Gözəl İslam / Orucla bağlı müxtəlif məsələlər

Orucla bağlı müxtəlif məsələlər

Sual: Dərslərinə hazırlaşan və ya imtahan verilən günlərdə oruc tutmamaq düzgündürmü?

CAVAB

Oruc tutmaq dərslərə və imtahanlara mane olmur. Əksinə, dəstək olur. Əgər mədə çox doludursa, baş da o qədər işləməyəcək. Ac olan insanın iti zəkası, güclü qavraması olar. Bu, işin daha çox tibbi tərəfidir. Allahu təalanın rəhməti və lütfü isə ayrıdır. Onu ağıl qəbul etməz. Dərs üçün oruc tutmamaq haramdır. Ramazan günü oruc tutmaq böyük nemətdir. Bu nemətdən məhrum qalmamalı, oruc tutmağı qənimət bilməlidir. Bir hədisi-şərifdə “Ramazanda bir gün oruc tutmayan onun əvəzinə bütün il oruc tutsa, o bir günkü savaba qovuşa bilməz” buyuruldu. (Tirmizi)
Başqa bir vaxtda ömür boyu oruc tutulsa, Ramazanda tutulan bir orucun savabına qovuşulmaz. Bir hədisi-şərif məalı da belədir:

“Allah rizası üçün bir gün oruc tutan şəxsi bu bir günlük oruc səbəbi ilə Allahu təala 70 il Cəhənnəm odundan uzaq tutar.” [Buxari, Müslim, Tirmizi, Nəsai, İbni Macə]

Yemək qalıqları və düyü dənəsi

Sual: Dişlərin arasında qalan noxuddan kiçik yemək qalıqlarını udmaq orucu pozmadığını bildirilir. Bəs noxuddan da kiçik bir düyü və ya buğda dənəsini udmaq niyə orucu pozur?

CAVAB

Dişlərin arasında qalan yemək qalıqları xaricdən alınmır. Düyü dənəsi xaricdən götürülür. Oruc tutarkən bişmiş bir düyü dənəsi noxuddan kiçik olduğu halda yeyilərsə, kəffarəsi lazımdır. Çiy düyü yeyilərsə, qəzası lazımdır, amma dinimizin əmrinə görə dişlərin arasında qalan bişmiş düyü dənəsi [plov] udularsa, oruc pozulmur. Namaz zamanı udularsa, namaz da pozulmur, ancaq bir düyü dənəsi götürüb udulsa, namazı pozular. Deməli dişlərin arasında qalanları udmaqla qıraqdan götürüb udmaq fərqlidir.
Dar düşüncəmizlə dini hökmləri araşdırmaq, müqayisə etmək, onun hikmətini anlamağa çalışmaq bir xəstəlikdir. Bundan çox çəkinməliyik. Ağılla, məntiqlə din olsaydı Peyğəmbərlər göndərilməz, dini hökmlər bildirilməzdi.


Qəza və kəffarə

Sual: Oruc tutarkən bişmiş bir düyü və bir mərci yeyildikdə kəffarəsi lazım olursa, bəs bunların çiyi yeyildikdə niyə qəzası lazım olur?

CAVAB

Həmçinin duzu az yemək kəffarə tələb edir, bir qaşıq duz yemək isə kəffarə tələb etmir.

Torpaq yemək kəffarə tələb etmədiyi halda, kilermeni adlanan torpağı yeməyə adət etmiş şəxs üçün kəffarəsi lazımdır.
Fındığı qabığı ilə udmaq kəffarə tələb etmir, amma qabığını çıxarıb içini udmaq kəffarə tələb edir.
Dərman və qida kimi çiy düyü yeyək vərdiş olmadığı üçün kəffarə tələb etmir. Deməli ölçü, dərman və qida kimi yeyilməsinin, vərdiş olub-olmamasından asılıdır.
Kilermeni də torpaqdır, amma dərman kimi yeyilsə kəffarəsi lazımdır. Yerikləyən hamilə qadınlar və ya bəzi uşaqlar gil və əhəng kimi torpaq yeyirlər. Onlar da bu məsələyə diqqət yetirməlidirlər.

Sual: Dəstəmaz alarkən səhvən boğaza su qaçarsa, orucun pozulduğu üçün yeyib-içilərsə, kəffarəsi lazımdırmı?

CAVAB

Oruc qəsdən pozulmadığı üçün yalnız qəzası lazımdır.

Sual: Oruclu  olduğunu unudaraq yeyən şəxs sonradan bilərək yeyib-içməyə davam edərsə, kəffarəsi lazımdırmı?

CAVAB

Oruc tutduğunu unudaraq yeyib-içən şəxs orucunun pozulduğunu zənn edərək yeyib-içməyə davam edərsə, qəza lazım olar, kəffarə lazım deyil. Əgər unudaraq yeyib-içdikdə orucun pozulmadığını bildiyi halda qəsdən yeyib-içməyə davam edilərsə, həm qəzası, həm də kəffarəsi lazımdır.

Sual: Ramazan ayında bir neçə gün oruc tutmadım. Kəffarəsi lazımdırmı?

CAVAB

Ramazanda səbəbsiz oruc tutmamaq böyük günahdır. Əvvəlcə tutulmayan oruclar üçün tövbə edilər, sonra gününə gün, yəni neçə gün tutulmamışdırsa, həmin gün qədər qəza orucu tutular. Bir insan Ramazan ayında 30 gün oruc tuta bilməsə, tuta bilmədiyi gün qədər qəzası lazımdır, kəffarə lazım deyil. Kəffarə oruc tutmamağın deyil, Ramazan orucunu niyyət edib səbəbsiz yerə pozmağın cəzasıdır.

Sual: Səfərə çıxacağam deyə oruc tutmağa niyyət etmədim. Günəş doğduqdan sonra yeyib-içdim. Qəzası, yoxsa kəffarəsi lazımdır?

CAVAB

Kəffarə oruc tutmamağın deyil, qəsdən niyyətli orucu pozmağın cəzasıdır. Səbəbsiz oruc tutmamaq haramdır, amma kəffarə tələb etmir. İmameynə görə [imam Əbu Yusuf ilə imam Muhammədə] görə isə günortadan bir saat əvvələ qədər niyyət etmə imkanı varkən qəsdən yeyib-içildiyi üçün kəffarə lazımdır. Amma günortadan sonra yeyib-içsə, niyyət etmək fürsətini əldən verdiyi üçün imameyinə görə də kəffarəyə ehtiyac yoxdur, yalnız qəza lazım olar. Fətva imameyinə görə deyil, İmamı-əzəmə görədir. Niyyətsiz oruc nə vaxt açılırsa-açılsın qəza lazımdır, kəffarə lazım deyil.

Sual: Günəş doğduqdan sonra niyyət edən şəxs günortadan əvvəl və ya sonra orucunu pozarsa, qəza, yoxsa kəffarəsi lazımdır?

CAVAB

Niyyət imsaq vaxtından sonra olduğu üçün hər iki halda da qəza lazımdır.

Sual:  İmsaq vaxtından sonra səfərdən ölkəsinə qayıdıb oruc tutmağa niyyət edilsə və bu niyyətli oruc qəsdən pozulsa, kəffarə lazımdırmı?

CAVAB

Oruc tutmağa imsaq vaxtından sonra niyyət etdiyi üçün kəffarəyə ehtiyac yoxdur, qəza lazımdır.

Sual: Qəsdən orucunu pozan insanın sonradan başına oruc tutmamağı mübah qılacaq bir vəziyyət gəlsə, yenə də kəffarəsi lazımdırmı?

CAVAB

Belə bir vəziyyət baş verərsə, kəffarə lazım deyil. Məsələn, qadının heyzi başlasa, yaxud oruc tuta bilməyəcək qədər xəstələnsə, yalnız qəza lazımdır. Lakin səfərə çıxsa, kəffarə lazımdır. Çünkü səfərə çıxmaq səmavi üzr deyildir.

