Facebook Twitter WhatsApp

Oruclu günahdan çəkinməlidir

Sual: Oruc tutan adam yalnız yemək-içməyi tərk etməlidir, yoxsa gühanları da tərk etməlidir?

CAVAB

Oruc tutmaq yalnız yemək-içməyi tərk etmək deyildir. Həmçinin əli, dili, gözü, qulağı və bütün üzvləri də günah işləməkdən uzaq tutmaq lazımdır. Çünki Peyğəmbər əfəndimiz:

“Oruc tutan adam yalan danışmağı tərk etməsə, həmin adamın yemək-içməyi tərk etməsinə Allahu təalanın ehtiyacı yoxdur” buyurmuşdur.

Faydasız şeylər söyləmək, yalan danışmaq, qeybət etmək orucun savabını azaldar. Zəhmət çəkərək, bütün əziyyətlərə dözüb ibadətlə məşğul olduqdan sonra onun savabını məhv etmək ağıllı insanın edəcəyi iş deyil.

Amma oruc tutarkən günah işləyənlər orucumun heç bir dəyəri yoxdur deyərək orucu tərk etməməli, oruc tutmağa davam etməlidirlər. Allahu təalaya yalvararaq bağışlanmağı və etdikləri günahlardan üz döndərməlidirlər.

İmami Rəbbani həzrətləri buyurur ki:

“Allahu təalaya lütf edərək, ehsan edərək, nəfsi iman edib İslama tabe olmaqla şərəfləndikdə, İslamın həqiqətinə qovuşular və imanın həqiqiəti hasil olar. Bundan sonra görüləcək hər iş İslamın həqiqəti olur. Namaz qılınan zaman namazın həqiqəti qılınmış olur. Oruc tutan zaman orucun həqiqəti tutulmuş olur. İslamın bütün hökmlərinə tabe olmaq da daim belədir.”

Seyid Bürxanəddin Tirmizi həzrətləri tələbələrinə müraciət edərək buyurur ki:

“Oruc hikmət xəzinələrinin açarıdır. Oruc tutmaq qəlbin riqqətə gəlməsinə səbəb olur və oruc tutanın duası Allahu təala dərgahında məqbuldur. Allahu təalaya çatdırılacaq oruc tutmaqdan daha üstün bir minik yoxdur. Allahu təala qatında oruc tutmağın böyük dəyəri vardır. Bir insan bütün qulluq vəzifələrini yerinə yetirib, ancaq mədəsini doldursa heç bir yerə çatmaz. Düzgün oruc tutsa, başqa qulluq vəzifələrində qüsurları olsa belə, yenə də bir yerə çatar.”

Şah Vəliyullah Dəhləvi həzrətləri də buyurur ki:

“İnsanın nəfsi üstün olan zaman bəzi çarələrə əl atılmalıdır. Oruc tutmaq bu baxımdan ən gözəl çarədir. İnsan şəhvətini oruc tutmaqla qırar. Oruc tutmaq insanın pis istəklərini zəiflədir. Ruhun parıltısı, şəhvət və pis arzuların yox olması üçün oruc tutmaqdan daha təsirli bir çarə yoxdur. İnsan oruc tutmaqla nə qədər şəhvət və pis arzularından qurtula bilsə, bir o qədər də oruc tutmaq onun günahlarına kəffarə olur. 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину