Facebook Twitter WhatsApp

Qulların ən xeyirlisi

Musa əleyhissalam bir müraciətində, Allahu təalaya Ya Rəbbi, qulların içində hansı sənə daha sevimlidir deyə soruşdu;

Allahu təala Sevdiyini əlindən aldığımda mənə təslim olan və üsyan etməyən kimsədir buyurdu.

Musa əleyhissalam təkrar Ya Rəbbi, qulların içində ən çox kimə qəzəb edərsən deyə soruşdu.

Allahu təala Bir işdə, əvvəl məndən xeyirlisini istəyib, bir hökm verdiyimdə təqdirimə razı olmayan kimsədir.

Allahu təala bir hədisi qüdsidə belə buyurmuşdur Kim mənim hökmümə razılaşmaz, verdiyim müsibətə səbr etməzsə məndən başqa bir rəbb axtarsın!