Niyyətsiz oruc tutmaq

Sual: Gecə işləyirəm. Ramazan orucuna niyyət etməyi unudub yatdım. Yuxudan duranda günorta azanı oxunurdu. Artıq niyyət etmək olmaz dedilər. Mən də axşama qədər bəlkə bir çarə olar deyə heç bir şey yeyib-içmədim. Oruc tutdum. Bu orucu qəza etməliyəmmi?

CAVAB

Niyyətsiz oruc tutmaq səhih deyil. Qəzası tutulmalıdır. Lakin bunun kimi müstəsna hallarda başqa qüvl və ya digər haqq məzhəblərdə bir çarəsi varsa, zəif də olsa, təqlid etməklə ibadət xilas olur.  Hənəfi məzhəbindəki müctəhid imamlardan İmam Züfərə görə niyyətsiz oruc səhihdir. Bu imama görə niyyət etmək yaddan çıxmışsa və ya hər hansısa bir səbəblə niyyət edilməmişsə, həmin gün orucu pozan bir şey də edilməmişsə, oruc tutulmuş sayılır. Belə bir zəruri hallarda İmam Züfərin qövli ilə əməl edilir.


Sual: Masturbasiya zamanı qəza lazım olduğunu söyləyirlər. Buna görə qəsdən orucu pozurlar, mən isə kəffarəsi lazım olduğunu deyirəm. Hansı kitabda qəza lazım olduğu yazılıdır?

CAVAB

Fətavayi-Hindiyyə, Bahrürraiq və Dürr-ül-muxtar kitablarında masturbasiya üçün yalnız qəza lazım olduğu yazılıdır. Kəffarəyə ehtiyac yoxdur. Ağılla din olmaz. Dində nəql mütləqdir.

Sual: Dözə bilməyib orucunu pozan qəza etməlidirmi?

CAVAB

Həqiqətən dözə bilməyibsə, qəza etməlidir.


Sual: Oruc tutanda dəstəmaz alarkən ağıza və buruna çox su çəkməmək olarmı?

CAVAB

Bəli, olar.

Sual: Bəziləri deyir ki, Ramazanda orucun ilk gününü tutmasaq digərlərini də tutarkən lazım olduğu zaman poza bilərik. Belə bir şey vardırmı?

CAVAB

Belə bir şey yoxdur. Ramazanda hər gün oruc tutmaq fərzdir. Bu cür xürafələrə inanmamaq lazımdır. İnsan sağlamlıq vəziyyətindən asılı olaraq ilk günlər tuta bilməsə də sonrakı günlər tuta bilir və ya ilk günlər tuta bilsə də xəstə olduqda digər günlər tuta bilməz. Belə vəziyyətlərdə nə ediləcəyi, necə ediləcəyi elmihal kitablarında vardır. [Bu cür xürafələrə inanmamaq üçün dinimizi öyrənmək lazımdır. Dinimizi düzgün öyrənmək üçün əhli sünnət alimlərinin dəyərli əsərlərindən tərcümə edilərək hazırlanan Tam Elmihal Səadəti Əbədiyyə kitabını oxumağı tövsiyə edirik].

Sual: Oruclu ikən misvaq istifadə etmək məkruhdurmu?

CAVAB

Məkruh deyil. Şafii məzhəbində günortadan sonra misvaq istifadə etməmək yaxşıdır, çünki ağızdakı qoxunu apardığı üçün günortadan sonra misvaq istifadə etməyi məkruh sayarlar. “Oruc tutanın ağız qoxusu Allah üçün sevimlidir. Demək ki, Allahu təalaya sevimli gələn bir şeyi niyə yox edək” deyərlər.

 

Şeytani yuxu

Sual: Ramazanda şeytani yuxu görmək olurmu?

CAVAB

Görülmür. Nəfsani yuxu görülür.

Şeytanlar bağlanır

Sual: Ramazan ayında şeytanların azğınları bağlanırmı?

CAVAB

Xeyir, hamısı bağlanır. Ramazanda günah işlədən nəfsimizdir. Bu ayda şeytanlar bağlı olduğu üçün vəsvəsə verə bilməzlər. Ramazanda əsnəmək də şeytandan deyil. Əsnəmələr yorğunluq, yuxusuzluq kimi hallarda meydana gəlir.

Sual: Nə üçün Ramazan ayı bəzən 29, bəzən də 30 gün olur?

CAVAB

Ramazanı-şərif qəməri aylardandır. Qəməri aylar 29 və ya 30 gün olur. Qurani-kərimdə Ramazan ayında oruc tutmağın fərz olduğu bildirilir. [Bəqərə 183-185] Ramazan ayı 30 gün çəkərsə 30 gün, 29 gün çəkərsə 29 gün oruc tutmaq fərzdir. Bütün fərz ibadətlər Allahu təalanın əmridir.

Sual: Oruc tutmayan işçiyə Ramazan ayında yemək vermək olarmı?

CAVAB

Yemək verilmir, yemək pulu verilə bilər.

Sual: Yayda qəzaya qalmış orucları qışda qəza etmək caizdirmi?

CAVAB

Caizdir.

Sual: Həcc ziyarətində şükür qurbanının əvəzinə cəza orucu tutmaq caizdirmi?

CAVAB

Caiz deyil. Yalnız israfın qarşısını almaq üçün caizdir.

Sual: İmsaq vaxtından sonra qəzaya niyyət edənin orucu nafilə olurmu?

CAVAB

Bəli.

Sual: Səfərdə olan insana evinə gələndən sonra tutmadığı orucları qəza etmək fərzdirmi?

CAVAB

Bəli.

Sual: Ramazan ayının son günü, bu gün bayramdır, deyənlərə aldanıb orucunu pozanlara qəza tutmaq lazımdırmı?

CAVAB

Qəza lazımdır.

Sual: “Başqasının əvəzinə oruc tutmaq olmaz” hədisi hansı kitabda var?

CAVAB

Tahtavi haşiyəsinin 238-ci səhifəsində var.

Sual: Dəvət zamanı qəza orucunu pozmaq caizdirmi?

CAVAB

Xeyir.

Sual: Deyilənlərə inanaraq Ramazan ayı olduğunu deyib Şaban ayının 29-da oruc tutmağa niyyət etdim. Həqiqəti öyrənəndən sonra orucu pozdum. Qəzası lazımdırmı?

CAVAB

Lazım deyil.

Sual: Bir şəxs axşam namazından əvvəl yuxuya gedərsə və ya huşunu itirərsə, ertəsi gün günorta oyanıb dərhal oruc tutmağa niyyət edə bilərmi?

CAVAB

Artıq niyyət edə bilməz. Günortadan bir saat əvvəl oyanıb niyyət etsəydi, səhih sayılardı, lakin belə hallarda İmam Züfərin qövlinə tabe olub, bir şey yeyib-içmədən həmin andan niyyət edərək, hətta niyyət etmədən də orucunu tuta bilər.

Sual: Mən ailəmdən uzaqda başqa şəhərdə tələbəyəm. Anam telefonda soruşdu ki, sahura qalxa bilirsən, dedim hə, qalxıram, halbuki çox vaxt qalxa bilmirəm. Ac olaraq oruc tutduğumu bilib kədərlənməsin deyə belə söylədim. Belə yalan caizdirmi?

CAVAB

Burada yalan caizdir.

Sual: 3 illik oruc borcu olan şəxs onu 30 gün ardıcıl olaraq tutmalıdırmı?

CAVAB

Xeyir. Fürsət düşdükcə bir-iki gün və ya üç-beş gün tutulur, yəni 30 gün ard-arda tutmaq şərt deyil.

Sual: Qəza orucum yoxdur. Lakin bəzi oruclarım pozulsa, qəbul olunmaz deyə oruc tutarkən qəza orucuna niyyət etdikdə bir zərəri olarmı? Qəza orucum yoxdursa, onlar nafilə sayılırmı?

CAVAB

Qəzası olmayanın qəza namazı qılmasının, qəza orucu tutmasının heç bir zərəri yoxdur. Qəzası yoxdursa, nafilə olar.

