Facebook Twitter WhatsApp

Oruc açarkən



Sual: Orucu hansı qida ilə açmaq lazımdır?
CAVAB
Sünnət olan xurmayla, su və ya südlə açmaqdır. Bunlar da yoxdursa, meyvə və ya tərəvəzlə açıla bilər. Məsələn, zeytunla açmaq olar. Odda bişmiş bir şeylə, məsələn, çörəklə, çayla, şorbayla açmaq olmaz. Bir hədisi-şərif məalı belədir:
“İftarı xurmayla açın, çünki o bərəkətdir. Əgər xurma olmasa suyla iftar edin, çünki o təmizləyəndir.” [İ. Mace]
Bu mövzudakı digər hədisi-şəriflərdən üçü də belədir:
“Peyğəmbər əfəndimiz təzə xurmayla iftar edərdi. Təzə xurma yoxdursa, quru xurmayla, o da yoxdursa suyla iftar edərdi.” [Tirmizi]
“Peyğəmbər əfəndimiz iftarını südlə də açardı.” [ Darə Kutni]
“Peyğəmbər əfəndimiz üç xurmayla və ya od dəyməmiş bir şeylə iftar edərdi.” [ Əbu Yala]


İftar duaları


Sual: Orucumuzu açanda və açdıqdan sonra necə dua etməliyik?
CAVAB
Oruclunun xüsusilə iftara yaxın zamanda edilən duası məqbuldur. Üç hədisi-şərif:
“Oruclunun iftar vaxtında geri qayıtmayan bir duası vardır.” [İbni Macə]
“Oruclunun duası rədd edilməz.” [Tirmizi]
“Oruclunun iftar vaxtı etdiyi duanı Allahu təala geri qaytarmaz.” [ Beyhəki]
İftardan əvvəl Əuzu və Bəsmələ çəkilib “Allahummə ya vəsial məğfirəh iğfirli və li validəyyə və li üstaziyyə və lil-mümininə vəl müminət yəvmə yəqumül hisab” oxunur. Mənası belədir:
“Ey əfvi çox geniş olan Allahım! Qiyamət günü hesaba çəkilərkən məni, ata-anamı, hocamı, kişi və qadın bütün möminləri əfv et!”
Bir neçə tikə yeyib-içdikdən sonra “Zəhəbəzzamə vəbtəllətil uruq və səbə-təl-əcr inşallahü təala” deyiləir və yeməyə başlanır. Mənası qısaca belədir: “Aclıq, susuzluq qurtardı. İnşallah savabına da qovuşduq.” [İbni Macə]
Peyğəmbər əfəndimiz belə də dua edərdi:
“Allahummə ləkə sumtü və bikə aməntü və aleykə təvəkkəltü və ala rızqıkə əftartü fə təqabbəl minna. İnnəkə əntəs səmiül alim.” Mənası: “Ya Rəbb, rizan üçün oruc tutdum. Sənə iman etdim, sənə güvənib dözdüm. Ruzinlə iftar etdim, ibadətimi qəbul et! Əlbəttə, Sən hər şeyi eşidən və bilənsən.” [Əbu Davud]
Peyğəmbər əfəndimiz bir cəmiyyətdə iftar edərkən də belə dua edərdi:
“Süfrənizdə oruclular iftar etsin, yeməyinizi təqva sahibləri yesin və mələklər sizin üçün tövbə etsin!” [İ. Əhməd]


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину