Facebook Twitter WhatsApp

Doğumu

  Muhamməd əleyhissəlam Hicrətdən 53 il əvvəl Rəbiüləvvəl ayının on ikinci bazar ertəsi gecəsi səhərə yaxın Məkkənin Haşimoğulları məhəlləsində, Səfa Təpəsi yaxınında bir evdə doğuldu. Bu gün, Miladi təqvimə görə 20 Aprel 571-ci il tarixinə rast gəlməkdədir. O gün hələ günəş doğmadan aləm nur ilə doldu. Adəm əleyhissəlamdan bəri atadan övlada intiqal edərək gələn nur əsl sahibinə çatdı.

  Onun doğumunu anası Həzrəti Əminə belə anladır: “Doğum anı gəldiyi vaxt heybətli bir səs eşitdim. Ürpərməyə başladım. Sonra ağ bir quş gördüm, gəlib qanadı ilə məni sığalladı. O andan sonra məndəki qorxu və ürpərmədən əlamət qalmadı. Yanımda süd kimi ağ, bir kasa şərbət gördüm. O şərbəti mənə verdilər. O anda çox susamışdım. Verilən şərbəti içdim. Baldan şirin və soyuq idi. İçər-içməz susuzluğum getdi. Sonra böyük bir nur gördüm. Evim o qədər nurlandı ki, o nurdan başqa bir şey görmürdüm. Bu əsnada çox xatun gördüm. Boyları uzun, üzləri günəş kimi parlayırdı. Ətrafımı sarıb, mənə xidmət edən bu xatunlar, Əbdü Mənaf qəbiləsinin qızlarına bənzəyərdilər. Yenə o sırada ağ, uzun və göydən yerə uzanmış ipək bir parça gördüm. Dedilər ki: Onu insanların gözündən örtün. O anda bir qrup quş peyda oldu. Ağızları zümrüddən, qanadları yaqutdan idi. Gümüş ibriqlər tutaraq havada dayanırdılar. Mənə qorxu gəlib tərləmişdim, tər damcılarından müşk qoxusu yayılırdı. O halda ikən gözümdən pərdəni qaldırdılar. Şərqdən qərbə qədər bütün yer üzünü gördüm. Üç aləm (bayraq) sancıldı. Onların biri məşriq (şərq), biri məğrib (qərb) biri də Kəbənin üstündə idi. Ətrafımda çox sayda mələklər yığıldı. Muhamməd doğular-doğulmaz mübarək başını səcdəyə qoydu və şəhadət barmağını qaldırdı. O anda göydən bir parça ağ bulud endi. Onu bürüdü. Bir səs eşitdim; “Onu məğribdən məşriqə qədər hər yerdə gəzdirin. Ta ki, cümlə aləm onu, adıyla, cismiylə və sifətiylə görsünlər.” deyirdi. Sonra o bulud gözdən itdi və Muhammədi bir ağ yunlu parça içində sarılı gördüm. Yenə o əsnada üzləri günəş kimi parlayan üç adam gördüm. Birinin əlində gümüşdən bir ibriq, birinin əlində zümrüddən bir ləyən, birinin əlində də ipək vardı. İbriqdən sanki müşk damcılayırdı. Muhammədi o ləyənin içinə qoydular. Mübarək başını və ayağını yudular və ipəyə sardılar. Sonra mübarək başına gözəl ətir sürtüb, mübarək gözlərinə sürmə çəkdilər və gözdən itdilər.”

  Muhamməd əleyhissəlamın doğulduğu sırada Həzrəti Əminənin yanında Əbdurrahman ibn Əvfin anası Şəfa Xatun, Osman ibn Əbül-Asın anası Fatimə Xatun və Peyğəmbərimizin bibisi Safiyyə Xatun vardı. Bunlar da gördükləri nuru və digər hadisələri xəbər verdilər. Şəfa Xatun belə anladır: “Mən, o gecə Əminənin yanında idim. Muhamməd əleyhissəlamın dünyaya gələn kimi, dua və niyaz etdiyini eşitdim. Qaibdən; “Yərhamükə Rabbükə” deyə söylənildi. Sonra bir nur çıxıb o qədər işıq verdi ki, şərqdən qərbə qədər hər yer göründü…” Bundan başqa bir çox hadisəyə şahid olan Şəfa Xatun: “Nə zaman ki, Ona peyğəmbərlik verildi; heç tərəddüd etmədən ilk iman edənlərdən biri də mən oldum.” dedi.