Sual: Orucun hesablamalarla başladığı yerlərdə səhv olma ehtimalı olacağı üçün bayramdan sonra qəza orucu tutmaq lazımdırmı?

CAVAB

İki gün qəza orucu tutmaq lazımdır. Çünki böyük İslam alimi seyid Əbdülhakim Arvasi həzrətləri “Belə yerlərdə yaşayan müsəlmanlar bayramdan sonra istədikləri vaxt qəza niyyəti ilə daha iki gün oruc tutmalıdırlar” buyurdu.


Sual: Bu il yeni il Ramazan ayına düşdü. Bu ayda qumar oynamaq, içki içmək daha pis deyilmi?
CAVAB

Qumar oynamaq, içki içmək hər zaman haramdır. Lakin bu haramları müqəddəs yerlərdə və mübarək günlərdə etmək, şübhəsiz ki, daha böyük günah olar.
Yeni il ilə Milad bir-birindən fərqli olsa da, 21 və ya 25 dekabrda Milad şənliklərinin davamı sayıla biləcəyi üçün Yeni il gecəsində xristianlar kimi əylənmək caiz deyil. Yalnız xristianların deyil, yəhudilərin və bütün batil dinlərin ibadətlərini etməklə onlara bənzəmək sayılır. Kafirlərin etdikləri ibadətləri və çirkin işləri xaric, mübah olan adətlərini etməkdə zərər yoxdur. Yəni onlara bənzəmiş sayılmaz.

[Rədd-ül-Muxtar]
Müsəlman hər axşam nə edirsə, bu axşam da onları etməlidir.

Sual: Bayramın ikinci günü oruc tutmaq caizdirmi?
CAVAB

Ramazan bayramının ikinci günü oruc tutmaq caizdir.


Sual: Qəza orucuna niyyət edən şəxs cünub ikən imsaq vaxtından sonra qalxıb qüsl etsə oruc tuta bilərmi?
CAVAB

Tuta bilər. Hətta namaz qılmayan şəxs axşama qədər də cünub qalsa, yenə orucu səhihdir. Lakin namaz qılmadığı və cünub qaldığı üçün böyük günahdır. Yəni cünub oruc tutmaqla oruc pozulmuş sayılmır.

Sual: Qəzaya qalmış Ramazan orucunu qəsdən pozan şəxs neçə gün oruc tutmalıdır?

CAVAB

Qəza orucunu pozanda bir gün tutular.

Sual: Ölü və ya diri üçün namaz qılmaq, oruc tutmaq və ona bu savabı yollamaq olarmı?

CAVAB

Namazın, orucun savabı ölüyə göndərilər. Şəxsən ölü üçün namaz qılmaq, oruc tutmaq olmaz. Göndərilən savab da onun qılmadığı namazın, tutmadığı orucun əvəzinə keçmir.

Sual: Orucun səhih olması üçün sahura qalxmaq məcburiyyəti vardırmı?
CAVAB

Hansı oruc olursa-olsun sahura qalxmaq məcburiyyəti yoxdur, qalxmaq sünnətdir. Qalxılarsa savab olar.

Sual Namaz qılmağa yeni başladım. Bu Ramazanda orucu da tam olaraq tutacam. Ancaq namaz və oruc qəzalarımı necə hesablayacağımı dəqiq bilmirəm.
CAVAB

Təxminlərinizə görə hesablamalısınız.

Sual: Əl, üz, bədən losyonlarının və ya kremlərinin tərkibində spirt olması və namaz qıldığımıza görə bu kremlərdən istifadə etməməyimiz, oruc tutanda da nəcis olması doğrudurmu?
CAVAB

Xeyir, o qarışıq spirtlər bağışlanır.

Sual: Orucun haram olduğu ayları və günləri yaza bilərsinizmi?
CAVAB

Oruc tutmaq yalnız bayram günləri haramdır. İlin beş günü, yəni dörd gün Qurban bayramı, bir gün də Ramazan bayramıdır. Digər günlər isə oruc tutmaq olar.

Sual: Yalnız qəza orucuna necə niyyət etməli və hansı vaxtlar arasında niyyət edilməlidir?
CAVAB

İlk qəzaya qalan Ramazan orucuna demək lazımdır. Axşamdan imsaq vaxtına qədər niyyət edilməlidir.

Sual: Nəzri müəyyən, nəzri mütləq oruclar nədir?
CAVAB

Vacib oruclar müəyyən olur. Müəyyən bir gündə oruc adamaq belədir. Məsələn, bazar ertəsi günü oruc tutmağı adamaq nəzri müəyyən oruc olur.

Qeyri-müəyyən oruclar: Hər hansı bir gün oruc nəzir etmək deməkdir. Məsələn, “Allah rizası üçün üç gün oruc tutacağam” demək belədir.

Sual: İki illik adaq orucunun əvəzinə and kəffarəsi vemək caizdirmi?
CAVAB

Xeyir.

Sual: Bir ay oruc tutmağı nəzir edən, 30 gün ardıcıl olaraq tutmalıdırmı?
CAVAB

Xeyir, fərqli günlərdə də tutmaq olar.

Sual: 3 gün ard-arda oruc tutmağı adamışdım, lakin üçüncü gün “orucu pozan, ancaq kəffarə lazım olmayan bir vəziyyət nəticəsində” orucum pozuldu. Nə etməliyəm?
CAVAB

Adaq orucunu qəsdən pozsanız kəffarə lazım olmaz. Yenidən üç gün oruc tuta bilərsiniz.

Sual: “İşim alınsa, iki il oruc tutacam” dedim. Lakin Allah rizası üçün demədiyim üçün oruc tutmalıyammı?

CAVAB

Bəli, tutmalısınız, çünki oruc onsuz da Allah rizası üçün tutulur.

Sual: “Bu işi görsəm, bir gün oruc tutaram” deyərkən hər dəfə bu işi görəndə bir gün oruc tutmalıyıqmı, yoxsa bir neçə dəfə sözümüzdən çıxdıqda 1 gün oruc tutmaq kifayətdirmi?
CAVAB

Bir gün oruc tutmaq kifayətdir.

Sual: Amerikadan yola çıxdım. Gecə yolda olacağam. Sahur vaxtında təyyarədə olacam, hansı ölkəyə görə imsaq vaxtını əsas götürməliyəm? Evim Hollandiyadadır. Evə dönərkən Hollandiyanın iftar vaxtını əsas götürməliyəmmi?
Olduğunuz ölkənin, yəni Amerikanın imsaq vaxtı əsas götürülür. Getdiyiniz yerin də iftar vaxtı əsas  götürülür, yəni Hollandiyanın. Günəş batmadan iftar edilmir.

Sual: Biz iki qardaşıq, anam bizə hamilə olarkən oruc tuta bilməmişdir. O dövrün Ramazan imsaqiyyələrini saxlayıb daha sonra (illər sonra) həmin imsaqiyyələrə baxaraq sıra ilə tutmuşdur. Niyyət edərkən onlara görə niyyət edib. Bunları təkrar tutması lazımdırmı?
CAVAB

Çox yaxşı olmuşdur. Təkrar tutması lazım deyil. Lakin imsaqiyyə saxlamasa ilk qəzaya qalan deyərək də tuta bilərdi. Namazların da bu cür qəzasını qılmaq lazımdır. İlk qılınan namaz qılındıqda ondan sonrakı namaz birinci olur.

Azan oxunarkən oruc açmaq
Sual: Azan oxunarkən dərhal orucumuzu açmaqda zərər vardırmı?
CAVAB

Vaxtın girməsi vacibdir, azan tez və ya gec oxuna bilər. Türkiyə təqvimindəki vaxt girmişdirsə, azan oxunmasa belə orucu açmalı, sonra namaz qılınmalıdır. Yeməyin namazdan sonra yeyilməsi daha uyğundur. Vaxt girməmişdirsə, azan oxunsa da, top atılsa da orucu açmaq caiz deyil. İmsaq vaxtı yeyib-içmək də belədir. İmsaq vaxtı girmişdirsə, azan oxunmasa belə artıq yeyib-içməyi kəsmək lazımdır. Azana deyil, vaxta etibar edilir.

Sual: Bəzi insanlar hər cür yeməyi yeyir, lakin ət, süd kimi heyvani qidalar yemədən qırx gün pəhriz saxlayırlar. Buna da oruc deyirlər. Müsəlmanlıqda belə bir oruc tutmaq olarmı?
CAVAB

Müsəlmanlıqda belə bir oruc yoxdur. Xristianlıqda belə pəhriz vardır. Demək ki, onlar xristianların ibadətlərini edirlər. Qeyri-müsəlmanların ibadətlərini edənlər və ya etmədiyi halda bəyənənlər kafir olarlar. [Bəriqa]

Üç aylarda oruc tutmaq
Sual:
Qəza borclarını üç aylarda tutmaq olarmı?

CAVAB

Qəza və nafilə oruclarını Rəcəb, Şəban və digər aylarda tutmaqda heç bir zərər yoxdur, lakin qəza oruclarını üzrsüz gecikdirməmək yaxşıdır! Bu aylarda qəza orucu tutanlar, bu aylarda nafiləyə verilən savablara da qovuşar. [Nəvadiri fiqhiyyə]
Rəcəb və Şaban aylarında qəza orucu, nafilə oruc hər gün və ya fasilələrlə tutulur. Tək Cümə və ya tək Şənbə günü oruc tutmamalıdır! Cümə axşamı ilə Cümə günü və ya Cümə ilə Şənbə günü birlikdə tutularsa, zərəri olmaz. 
Rəcəb və ya Şaban aylarında oruc tutarkən qəzası olan “İlk qəzaya qalan Ramazan orucumu tutmağa” deyə niyyət etməlidir. Qəza olmasa belə, qəza orucu tutmaq yenə caizdir.

Sual: 12-14 yaş arası uşaqlarım var. Namaz qılıb, oruc tutmaları fərzdirmi?
CAVAB

Oğlan və qız uşaqları həddi-büluğa çatdıqda onlara namaz, oruc fərzdir. Bir ayda tuta bilmədikləri orucları bayramdan sonra qəzasını tuta bilərlər. Aybaşı səbəbinə görə qılınmayan namazların qəzası qılınmır. Həzrəti Aişə anamızın nəql etdiyi hədisi-şərifdə bildirilmişdir ki, heyz zamanı tutulmayan orucların qəzasını tutmaq lazımdır, qılınmayan namazların isə qəzasını qılmaq lazım deyil.

Sual: Qış günləri qısa olduğu üçün nafilə və ya qəza orucu tutmaq düzgündümü?
CAVAB

Bəli, rahatlıqlardan yararlanmaq yaxşıdır. Hədisi-şərifdə buyuruldu ki:

“Qışda oruc tutmaq əziyyətsiz əldə edilən bir qənimətdir.” [Tirmizi]

“Qış mövsümü möminin baharıdır. Gündüzləri qısadır, oruc tutar, gecələri uzundur, o vaxtlar ibadət edər.” [Günyə]

Sual: Maliki məzhəbini təqlid edən qadının heyzi 15 gündür. 15 gün oruc tutmayıb sonra qəzasını tutmalıdırmı?
CAVAB

Orucda təqlid olunmadığı üçün Hənəfi məzhəbində heyz müddəti keçdikdən sonra oruc tutulur.

Sual: Gündüz yatarkən ihtilam olub hər hansı bir səbəbdən qüsl ala bilməyən şəxsin orucu səhihdirmi?
CAVAB

Əgər günorta namazını qılmamışsa, əsr namazının vaxtı girməmiş qüsl alıb namazını qılmalıdır. Çünki zərurətsiz cünub gəzmək haramdır. Əsr namazına qədər qüsl almasa, namazını da qılmadığı üçün üstəlik böyük günaha girər. Su tapa bilməyən təyəmmüm edər və yenə cünub qalmaz. Bilmədən və ya qəsdən cünub olduqda oruc pozulmuş olmur. Çünki cünub gəzmək dörd məzhəbdə də oruca mane deyildir. Lakin orucun savabı azalar.

Sual: Yalnız cümə günü oruc tutmaqda bir zərər vardırmı?
CAVAB

İmam Əbu Yusifə görə məkruhdur. İmamı-əzəmə görə məkruh deyildir. Bir ibadət üçün məkruh və sünnət deyildikdə bütün müctəhid alimlərə tabe ola bilmək üçün o işi etməmək lazımdır. Yəni ehtiyac olmadan cümə günü oruc tutmamalıdır. Cümə axşamı-cümə və ya cümə-şənbə günləri tutmaq yaxşı olar.

Oruc tuta bilməyən namaz qılar
Sual:
Üzrlü səbəblə oruc tuta bilməyən şəxs müqabələ oxuya, təravih namazına gedə bilməzmi?

CAVAB

Oruc, namaz və müqabələ bir-birinə bağlı ibadətlər deyil. Üzrlü səbəbdən oruc tuta bilməyən şəxs Qurani-kərim də oxuyar, müqabələ də dinləyər, təravih namazını da qılar bilər.

Nafilə orucu pozmaq
Sual:
Nafilə orucu qəsdən və ya üzrlü bir səbəblə pozduqda qəzası lazımdırmı?

CAVAB

Bəli, qəsdən və ya üzrlü bir səbəblə də pozulsa, yenə həmin orucun qəzasını tutmaq vacibdir.

Şabanın son günü oruc tutmaq
Sual: Şaban ayının son günü oruc tutmaq düzgündürmü?

CAVAB

Şaban ayının son gününə yəvmi-şək deyilir, yəni şübhəli gün deməkdir. Bu gündə oruc tutmağın məkruh, caiz və caiz olmayan halları vardır. Bu gün tutulan oruc üç cür olur:
1-Ramazan orucuna və ya “Ramazandırsa Ramazan orucuna, Ramazan deyilsə, nafiləyə” deyə niyyət edərək tutulan orucdur. Bu niyyətlə oruc tutmaq məkruhdur.
Ramazan orucunu qarşılamaq lazım olduğunu sanıb Şabanın son günü oruc tutmaq da məkruhdur. Xristiyanlara bənzəməmək üçün Şaban ayının son günü oruc tutmağın məkruh olduğunu bildirən alimlər də vardır.
Bir hədisi-şərifdə də buyurulur ki: “Ramazanı bir-iki gün əvvəl oruc tutmaqla qarşılamayın! Daima oruc tutan bu orucu tuta bilər.” [Müslim]
2- Nafilə oruca və ya qəza orucuna niyyət edərək oruc tutmaq caizdir, məkruh deyildir.
3- “Ramazandırsa, Ramazan orucuna, deyilsə, niyyət etmirəm” deyə tutulan oruc heç caiz deyildir.

Sual: Ramazan orucunu tutarkən eyni vaxtda adaq və qəza orucuna da niyyət etmək olarmı?
CAVAB

Xeyir, yalnız Ramazan orucuna deyə niyyət edilir. Bunun kimi vaxtın fərzini, məsələn, günorta namazının fərzini qılarkən sünnətinə deyə də niyyət edilmir. Amma sünnət qılarkən ilk qəzaya qalmış günorta və ya başqa bir vaxtın fərzinə deyə niyyət edilir. Bunun kimi, mübarək günlərdə nafilə oruc tutarkən ilk qəzaya qalmış Ramazan orucuna da niyyət etmək olar. Vaxtın namazı ilə qəzaya qalan namaz fərqli olduğu kimi, Ramazan orucu ilə qəzası da fərqlidir. Nafilə oruc tutarkən həm nafiləyə, həm də ilk qəzaya qalan Ramazan orucuna niyyət etmək olar.

Oruc borcu olan
Sual:
“Oruc və ya namaz borcu olan qız borclarını ödəmədən ailə qura bilməz” deyilir. Bu doğrudurmu?

CAVAB

Xeyir, doğru deyldir. Ailə quranda ərinin icazəsi olmadan nafilə oruc tutmaq uyğun olmadığı üçün, bəlkə ərinin evinə oruc borcu ilə getməməlidir deyilmiş ola bilər. Namaz borcu bitməmiş də ailə qura bilər.

