Facebook Twitter WhatsApp

Huşu Aparan Dərman

Övliyadan olan Amiri Qaysın ayaq barmağında çürümə xəstəliyi başlandı. Bunu kəsmək lazımdır, dedilər. Amir “Qərara təslim qulluğun şərtidir,”- dedi. Kəsdilər. Bir neçə gün sonra xəstəliyin ayağına keçmiş, buduna çatmış olduğunu gördülər. Bu ayağı kəsmək lazımdır, dinimiz buna icazə verir, dedilər. Cərrah  gətirdilər. Cərrah “Huşunu aparmaq üçün dərman lazımdır ki, ağrını hiss etməsin, yoxsa dözə bilməz”- dedi. Amir “Bu qədər zəhmət çəkmək lazım deyil. Gözəl səslə Qurani-Kərim oxuyan bir nəfəri gətirin, Qurani-Kərim oxusun. Üzümdə dəyişmə gördüyünüz zaman ayağımı kəsin, xəbərim olmaz”,- dedi. Dediyi kimi etdilər. Biri gəlib gözəl səslə Qurani-Kərimi oxumağa başladı. Amirin üzünün rəngi dəyişdi. Cərrah budunun yarısından ayağını kəsdi. Dağlayıb bağladı. Qurani-Kərim oxuyan susdu. Amir özünə gəldi və “kəsdinmi,”- dedi. “Kəsdik,”-dedilər. Ayağını kəsmişdilər, dağlamışdılar, sarımışdılar, lakin onun xəbəri olmamışdı. Sonra “kəsik ayağımı mənə verin”,- dedi. Verdilər. Qaldırdı və “Ya Rəbb, verən sənsən. Mən də sənin qulunam. Hökm sənin hökmün, qəza sənin qəzandır. Bu bir ayaqdır ki, əgər qiyamətdə əmr gəlib, nə zamansa, bir günaha bir addım atmadınmı soruşsan, deyə bilərəm ki, heç bir zaman sənin əmrin olmadan bir addım atmamışam, bir nəfəs almamışam.”