Facebook Twitter WhatsApp

Bayquşun hekayəsi

Həyat-ül heyvan kitabında bildirilir ki

Süleyman əleyhissəlam bütün heyvanlarla danışardı. Bu onun möcüzələrindən biri idi. Göydə taxtı ilə gəzərdi. Bir gün bayquş Süleyman əleyhissəlama salam verdi. Süleyman əleyhissəlam salamını alıb ona soruşdu ki

- Nə üçün buğda yeməzsən

- Adəm əleyhissəlam ona görə Cənnətdən çıxdığı üçün.

 - Nə üçün su içməzsən

- Nuh əleyhissəlamın qövmü suda boğulduğu üçün.

- Nə üçün həmişə xarabalarda olursan

- Xarabalar Allahü təalanın mirasıdır.

- Nə üçün evlərdə ötərsən

- İnsanları xəbərdarlıq üçün. Önlərində şiddətli təhlükələr var ikən necə qəflətlə yatarlar. Belələrinə təəssüflər olsun!

- Gündüzləri nə üçün çıxmazsan

- İnsanlar mənə zərər verə bilərlər.

- Ötərkən nə deyirsən?

- Təsbeh oxuyuram və bir də Ey qafillər, çıxacağınız uzun səfər üçün azuqə hazırlayın! deyərəm.

Süleyman əleyhissəlam bayquşdan daha nəsihətçi quş olmadığını söylədi. (Bəriqa)


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину