Facebook Twitter WhatsApp

Rəsulullahın sənə salamı var

    Borcunu ödəyə bilməyən bir kasıb, Ravdaı-Mutahharaya gəlib “Ya Rəsulullah, şəfaət buyur, borcum var ödəyə bilmirəm” deyə halını ifadə etdi. Az sonra yuxu apardı, yatdı. Yuxusunda Peyğəmbər əfəndimizi gördü.

    Əfəndimiz əleyhissəlam, “Filan yerə get, orada belə bir zəngin var, ona salamımı söylə, borcun qədər pulu istə. Doğru söylədiyinə dəlil istəsə, hər gün mənə 100 salavat gətirmədən yatmazdı, dünən unutdu. Onu xatırlat da bu axşam gətirsin” buyurdu.

   Həyəcanla oyanan adam, zəngin adamı axtara-axtar tapdı. Adamın evinə çatdığında onu, samanlıqda saman ələyərkən gördü. Adam samanın içinə beş qəpik salmış onu tapmaq üçün bütün samanı ələkdən keçirirdi. Onun bu halını görüncə təəccüb etdi amma, yenə də mən vəzifəmi edim deyə, Rəsulullahın salamını ona çatdırdı

   “Rəsulullahın sənə salamı var. Salavat gətirməyi dünən axşam unutmusan, bu axşam söyləsin, buyurdu. Mən isə borclu bir kimsəyəm, mənim 300 dirhəmlik borcumu ödəməniz üçün Peyğəmbər əfəndimiz məni sənə göndərdi” dedi.

   Peyğəmbər əfəndimizdən salam gəlməsi, adamın çox xoşuna gəlmişdi. Nə dedi, nə dedi deyə adama üç dəfə təkrarlatdı. Adam, mənimlə lağ edirsən, deyərək çıxıb getmək istədi. Lakin zəngin dərhal önünü kəsdi, “Mən sənin ağzından Rəsulullah əfəndimizin salamını daha çox eşitmək üçün üç dəfə təkrarlatdım. Hər söyləməyinə 300 dirhəm verirəm. Əgər daha çox söyləsəydin hər biri üçün 300 dirhəm verəcəkdim” dedi və adama 900 dirhəm verib göndərdi.