah, qızımı Əbu Bəkrə və Osmana təklif etdim, almadılar.” cavabını verdi. Rəsulullah əfəndimiz ən çox sevdiyi üç əshabının kədərlənməsini heç istəmədiyindən, onları sevindirmək üçün, dərhal buyurdu ki: “Ya Ömər! Qızını, Əbu Bəkrdən və Osmandan daha yaxşı birinə versəm istəyərsənmi?” Həzrəti Ömər təəccübləndi. Çünki, Əbu Bəkr və Osmandan daha yüksək və daha yaxşı kimsə olmadığını bilirdi. “Bəli, ya Rəsulallah!” dedi. “Ya Ömər, qızını mənə ver!” buyurdu. Bu surətlə, Həfsə radıyallahu anhə, Əbu Bəkr və Osmanın və bütün möminlərin anaları oldu və bunlar, ona xidmətçi oldu və Əbu Bəkr və Ömər və Osman radıyallahu anhüm bir-birlərinə daha yaxın və daha sevgili oldular.

 

Üçüncü bir misal, hicrətin beş və ya altıncı ilində, Bəni Müstəliq qəbiləsindən alınan yüzlərcə əsir arasındakı Cüveyriyyə radıyallahu anhə qəbilənin rəisi olan Harisin qızı idi. Bunu satın alıb azad edərək, nikah edincə, Əshabı-kiramın (əleyhimürrıdvan) hamısı, biz, Rəsulullahın ailəsinin, anamızın qohumunu cariyə və xidmətçi olaraq istifadə etməkdən həya edərik dedi. Hamısı, əsirlərini azad etdi. Bu kəbin, yüzlərcə əsirin azad olmasına yol açdı. Cüveyriyyə radıyallahu anhə bu halı hər zaman söyləyərək öyünərdi. Aişə radıyallahu anhə “Cüveyriyyədən daha xeyirli, daha bərəkətli bir qadın görmədim.” deyərdi.

 

Rəsulullah əfəndimizin çox evlənməsinin mühüm bir səbəbi də, İslam dininin əmr və qadağanlarını birdirmək üçün idi. Hicab ayəsi gəlməzdən, yəni qadınların örtünmələri əmr olunmazdan əvvəl, qadınlar da Rəsulullah əfəndimizin yanına gəlib, bilmədiklərini soruşar, öyrənərdilər. Rəsulullah əfəndimiz, birinin evinə getsə, qadınlar da gələr, oturar, dinləyər, istifadə edərdilər. Hicab ayəsi gəlib, qadınların yad kişilərlə oturmaları, danışmaları qadağan edilincə, yad qadınları qəbul etmədi, onların bilmədiklərini, mübarək zövcəsi həzrəti Aişədən soruşub öyrənmələrini əmr etdi. Gəlib soruşanların çoxluğundan, həzrəti Aişə, hamısına cavab yetişdirməyə vaxt tapa bilmirdi. Bu mühüm xidməti asanlaşdırmaq və onun yükünü yüngülləşdirmək üçün lazım olduğu qədər xanımı nikah etdi. Qadınlara aid yüzlərlə incə bilgiləri, Müsəlman qadınlara, mübarək zövcələri yolu ilə bildirdi. Zövcələri bir olsaydı, bütün qadınların ondan soruşması güc və hətta qeyri-mümkün olardı. Allahu təalanın dinini tam olaraq bildirmək üçün, çox evlənmək yükünü də çiyinlərinə aldı.

 

Muhamməd əleyhissəlam həzrəti Xədicə ilə evləndikdən sonra da Məkkədə ticarətlə məşğul oldu. Ticarəti Saib ibn Abdullah ilə ortaqlıq şəklində idarə edərdi. Qazanclarıyla qonaqları ağırlayar, yetimlərə və kasıblara kömək edərdilər. Muhamməd əleyhissəlam yenə bu sıralarda həzrəti Xədicənin köləsi Zeydi himayəsinə alıb onu köləlikdən azad etdi. O zaman kiçik yaşda olan həzrəti Əlini də yanına alıb övladı kimi yetişdirdi.

 

Otuz beş yaşında ikən Kəbə hakimliyi etdi. O zaman yağış və sellər səbəbilə Kəbənin divarları olduqca köhnəlmiş, bir yanğın səbəbilə də təxribata məruz qalmışdı. Bu vəziyyətə görə Qureyş qəbiləsi Kəbəni İbrahim əleyhissəlamın tikdiyi təmələ qədər uçurub yenidən tikməyə başlamışdı. Hər qəbiləyə bir hissəsini verərək divarları yüksəltdilər. Bu işin böyük bir şərəf olduğunu bilən qəbilələr, Həcərül-əsvəd daşını yerinə qoyma xüsusunda anlaşa bilmədilər. Hər qəbilə belə bir şərəfə sahib olmaq istədiyindən aralarında getdikcə artan böyük bir anlaşmazlıq çıxdı. Dörd beş gün davam edən bu münaqişə səbəbilə az qala qan töküləcəkdi. Bu əsnada Əbdülmuttalibin dayısı və yaşlı bir şəxs olan Huzeyfənin; “Ey Qureyş camaatı! Razılaşa bilmədiyiniz iş haqqında hökm vermək üzrə bu qapıdan ilk girəcək şəxsi aranızda hakim təyin edin.” deyərək Bəni Şeybə qapısını işarə etdi. Oradakılar bu təklifi qəbul edib, Bəni Şeybə qapısına baxaraq ilk girəcək və işin ən həssas anında bu işi həll edəcək kimsəni gözləməyə başladılar. Nəhayət qapıdan, doğruluğunu, üstün əxlaqını son dərəcə təqdir etdikləri və Əl-Əmin (hər zaman etibarlı) dedikləri Muhamməd əleyhissəlamın gəldiyini gördülər. “İştə Əl-Əmin! Onun hökmünə razıyıq.” dedilər. Vəziyyət Muhamməd əleyhissəlama anladılınca bir örtü istədi. Həcərül-əsvədi örtü üzərinə qoyub “Hər qəbilədən bir adam bir ucundan tutsun.” dedi. Daşı qoyulacağı yerə qədər qaldırtdı. Sonra da özü daşı qucaqlayıb yerinə qoydu. Məkkədə çıxmaq üzrə olan böyük bir hərbin beləcə önləndiyini görən qəbilələr, Onun bu hərəkətindən çox məmnun oldular. Sonra da yarım qalan divarları tikib tamamladılar.