Sual: Ramazan ayında tuta bilmədiyimiz orucların qəzasını istədiyimiz vaxt tuta bilərikmi?
CAVAB

Bəli, qəza tutmaq həmişə mümkündür, lakin fürsət tapdıqca mümkün qədər tez tutmaq yaxşıdır. Şafii məzhəbində isə qəzası gələn Ramazana qədər  tutulmasa, həm oruc tutmaq, həm də fidyə vermək lazımdır.

Sual: Unudub yeyib-içənlərə oruc tutduqlarını xatırlatmaq lazımdırmı?
CAVAB

Əgər oruc tutan dözümlüdürsə, demək lazımdır, deməmək məkruhdur. Zəifdirsə, deməmək lazımdır. Allahu təala ona oruc tutduğunu unutdurub yedirmiş ola bilər. Bir hədisi-şərif məalı belədir:

“Oruclu bir şəxs unudaraq yeyib-içsə, bu Allahu təalanın ona göndərdiyi bir ruzidir, bu orucu qəza etmək lazım olmaz.”  [Darə Qutni]

Qəza orucuna niyyət etmək
Sual:
Heç vaxt oruc qəzası olmayan şəxs qəza orucu tuta bilərmi?

Mübarək günlərdə tutduğu orucları niyyət edərkən qəzaya da niyyət edə bilərmi?
CAVAB

Ramazanı-şərif ayı xaric bazar ertəsi, cümə axşamı günlərində hər ayın 13-ü, 14-ü və 15-də və ya ayın əvvəlində, yaxud da başqa mübarək günlərdə həmişə nafilə oruc tutarkən qəzaya da niyyət etmək yaxşıdır. Əgər səhih olmayan oruclarımız varsa, həm bu orucların qəzası tutulmuş olur, həm də qeyd olunan mübarək günlərdə nafilə oruc tutulmuş olur.

Yalnız bazar günü oruc tutmaq
Sual:
Təkcə şənbə günü oruc tutulmadığı kimi, bazar günü də xristiyanlar tərəfindən müqəddəs hesab edildiyinə görə bazar günü də tək olaraq oruc tutmaq məkruhdurmu?

CAVAB

Xeyir, məkruh deyil. Tək bazar günü oruc tutmaqda heç bir zərər yoxdur.

Adaq orucları
Sual:
Müəyyən olan və olmayan adaq orucları nədir? Onlara nə vaxt niyyət etmək olar?

CAVAB

Müəyyən oruclar:

Müəyyən bir gündə oruc adamaq belədir. Məsələn, bazar ertəsi günü oruc tutmağı adamaq müəyyən adaq orucudur. Buna günortaya bir saat qalana qədər niyyət etmək olar.
Qeyri-müəyyən oruclar

Hər hansısa bir gün oruc adamaq, məsələn, “Allah rizası üçün üç gün oruc tutaram” demək belədir. Buna imsaq vaxtından əvvəl niyyət etmək vacibdir.

Adaq orucunda niyyət
Sual:
Adaq orucunda nə vaxta qədər niyyət etmək olur?

CAVAB

İki cür adaq orucu vardır:
1- Müəyyən [Vaxtı bilinən],

2- Qeyri-müəyyən [Vaxtı bilinməyən].
Müəyyən (bəlli) bir gündə, məsələn, Şaban ayının ilk cümə axşamında oruc tutacağam deyib adaq adayan şəxs, həmin gün günortaya bir saat qalana qədər niyyət edə bilər. Allah rizası üçün bir gün oruc tutacağam deyən isə, imsaq vaxtına qədər niyyət etməlidir.


Oruc tutmaqda niyyət
Sual: Qəza və ya nafilə oruclarda cümə axşamında oruc tutub cümə günündə də oruc tutmaq istəyən necə niyyət etməlidir ki, daha çox savab qazansın?
CAVAB

Cümə axşamında oruc tutan cümə günündə də oruc tutmaq istəyirsə, cümə günü oruc tutmaq müstəhəbdir deyən alimlərə də tabe olmağı düşünərsə daha yaxşı olar.

Müəyyən günlərdə oruc tutmaq
Sual:
“Oruc bazar ertəsi və cümə axşamında tutulmalıdır” deyilir. Başqa günlərdə tutulan orucun savabı yoxdurmu?

CAVAB

Hər gün oruc tutmaq savabdır. Tək cümə günü oruc tutmaq müstəhəbdir, lakin məkruhdur deyən alimlərin də olduğuna görə cümə axşamı və ya şənbə günü ilə birlikdə tutmaq daha düzgündür. Təkcə şənbə günü xaric, həftənin digər günləri də oruc tutmaq savabdır. Bir neçə hədisi-şərif məalı belədir:

“Çərşəmbə və cümə axşamı günləri oruc tutanlara qiyamətdə Cəhənnəm atəşindən uzaq qalacağına dair bəraət verilər.”

[Əbu Yala]
“Çərşəmbə, cümə axşamı, cümə günlərində oruc tutanlara Allahu təala Cənnətdə çölü içərdən, içi çölündən görünən bir saray verər.” [Tabərani]
“Əməllər bazar ertəsi və cümə axşamı günləri ərz olunur. Mən də əməlimin oruclu ikən ərz olunmasını istəyirəm.”
“Allahu təala çərşənbə, cümə axşamı və cümə günü oruc tutanlara Cənnətdə inci, yaqut və zəbərcəddən bir köşkdən sonra atəşdən qorunma bəraəti də verər.” [Təbərani, Beyhəqı]
“Çərşənbə, cümə axşamı, cümə günləri oruc tutanların və cümə günü də az və ya çox sədəqə verənlərin bütün günahları əfv edilər, anasından doğulduğu gün kimi təmiz olar.” [Tabərani, Beyhəqı]
Ümmü Sələmə anamız söyləyir ki:

Rəsulullah əfəndimiz ən çox şənbə və bazar günləri oruc tutar və “Bu iki gün müşriklərin bayram günləridir, onlara müxalifət etmək üçün oruc tuturam” buyururdu. [İbni Hüzeymə]
Tək şənbə günü oruc tutmaq məkruh olsa da, bazar günü tək olaraq da oruc tutmaq məkruh deyil. Göründüyü kimi həftənin hər günü oruc tutmaqda bir zərər yoxdur.

Başka şəhərdə iftar açmaq
Sual:
Bakıda saat 19.00 da axşam olursa, Qazaxda bir saat sonra, saat 20.00 da olduğu bir vaxtlarda bir şəxs Qazaxda oruc tutarkən iftar dəvəti üçün Bakıya gelərsə, orucu Bakının saatına görə, yoxsa Qazaxın saatına görə açmalıdır?  Bakıda sahuru yeyən şəxs iftar üçün Qazaxa gələrsə, hansı şəhərin saatına görə iftarını açmalıdır?

CAVAB

Harada olursa-olsun iftarın açıldığı yerin saatı keçərlidir. Harada oluruqsa olsun, günəş batanda oruc orada açılır.

Sual: Onsuz da sabah mütləq dişim çəkiləcək, iynə vurulacaq, orucum pozulacaq. Gecə niyyət etmədən yeyib-içsəm günah olarmı?

CAVAB

Ramazanda oruc tutmamaq böyük günahdır. Oruca niyyət edilməlidir. Diş həkimi iynə vuranda oruc pozulmuş sayılır. Yalnız qəzası lazımdır. Dəqiq dişimi çəkdirəcəyəm deyilsə də, bu dəqiq olmaya bilər. Səhər evdən həkimə gedərkən insan ölə bilər. Oruclu ölmək böyük nemətdir. Getdiyimiz diş həkiminin  hər hansısa bir işi çıxmış və ya başqa yerə getmiş ola bilər, yaxud da dünyasını dəyişə bilər.


