Facebook Twitter WhatsApp

Namazını heç tərk etmədi

    Bir sərxoş ölür. Xanımı cənazəni yuyub dəfn edən bir nəfər tapmadığından, iki hambal tutub cənazəni qəbiristana gətirir. Orada bir zahid həmin cənazənin namazını qılmağa hazırlaşarkən, onu görənlər də gəlib cənazənin namazını qılırlar. Lakin bir zahidin bir sərxoşun namazını qılmasına təəccüb edirlər. Zahid də, bu gecə yuxuda mənə qəbiristana gəlməyi, orda sahibsiz bir cənazənin namazını qılmağı dedilər. O cənazə bağışlananlardan biridir, dedilər.

    Sərxoşun xanımından ərinin yaxşı xüsusiyyətlərinin olub olmadığını soruşdular. O da belə dedi Ərim fasiq idi, içki içərdi. Lakin namazını heç tərk etməzdi. Sübh namazını həmişə camaatla qılardı. Kimsəsizlərə mərhəmət edər, onların ehtiyaclarını təmin edərdi. İçki içib ayıldığı zaman “Ey Rəbbim. Mənim kimi fasiqi Cəhənnəmin harasına atacaqsan” deyərək ağlayar, içkini ata bilmədiyi üçün kədərlənirdi”. Zahid bunları dinlədikdən sonra, “Demək ki, bağışlanmasına səbəb bu gözəl əxlaqı səbəb oldu” dedi.