  Saffiyə Xatun da belə anlatmışdır: “Muhamməd əleyhissəlam doğulduğu sırada hər tərəfi bir nur bürüdü. Doğular-doğulmaz səcdə etdi, mübarək başını qaldırıb səlis bir dillə “Lə iləhə illəllah, inni rəsulullah” dedi. Onu yumaq istədiyim zaman, biz Onu yuyunmuş olaraq göndərdik.” deyildi. O sünnət olmuş və göbəyi kəsilmiş görüldü. Onu qundağa sarımaq istəyərkən kürəyində bir möhür gördüm, möhürün üzərində (Lə iləhə illəllah Muhammədün Rəsulullah) yazılı idi. Doğular-doğulmaz səcdə etdiyi sırada yavaş səslə bir şeylər söyləyirdi, qulağımı mübarək ağzına yaxınlaşdırdım; “Ümməti, ümməti” (Ümmətim, ümmətim) deyirdi…”

Rəsuli-əkrəm əfəndimizin doğulduğunu babası Əbdülmuttalibə Kəbədə Allaha yalvarıb dua etməkdə ikən müjdələdilər. Əbdülmuttalib bu müjdəni alanda çox sevinib Onu görməyə getdi və; “Bu oğlumun şanı, şərəfi çox yüksək olacaqdır” dedi. Sonra da Onun doğumunu qeyd etmək üçün doğumun yeddinci günündə Məkkə xalqına üç gün ziyafət verdi. Bundan əlavə, şəhərin hər məhəlləsində dəvələr kəsərək insan və heyvanların istifadə etməsi üçün qoydu. Ziyafət sırasında uşağa hansı adı qoydun deyənlərə Muhamməd adını verdim dedi. Nə üçün atalarından birinin adını vermədin deyənlərə; “Allahın və insanların Onu mədh etmələrini, tərifləmələrini istədiyim üçün.” cavabını verdi. Anası da Əhməd adını qoydu.

Muhamməd əleyhissəlam doğulduğu əsnada və doğulduqdan sonra bir çox hadisə meydana gəldi.

  Muhamməd əleyhissəlamın dünyaya gəldiyi gecə bir ulduz doğuldu. Bunu görən Yəhudi alimləri Muhamməd əleyhissəlamın doğulduğunu anladılar. Əshabı-kiramdan Hassan ibn Sabit anladır: “Mən səkkiz yaşında idim. Bir səhər vaxtı Yəhudinin biri, hey Yəhudilər! deyə qışqıraraq qaçırdı. Yəhudilər nə var, nə çığırırsan deyərək yanına toplanınca belə söylədi: “Xəbəriniz olsun Əhmədin ulduzu bu gecə doğuldu! Əhməd bu gecə dünyaya gəldi…”

Muhamməd əleyhissəlam doğulduğu gecə Kəbədəki bütlər üzüstə yerə yıxıldı. Urvə ibn Zübeyr rəvayət edir: “Qureyşdən bir camaatın bir bütü vardı. İldə bir dəfə onu təvaf edər, dəvələr kəsib şərab içərdilər. Yenə elə bir gündə həmin bütün yanına çatdıqları vaxt onu üzüstə yerə yıxılmış gördülər. Qaldırdılar, təkrar yerə qapandı. Bu hal üç dəfə təkrarlandı. Bunun ardınca ətrafına yaxşıca dəstək verib dikəltdikləri sırada belə bir səs eşidildi: “Bir kimsə doğuldu yer üzündə hər yer hərəkətə gəldi. Nə qədər büt varsa hamısı yıxıldı. Kralların qorxudan qəlbləri titrədi.” Bu hadisə tam Muhamməd əleyhissəlamın doğulduğu gecəyə rast gəlirdi.

  Mədayin şəhərindəki İran Kisrasının sarayının on dörd qülləsi (bürcü) dağıldı. O gecə gurultuya dəhşətlə oyanan Kisra və xalqı yenə özlərindən bəzi tanınmış kimsələrin gördükləri qorxunc yuxuları təbir etdirdikdə bunun böyük bir şeyə əlamət olduğunu anladılar.

Yenə o gecə Məcusilərin yəni atəşə tapınanların min ildən bəri yanmaqda olan böyük atəş yığınları qəflətən söndü. Atəşin söndüyü tarixi qeyd etdilər. Kisranın sarayından bürclərin dağıldığı gecəylə üst-üstə düşürdü.

O zaman insanların müqəddəs saydıqları Savə Gölü də yenə o gecə bir anda suyu çəkilib, qurudu.

  Şam tərəfində min ildən bəri suyu axmayan və qurumuş olan Səmavə Çayının vadisi də, o gecə, su ilə dolub-daşaraq axmağa başladı.

Muhamməd əleyhissəlamın doğulduğu gecədən etibarən şeytan artıq Qureyş kahinlərinə vaqe olacaq hadisələrdən xəbər verə bilməz oldu. Kəhanət sona çatdı...

Muhamməd əleyhissəlamın doğulduğu gecə ve daha sonra o zamana qədər görülməmiş bu hadisələrdən başqa bir çok hadisə vaqe oldu, bunların hamısı son Peyğəmbər Muhamməd əleyhissəlamın dünyaya təşrif etdiyinə işarə olmuşdur.