Hələ çox vaxtımız var sanmaq
Sual: İmsaq vaxtının bitməsinə hələ vaxt olduğunu düşünərək və ya günəş batdı deyib yeyib-içildikdə, sonradan yanlış olduğu anlaşılarsa qəza, yoxsa kəffarə lazımdır?

CAVAB

Yalnız qəzası lazımdır. [Quduri]

Çünki bunda qəsdən yox, səhvlik vardır. Səhvlərdə kəffarə lazım deyil. Günah da sayılmır. (Məcmuai-Zühdiyyə)


Ramazanda qəza

Sual: Ramazanda səfərdə olarkən qəza orucu tutmaq səhihdirmi?
CAVAB

İmamı-əzəmə görə qəza orucu olaraq səhihdir, İmameynə görə isə Ramazan orucu tutulmuş sayılır. (Mültəqa)

Belə səfərdə olan bir şəxs Ramazanda tutmadığı orucun qəzasını onsuz da mukim olanda tutacaqdır. Bu halda səfərdə oruc tutacaqsa, qəza deyil, Ramazan orucunu tutması daha uyğundur.

Qəza lazımdır
Sual: İhtilam olduqda orucun pozulduğunu düşünüb yeyib-içənə kəffarə lazımdırmı?
CAVAB

Ramazanda günorta yatanda ihtilam olarkən, bir şeyə şəhvətlə baxanda məni gələrkən, bədənə krem, gözə sürmə çəkərkən oruc pozulmur. Lakin orucun pozulduğunu zənn edərək yeyib-içilərsə, yalnız qəza lazımdır. [Məcmaul-ənhur]

Kəffarə lazım olmamasının səbəbi orucum pozuldu deyib yeyib-içməsidir. Pozmadığını bilsə kəffarə də lazımdır.

Oruc tutmağı tərk etmək
Sual: Axşam və ya gecə oruc tutmağa niyyət edən şəxs hər hansısa bir səbəbdən orucu dayandırmaq istəsə, nə vaxta qədər niyyətini tərk edə bilər?

CAVAB

İmsaq vaxtına qədər niyyətini tərk edə bilər, daha sonra tərk edə bilməz. İmsaq vaxtından əvvəl niyyəti tərk edəndə oruca başlanmamış olur.


Oruc və vəsvəsə
Sual: Oruclu ikən əlimizə, üzümüzə, dodağımıza, saçımıza, bütün bədənimizə zeytun yağı və ya digər qida yağlarını da krem kimi çəkə bilərikmi?

Oruclu ikən əlimizə, üzümüzə, dodağımıza, saçımıza, bütün bədənimizə çəkdiyimiz zeytun yağı və digər qida yağlarını bilərək sabunla yumasaq, heç sabun istifadə etmədən bu cür dəstəmaz alsaq orucumuz pozularmı? Çünki dəstəmaz alarkən burnumuza su alırıq. Barmağımızla qulağımızı yuyuruq. Çəkdiklərimizi bu şeyləri sabunla yumadığımıza görə su ilə birlikdə qulağımızdan və burnumuzdan daxil olub orucumuzu pozarmı?
CAVAB

Heç biri orucu pozmur.

Odekolon vurarkən
Sual: Əlimizə və ya üzümüzə odekolon vurarkən istər-istəməz qoxusu ağzımıza, burnumuza daxil olur. Bunun oruca bir zərəri varmı?

Xeyir, oruca da zərəri yoxdur.

Orucu tez açmaq
Sual: Orucu tez açmaq sünnət olduğu deyilir. Burada axşam namazını qılmadan yemək yeyilməsi nəzərdə tutulurmu?


CAVAB

Orucu tez açmaq, ulduzlar görünənə qədər gecikdirməmək deməkdir.
Xüsusən də yeməyin uzun sürəcəyi Ramazan ayında axşam namazını tez qılmaq və yeməyi tələsmədən rahat şəkildə yeməyi yemək üçün iftarı açıb namazdan sonra yemək yeməlidir. Beləliklə, oruc tez açılmış, namaz da tez qılınmış olar. [S. Əbədiyyə]

Əgər əvvəlcə yemək yeyilərsə, namaz gecikmiş olar, bəlkə də məkruh vaxta qalmış ola bilər. Namazı vaxtı girən kimi qılmaq daha savabdır.

Orucu qəzaya saxlamaq

Sual: Ramazan ayı isti və uzun günlərə düşür. Bəzi işlərimiz olduğu üçün oruc tutmasaq və qışın qısa günlərində qəzasını tutsaq bir zərəri olarmı?
Çox zərəri olar. Orucu qəzaya saxlamağı mübah edən üzrlər istisna olmaqla qəzaya saxlamaq haramdır, böyük günahdır. İki hədisi-şərif:

“Ramazanda bir gün orucunu üzrsüz pozan şəxs ömür boyu oruc tutsa, o günün qəzasını tuta bilməz, yəni həmin orucun savabına qovuşa bilməz.” [Buxari]
“Ramazanda bir gün oruc tutmayan onun yerinə bütün il oruc tutsa, o bir günkü savaba qovuşa bilməz.” [Tirmizi]

Hədisi-şərifin birində “bütün il” deyilərkən, digərində “ömür boyu oruc tutsa” deyilir. Bu halda Ramazanı-şərifdə oruc tutmağı qənimət bilinməlidir. Ürzlü bir səbəb olmadıqca “İşim var, imtahana gedəcəyəm, sahura qalxa bilmədim, hava istidir” kimi bəhanələrlə orucu qəzaya saxlamaq əsla caiz olmaz.


Oruc tutanı öpmək
Sual: Ramazanda oruclu ikən heyzli xanımını öpməyin bir zərəri vardırmı?

Vida öpüşü kimi öpmək caizdir, şəhvətlə öpmək isə caiz deyildir. Cünub olmaq şübhəsi varkən öpmək məkruhdur. Öpərkən cünub olduqda, oruc pozulur və qəzası lazımdır.
Kişi yaşlıdırsa, onsuz da heyizli xanımına bir zərəri olmadığı kimi, özünə də zərəri olmaz. Kişi gəncdirsə və şəhvətlə öpərsə, özünə məkruhdur.

Maliki məzhəbində oruclu ikən xanımını öpmək haramdır.

Astma spreyi orucu pozar
Sual: Biz zəmanə din adamı “Dəstəmazdan sonra ağızdakı nəmliyi udmaq orucu pozmadığına görə, astma dərmanlarında ağızdakı nəmlikdən daha az olan dərman orucu pozmur” deyir.  Dərman az olduqda orucu pozmazmı?

CAVAB

Dərman az olsa da orucu pozar, toz və tüstü də pozar. Tozdan, tüstüdən qorunmaq mümkünsüzdürsə və ya çətindirsə, bu zaman pozmaz. Dərman belə deyildir. Az da olsa onu özümüz istifadə edirik. Onu ağızdakı nəmliklə müqayisə etmək yanlışdır. Çünki İbni Abidin həzrətləri buyurur ki, Bəzzaziyədə “Dəstəmazdan sonra ağızda qalan nəmliyi tüpürcəklə udmaq orucu pozmaz. Çünki bundan qorunmaq mümkün deyil.”
Ağızdakı nəmliyi udmamaq mümkün olmadığı üçün oruc da pozulmur. Astma dərmanından qorunmaq mümkündür. Yanlış müqayisə edərək müsəlmanların oruclarını pozmaqdan çəkinməlidir. Əgər astma xəstəsi dərman qəbul etməli olarsa, dərmanını istifadə edər,  bayramdan sonra tuta bilmədiyi günlərin qəzasını tutar. Qəza da tuta bilməyəcək qədər xəstədirsə, bu zaman fidyəsini verər.

Zəli orucu pozurmu?
Sual: Zəli, ağcaqanad, böcək kimi həşəratlar dəstəmazı və orucu pozurmu?

CAVAB

Zəli  çox qan əmərsə dəstəmazı pozar. Milçək, ağcaqanad, birə, taxtabiti kimi həşəratlar isə çox qan əmsələr də dəstəmaz pozulmaz.

[S. Əbədiyyə]
Ağcaqanad, böcək kimi həşəratların qan əmərkən daxilə maye ifraz etdiyi məlum olmadığı üçün orucu pozmaz. İkincisi bu həşəratların daxilə bir şey ifraz etdikləri bilinsə belə, bundan qorunmaq mümkün olmadığı üçün yenə orucu pozmaz. Zəlinin qan əməndən əvvəl və ya əmərkən daxilə nəyinsə ifraz etdiyi deyilir. Bu dəqiq məlum olarsa, orucu pozar, məlum deyilsə pozmaz. Hər ehtimala əsasən, oruclu ikən zəlidən istifadə etmək olmaz.

Tutulmayan orucların qəzası
Sual: Atam bu Ramazan oruc tuta bilmədi. Bir xoyaca “Qışda qəzasını tuta bilərəmmi?” deyə soruşdu, o da “Qışda qəzasını tutaram deyə bir şey yoxdur, oruc tutulmadısa, fidyə verilməlidir” demişdir.  Tutulmayan orucların qəzası tutulmurmu?

CAVAB

Əlbəttə, qəzası tutular. Nəqlə əsaslanmayan, ağlına görə danışan, zəmanə din adamlarına etibar etmək olmaz. Onlar kitablara baxaraq deyil, öz ağıllarından danışırlar. Ramazan orucunu tuta bilməyən xəstə sağalanda onların qəzasını tuta bilər. Səfərdə tutulmayan orucların daha sonra qəzası tutular. Qadın heyz səbəbindən tuta bilmədiyi orucların qəzasını sonradan tutar. Bunlar hər bir fiqh kitabında yazılmışdır. Məsələn, Hindiyyədə, Rədd-ül muxtarda, Hələbidə yazılmışdır. Yazılmış olmayan kitab yoxdur. Hələ heç bir kitabda “Qəzası tutulmaz” deyə bir ifadə yoxdur. Mötəbər olmayan kitablarda belə “Qəzası tutulmur” deyə yazılmır.

Çox yaşlanıb, ölənə qədər Ramazan orucunu və ya qəza oruclarını tuta bilməyəcək qoca və sağalmasından ümid kəsilən xəstə oruc tutmaz. Yoxsul deyilsə, tuta bilmədiyi günlər sayı qədər fidyə verər. Fidyə verdikdən sonra oruc tuta biləcək hala gələn xəstə tuta bilmədiyi orucların qəzasını tutar. [Nəhr-ül-faiq]
ir hədisi-şərifdə “Oruc tuta bilməyəcək qədər yaşlı və ya sağalmasından ümid kəsilən xəstə fidyə verər” buyurulur. [Nəsai]

Tam Elmihalda da deyilir ki: Fidyə verdikdən sonra qüvvəti olarsa, Ramazan oruclarını və qəza oruclarını tutar. Fidyə vermədən ölərsə, isqat edilməsi üçün vəsiyyət edər. Yoxsuldursa, fidyə verməz, dua edər. Belə bir yaşlı və xəstə insan isti və ya soyuq mövsümlərdə oruc tuta bilmirsə, uyğun olan mövsümdə qəzalarını tutar. [S. Əbədiyyə]

Vərdiş edilən oruclar
Sual: “Tək şənbə və cümə günləri oruc tutmaq tənzihən məkruhdur. Ancaq insanın vərdiş edib tutduğu oruc bu günlərə təsadüf edərsə, həmin təqdirdə bir zərəri olmaz” deyilir. Vərdiş etmək nə deməkdir? 
CAVAB

Vərdiş etmək, bir işi həmişə müəyyən günlərdə etmək deməkdir. Məsələn, bir şəxs hər qəməri ayın əvvəlində, ortasında və sonunda oruc tutursa, belə oruc tutmağı özünə vərdiş etmiş sayılır. Bu günlər, cümə və ya şənbə gününə yəvmi-şək deyilən Şaban ayının son gününə, hətta novruz gününə belə təsadüf etsə, o gün oruc tutmaq tənzihən məkruh olmur. Çünki bu günləri nəzərdə tutaraq oruc tutmur, ayın əvvəli, ortası və ya sonu deyə tutur. Buna görə məkruh olmur. [Rədd-ül muxtar]

Yaxud  “Səvmi Davud” orucu tutan, yəni bir gün yeyib, bir gün oruc tutan şəxsin orucu həmin günlərə təsadüf etsə, yenə məkruh deyil. Çünki bu şəkildə, yəni bir gün yeyib, bir gün oruc tutmağı özünə vərdiş etdirmişdi.
Yaxud da bir şəxs hər dəfə qəməri ayın 13, 14 və 15-ci günləri oruc tutmağı vərdiş etdikdə şənbə və ya Novruz gününə təsadüf etsə, yenə məkruh deyil.
Şənbə, Novruz və oruc tutmaq məkruh olan günlərdə, nafilə oruc tutulmadığı kimi, fərz olan qəza orucu da tutulmur. “Şənbə gününə təsadüf etsə də, fərz oruc tutular” demək, Ramazanı-şərifdə tutulan fərz orucdur. Ramazanı-şərif şənbə və ya Novruzala üst-üstə düşsə belə,  həmin gün yenə oruc tutulur. Bir hədisi-şərif:

Fərz olan Ramazan orucu xaric, yalnız şənbə günü tək olaraq oruc tutmayın!”


Cünublunun oruc tutması
Sual: Xüsusən də Ramazan ayında heyzimiz bitir, yeməyimizi imsaq vaxtı çıxmadan yeyir və yuyunmağa fürsət tapmadan oruc tutmağa başlayırıq, az olsa belə cünub ikən oruc tutmuş oluruq. Bəzən ihtilam olanda da yeməyə görə qüsl almaq gecikir. Belə hallarda orucumuz səhihdirmi?
CAVAB

Bəli, səhihdir. Əl-fiqh-ü aləl-məzahib-il-ərbəada “Cünubun fərz və ya nafilə oruc tutması səhihdir” deyir. [İslam Əxlaqı]

Yuyunmağa fürsət varkən qüslu gecikdirib namazı qəzaya saxlamaq haramdır. Günəş doğmadan əvvəl qüsl alıb namaz qılmaq lazımdır. Oruc üçün qüslu gecikdirmək caiz olsa da, namazı qəzaya qalacaq qədər gecikdirmək caiz olmaz.

 

Sual: Dinimizdə yalnız cümə günləri oruc tutmaq və yalnız cümə gecələri təhəccüd namazı qılmaqda bir zərər vardırmı?

CAVAB

Yalnız cümə günləri oruc tutmaq və yalnız cümə gecələri təhəccüd namazı qılmaq məkruhdur.

 

Sual: Ramazan ayında üzrlü səbəbdən oruc tuta bilməyənlər onların qəzasını tutmadan vəfat edərlərsə, nə etmək lazımdır?

CAVAB

Ramazan ayında oruc tuta bilməyən müsafirlər, səfərdə olanlar və xəstələr tuta bilmədikləri orucun qəzasını tutmağa vaxt tapmadan dünyasını dəyişsələr, onların fidyəsini vermək üçün vəsiyyət etmələri lazım deyil. Çünki Allahu təala onların üzrlərini qəbul edər.

 

Qütblərdə oruc tutmaq

Sual: Bəzən qütblərdə gündüzlər çox uzun olur. Orada olan bir müsəlman belə hallarda necə oruc tutar?

CAVAB

Qütblərdə bir neçə ay daim gecə, bir neçə ay daim gündüz olur. Belə yerlərdə oruc tutanlar üçün bir yük yoxdur. Allahu təala Qurani-kərimdə açıq-aydın bildirmişdir ki, İslam dinində heç bir çətinlik yoxdur və bir insana edə bilməyəcəyi, gücü çatmayacağı heç bir şey təklif olunmaz. Məsələn, dəstəmaz üzvü dörddür. Bir insanın iki ayağı kəsik olsa dəstəmaz üzvü üçə düşər. Bir insanın ayaq üstə namaz qılmaq imkanına malik deyilsə, oturaraq namazını qıla bilər. Buna da gücü çatmasa ima ilə qıla bilər.

Ramazan ayında müsəlmanlara oruc tutmaq fərzdir. Lakin insan xəstə olsa və ya üç gündən daha uzaq bir yerə səfərə çıxsa, oruc tutmaq əmri ondan keçici olaraq qalxar. Daha sonra uyğun bir vaxtda tutmadığı orucların qəzasını tutar.

Gecə və gündüz müddətləri ik-üç ay və daha çox davam etdiyi qütb ölkələrində yaşayanlar da oruc tuturlar. Belə ölkələrdə gündüzləri iyirmi dörd saatdan daha uzun olan günlərdə oruc saatla başlanır və saatla açılır. Gündüzü belə uzun olmayan ən yaxın bir şəhərdəki müsəlmanların vaxtına riayət edilir. Əgər oruc tutulmasa, gündüzləri uzun olmayan bir yerə gedəndə qəzası tutular.

İşçinin, səfərə çıxanın oruc tutması

Sual: Çörək pulu üçün işləyən işçilərin və Ramazan ayında səfərə çıxanların  oruc tutması lazımdırmı, tuta bilməsələr nə etməlidirlər?

CAVAB

Çörək pulu qazanmaq üçün işləyərkən xəstələnəcəyini bilən işçi, xəstələnmədən əvvəl orucunu pozması caizdir. Üç günlük yola, yəni 104 km və daha uzağa getmək üçün niyyət edərək yola çıxan şəxs səfəri, yolçu olur. Belə bir yolçu ertəsi gün orucunu poza bilər, ramazandan sonra qəzasını tutsa da, səfəri olması sağlığına zərəri olmasa, orucunu tutması daha yaxşıdır. Yolda və ya on beş gündən az qalacağı yerdə tutduğu orucu pozarsa, kəffarə lazım deyil.  Səfəri, yolçuluğu bitib evinə qayıdarkən və ya getdiyi yerdə on beş gün qalmaq niyyətində olanda tutmadığı günlərin qəzasını tutar. Xəstə və səfəri olmayanlar işçi, əsgər, tələbə olsalar belə oruc tutmalıdırlar. Tutmasalar, günahları böyükdür, qəzasını tutmalıdırlar. Niyyət etdikdən sonra pozsalar, kəffarə də lazımdır.

 

Sual: Oruc tutarkən ilan və ya əqrəb sancsa, dərman qəbul etmək üçün orucu pozmaq lazımdırmı?

CAVAB

Bu mövzuda Bəhr-ür-raiqdə deyilir ki:

“Zəhərli heyvanın sancandığı şəxs dərman qəbul etmək üçün orucu pozar və Ramazandan sonra yalnız qəzasını tutar.”

 

Sual: Oruc tutduqda başı ağrıyan, dərman qəbul etmək üçün qərarsız qalan və bir həkim də tapa bilməyən şəxs nə etməlidir?

CAVAB

Bu mövzuda İmad-ül-islamda deyilir ki:

“Müsəlman mütəxəssis təbib, həkim tapa bilməsə, öz təcrübəsi də olmasa, əvvəlcə bükülmüş kağız parçasını və ya çiy düyü dənəsini susuz udmalı, sonra yeməli, dərman qəbul etməli, beləliklə, kəffarədən azad olmalıdır.”

 

Sual: Bəzi şəxslər “orucluq uzun günlərə düşdüyü üçün niyyət etməyin, qısa günlərdə qəzasını tutarsınız” deyirlər. Belə demək doğrudurmu?

CAVAB

Mövzu ilə əlaqədar olaraq Behcət-ül-fətəvada deyilir ki:

“Ramazanı-şərif yay aylarından birinə düşdüyü vaxt din adamı cildinə girən bir insan müsəlmanlara: “Oruc tutmağa niyyət etməyib oruc tutmasanız, qışda qısa günlərdə qəzasını tutsanız, caizdir. Ramazanda oruca niyyət etmədən yeyib-içsəniz kəffarə lazım olmaz” deyərək gənclərə, tələbələrə, işçilərə oruc tutmağa mane olarsa, bu şəxs ciddi şəkildə cəzalandırılaq. Belə danışmağı qadağan olunur.”

 

Yaşlanıb oruc tutmayanlar

Sual: Yaşlı və daima xəstə olub oruc tuta bilməyənlər nə etməli və necə bir yol tutmalıdır?

CAVAB

Yaşlanıb ölənə qədər ramazan orucunu və ya qəzaya qalmış oruclarını tuta bilməyəcək şəxs və sağalmasından ümid kəsilən xəstə gizli yeməlidir. Zəngindirsə hər günü üçün bir fitrə, yəni 1750 qram buğda və ya un, yaxud da bunun dəyəri qədər bir və ya bir neçə yoxsula qızıl, gümüş pul verər. Ramazan ayının əvvəlində və ya sonunda hamısı birdən də yoxsula verilə bilər. Fidyə verdikdən sonra gümrah olarsa, Ramazan oruclarını və qəza oruclarını tutar. Fidyə vermədən vəfat edərsə, isqat edilməsi üçün vəsiyyət edər. Yoxsuldursa, fidyə verməz, dua edər. Belə yaşlı və ya xəstə bir insan isti yaxud soyuq mövsümlərdə oruc tuta bilmirsə, uyğun olan mövsümdə qəzasını tutar.

Sual: Oruc tutanda çətinliklə ayaq üstündə duran şəxs oturaraq namaz qıla bilərmi?

CAVAB

Oruc tutanda namazı ayaq üstə qılmayan şəxs oruc tutar və namazı oturaraq qılar.

Sual: Əgər kiminsə namazı səhvən pozulsa, yolçu öz vətəninə qayıtsa, onlar yeyib-içə bilərmi?

CAVAB

Ramazan günü oruc pozularsa, uşaq həddi-büluğa çatarsa, kafir müsəlman olarsa, müsafir və ya yolçu öz şəhərinə gedərsə, qadın təmiz olarsa, axşama qədər oruclu kimi çəkinmələri lazımdır. Səfəri və qadın sonradan həmin günün qəzasını tutar.

 

Sual: Ramazandan sonra qəzaya qalan orucları bir-birinin ardınca tutmaq lazımdırmı?

CAVAB

Orucun qəzası bir-birinin ardınca olduğu kimi, ayrı-ayrı günlərdə də bir gün üçün bir gün oruc tutmaqdır. Fasilələrlə tutarkən araya başqa Ramazan gələrsə, əvvəlcə Ramazan orucunu tutmalıdır.

 

Sual: Oruc tutmaq haram sayılan günlər vardırmı?

CAVAB

Fitr, yəni Ramazan bayramının birinci günü və qurban bayramının hər dörd günü oruc tutmaq haramdır. İlin bu beş günündə oruc tutmaq haramdır, günahdır.

 

Sual: Təyyarə ilə yolçuluq edən bir şəxs oruc tutubsa, iftarı nəyə və hara görə etməlidir?

CAVAB

Mövzu ilə əlaqədar olaraq İbni Abidində deyilir ki:

“Aşağı yerlərdə olanlar günəşin qürub etdiyini görəndə iftar etməlidir. Yüksəklikdə olanlar günəşin qürub etdiyini, batdığını görmədikcə, onlarla, yəni aşağıdakılarla bərabər iftar edə bilməzlər.”

İbni Abidin həzrətləri orucu izah edərkən yazdığı “Oradan gecə başlayınca iftar edilər” hədisi-şərifinin:

“Şərq tərəfdə qaranlıq başlayanda iftar edilir” demək olduğunu bildirir. Şərq tərəfdə qaranlığın başlaması ən yüksək yerdə ziyanın, günəş işığının qalmaması deməkdir.

 

Sual: Qəzaya qalan orucların qəzasında və vaxtında edilməyən tilavət səcdələrini tələsmədən yerinə yetirmək günahdırmı?
CAVAB

Səcdəyi-tilavət və orucun qəzası tələsik deyildir. Gecikərsə günah olmaz.



4-04-2023, 18:19
Geri